Bazar, May 19
Shadow

Bilirdinizmi?

Bilirdinizmi? Bilmədiyiniz, eşitmədiyiniz maraqlı və qeyri-adi məlumatları bir də Klassik.az saytından oxuyun. Bizimlə bir yerdə yeni məlumatları öyrənin.

Dırnaqda olan bu xətlər nəyi göstərir?

Dırnaqda olan bu xətlər nəyi göstərir?

Bilirdinizmi?
Dırnaqda olan ağ ləkələr (xətlər) gözəl görünüşü korlamaqla yanaşı, sağlamlıq problemlərinə də səbəb ola bilər. Çox əhəmiyyət vermədiyimiz dırnaq ləkələri əslində bəzi xəstəliklərin xəbərçisi ola bilər. Bu ağ ləkələrin ölçüsünə görə fərqli mənaları var. Dırnaqlarda zaman-zaman meydana gələn və uzun müddət keçməyən dırnaq ləkələrinin əslində sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini bilinir. Dırnaqlarda adətən kalsium çatışmazlığı və anemiya nəticəsində yaranan ağ ləkələr bəzi xəstəliklərin əlaməti ola bilər. Dırnaqda olan ağ ləkələr nələrdir? