Klassik.az dostluq haqqında bir-birindən dəyərli, gözəl, mənalı sözlər, cümlələri və whatsapp yaxud instagram kimi sosial şəbəkələrə qoya biləcəyiniz statusları sizlər üçün yazır. 😊
İnsan öz dostunun dinindədir. Belə isə hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun. – Həzrəti Muhəmməd (sallallahu aleyhi və alihi vasallam)
Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar. – Həzrəti Əli əleyhissalam (birinci imam)
Dostluq iki ruhun evlənməsidir; bu izdivacda boşanma, yaxud ayrılığı dilə gətirmək belə günahdır. – Mari Fransua Arue Volter (fransız filosofu və yazıçısı)
Dostluq, mehribanlıq göstərsən, ey yar,
Galib qulun olar azad adamlar.
– Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)
Dostunun sağ ayağı axsayırsa, sən sol ayağınla axsa ki, dostluğunuz daim müvazinətdə olsun. – Jül Renar (fransız yazıçısı)
Dostların xətası yadların doğrusundan yaxşıdır. – Cəlaləddin Rumi (türk şairi və mütəfəkkiri)
Dost rahatlıq verən bir məlhəmdir. – Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)
Həqiqi dostluq mənəvi fədakarlıqdır. – Teymur Əhmədov (Azərbaycan filoloqu)
Dostluğun qolları bir-birimizi dünyanın bir ucundan o biri ucuna kimi qucaqlaya biləcək qədər uzundur. – Mişel de Monten (fransız filosofu və yazıçısı)
Yaxşı dost gözəl ətir satan kimidir: sənə ətir vurmasa da, yanında olduğun muddətdə gözəl ətrindən faydalanarsan.
Düşmən qazanmaq istəyirsənsə, özünü dostlardan yüksək tut, dost qazanmaq istəyirsənsə, onları özündən yüksək tut. – Aristotel (qədim yunan filosofu)
Dostların dar gündə tanındığını deyirlər, zənnimcə, onlar insanın xoş anlarında da tanınırlar. – Çingiz Aytmatov (qazax yazıçısı)
Bədənin səfası dərman, ruhun səfası dostdur. – Avreli Avqustin (Qədim Roma filosofu)
Dostluq haqqında dəyərli sözlər, aforizmlər, cümlələr.
Dost bildiyin bir çoxları, əslində, heç dost deyil və əksinə, dost bilmədiyin bir sıra adamlar, əslində, sənin dostundur. – Demokrit (qədim yunan filosofu)
Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə həqiqi dostlarımızın kim olduğunu göstərməsidir. – Onore de Balzak (fransız yazıçısı)
Dost elə bir insandır ki, sizin haqqınızda hər şeyi bilir, bununla belə, sizi sevir. – Mark Avreli (Qədim Roma imperatoru va filosofu)
Zaman dostluğun məhək daşıdır. – Teymur Əhmədov (Azərbaycan filoloqu)
Özünə vurğunluq dostluq üçün zəhərdir. – Onore de Balzak (fransız yazıçısı)
Dostluq insan sevincini ikiqat artırır, dərdini yarıbayarı azaldır. – Frensis Bekon (ingilis alimi və humanisti)
Ana öz uşağının üstündə necə əsirsə, biz də öz dostlarımız üçün o cür əsməliyik. – Siddhartha Qautama Budda (buddizmin banisi)
Əsl dost sağlamlıq kimidir: dəyəri itirildikdən sonra bilinər. – Migel de Servantes (ispan yazıçısı)
Bir göyərçin qarğalarla yaxınlıq edərsə, tükləri deyil, ürəyi qaralar. – Alman atalar sözü
Həqiqi dostu olmayanın yaşaması da mənasızdır. – Demokrit (qədim yunan filosofu)
Evin qiyməti ora gələn dostlardan bilinər. -Ralf Emerson (Amerika şairi və filosofu)
Cahil va nadan dostdan ağıllı düşmən yaxşıdır. – Əmir Teymur (Orta Asiya dövlət xadimi, sərkərdə, əmir)
Çətin məsələlər dostlar arasında bölüşdürülsə, həlli asan olar. – Vilson Follet (Amerika yazıçısı)
Biz bir ruhuq iki bədəndə. – Məhəmməd Füzuli (şairi və mütəfəkkiri)
Qardaş dost olmaya bilər, amma dost həmişə qardaş olmalıdır. – Bencamin Franklin (Amerika ictimai-siyasi xadimi)
Yalnız dostun əli ürəkdən neştərləri çıxara bilər. – Klod Adrian Helvetsi (fransız filosofu)
Pis adamla dostluq kölgəyə, yaxşı adamla dostluq günəşə oxşayır. – Corc Herbert (ingilis şairi)
Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti artır. – İohann Volfqanq Höte (alman şairi və mütəfəkkiri)
Əsl dost sənin səhvlərinə göz yumar, sirlərini qoruyar və lazım gəlsə, sənə nəsihət verər. – İbn Sina (Şərq filosofu va həkimi)
Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. – Karl İmmerman (alman şairi)
Dostluq – üzvlərini özümüz seçdiyimiz bir ailədir. – Immanuil Kant (alman filosofu)
Dostunla necə rəftar etsən, elə də rəftar görəcəksən. – Tomas Karleyl (ingilis tarixçisi)
Dostluq haqqında dahilərdən sözlər, bir-birindən dəyərli və gözəl aforizmlər
Çox zaman dostluq və düşmənçilik uzun sürüb əbədi olmur… Dostluq da, düşmənçilik də bahar buludu kimi gah yağar, gah kəsər. – “Kalila va Dimnə”dən
Özünə layiq olmayanla dostluq eləmə. – Konfutsi (Qədim Çin mütəfəkkiri)
İnsanlar bir-birlərini qardaş bilməlidir. – Konfutsi (Qədim Çin mütəfəkkiri)
Üç cür dost var: birincisi, qida qədər ehtiyac duyduğumuz ağıllı dost; ikincisi, adamı xəstəlik qədər bezdirən ağılsız dost; üçüncüsü, adama dərman kimi şəfa verən bilikli dost. – Frensis Marion (Amerika siyasətçisi)
Dostu olmayan bu dünyada qəribdir. – Jozef Köhler (alman şairi)
Dostluğun birinci şərti etibardır. – Mahatma Qandi (Hindistan milli-azadlıq hərəkatının lideri)
Adəm oğlu bütün insanları özü qədər sevməlidir. – Jan Labrüer (fransız yazıçısı və filosofu)
Dostluğun qiymətini ancaq əsl dostun olanda başa düşərsən. – Alfons Lamartin (fransız şairi)
Əsl dost yer üzünün əşrəfidir, ancaq çox az adam onu tapmağa çalışır. – Fransua de Larosfuko (fransız yazıçısı)
Mənfəət xatirinə qurulan dostluğa “alver” deyilir. – Harold Laski (ingilis siyasətşünası)
Xoşbəxtlik yaxşı dost və yoldaş seçə bilməkdən asılıdır. – Con Lebbok (ingilis filosofu)
2024-cü il üçün dostluq haqqında dəyərli sözlər, kəlimələr, cümlələr, statuslar.
Dostunuz varsa, demək, hər şeyiniz var. – Karl Lessing (alman boyakarı)
Dostlarını sevənlər həmişə işıqlı mühitdə yaşayırlar. – Alfred Müsse (fransız şairi)
Müharibə igidi, qəzəb müdriki, ehtiyac isə dostu sınağa çəkir.
