Yemək yemə tərziniz xarakterinizi bildirirmiş!
"Yemək" deyib keçmək düzgün olmaz. Qarşınızdakı insanın yediyi yeməkdən, içdiyi içkiyə qədər onun şəxsiyyət xüsusiyyətləri haqqında fikirlər əldə edə bilərsiniz. Eksperimentə görə, qidalanma tərzinə görə 10 növ insan xüsusiyyəti müəyyən edilib. Üslubunuz, davranışınız hər zaman bir ipucu verir, sadəcə bunu görmək üçün yaxşı müşahidəçi olmalısınız. Yemək tərzinə görə təyin olunan şəxsiyyət xüsusiyyətləri bunlardır…
Təcrübə, “Food-ology” şirkəti tərəfindən həyata keçirilib. Kaliforniyada yerləşən bu şirkət insanların üstünlük verdiyi qidalarla davranışlarının necə əlaqəli olduğunu araşdırdı.
Araşdırmaya Juliet A. Boghossian rəhbərlik edib. Bu şəxsiyyət tiplərinin xüsusiyyətləri onların yemək tərzlərinə görə müəyyən edilmişdir. Oxşar araşdırma Pensilvaniya Universitetində də aparıl...