İnsanlarla elə davran ki, dostların sənə düşmən olmasın, əksinə, düşmənlərin səninlə dost olsun. – Pifaroq (qədim yunan filosofu və riyaziyyatçısı)
Mənə hər şeydə mənimlə razılaşan, mən başımı əyəndə başını əyən dost lazım deyil. Ona qalsa, mənim kölgəm də dostumdur. – Plutarx (qədim yunan filosofu və yazıçısı)
Dostunuzun nöqsanlarına dözümlü olun, çünki qüsursuz insan olmur. – Protaqor (qədim yunan filosofu)
Yeganə yaxın dost olmağa çalışmaq böyük səhvdir. – Jül Renar (fransız yazıçısı)
Həqiqi dostluqdan savayı, bütün münasibətlər müvəqqətidir. – Roman Rollan (fransız yazıçısı)
Bir düşmən çox, min dost azdır. – Əbu Abdullah Cəfər Rudaki (fars-tacik şairi)
Saxta adamın dostluğu düşmənçiliyindən daha təhlükəlidir. – Jan Jak Russo (fransız filosofu və mütəfəkkiri)
Həyatda dostluqdan gözəl bir şey çətin tapılar. – Jorj Sand (fransız yazıçısı)
Xoşbəxtlik heç vaxt insanı elə bir yüksəkliyə qaldırmır ki, onun dosta ehtiyacı olmasın. – Litsi Anney Seneka (Qədim Roma filosofu)
Dostlar iki cür olur: birincisi sizi güldürənlərdir ki, onlara çox etibar etmək olmaz; ikincisi sizi düşündürənlərdir ki, onların qədrini bilmək lazımdır. – Jan Batist Sey (fransız iqtisadçısı)
Dostunun qəlbini qırsan, düşmənini şad edərsən. – Sədi Şirazi (İran şairi və mütəfəkkiri)
Həqiqi dostluq möhkəm kökü olan nəhəng bir ağaca bənzəyir: ən güclü fırtına da onu qoparıb yıxa bilməz. – Anri Torye (fransız ədəbiyyatşünası)
Dostundan yalnız tərif gözləyən heç dostluğa layiq deyil. – Mark Tulli Siseron (Qədim Roma dövlət xadimi va natiqi)
Dostu təklikdə məzəmmət elə, hamının yanında isə təriflə. – Solon (qədim yunan filosofu və hüquqşünası)
Sən yağ-bal içində üzərkən qardaşlıqdan, dostluqdan dəm vuranlara çox da inanma, əsl dost o adamdır ki, sənin ağır vaxtlarında, ehtiyac məqamlarında kömək əlini uzatsın. – Sədi Şirazi (iran şairi və mütəfəkkiri)
Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq. – Sokrat (qədim yunan filosofu)
Var-dövlət dost deyil, dost var-dövlətdir. – Joann Stobey (Bizans yazıçısı)
Eyibsiz dost axtaran axırda dostsuz qalar. – Uilyam Şekspir (ingilis dramaturqu və şairi)
Əsl dost misilsiz xəzinədir: xoşbəxtliyi artırar, dərd-qəmi azaldar. – Nəsirəddin Tusi
(Azərbaycan alimi və dövlət xadimi)
Dostluq ömrün sonunadək boy atan bir ağacdır. – Corc Vaşinqton (ABŞ-ın ilk prezidenti)
Bu dünyanın bütün nemətləri bir yaxşı dosta dəyməz. – Mari Fransua Arue Volter (fransız filosofu və yazıçısı)
Dostluğu dar gündə unutmaz könül. – Səməd Vurğun (Azərbaycan şairi va dramaturqu)
Ağac kökləri ilə yaşar, insan dostları ilə. – Hind atalar sözü
Ata xəzinə, qardaş dayaqdır; dost isə həm xəzinədir, həm də dayaq. – İngilis atalar sözü
Dostun atdığı daş baş yarmaz. – Türk atalar sözü
Səmimiyyət və dostluq ən çətin tapılan nemətdir. – Napoleon Bonapart (Fransanın dövlət xadimi, imperatoru va sərkərdəsi)
Dost, dost, yenə dost sədaqətin cövhəridir. – Zeynalabdin Şirvani (Azərbaycan coğrafiyaşünası və səyyahı)
Dost insanın ikinci özüdür. – Mark Tulli Siseron (Qədim Roma dövlət xadimi va natiqi)
Güllər, lalələr, qərənfillər, bütün çiçəklər solar, polad və dəmir qırılar, ancaq həqiqi dostluq nə solar, nə də qırılar. – Fridrix Nitsşe (alman filosofu)
Dostluq ağaca bənzər: qurudusa, bir daha göyərməz. – Nazim Hikmət (türk şairi, yazıçısı və dramaturqu)
Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar.
Dostunun alnındakı milçəyi balta ilə qovma! – Çin atalar sözü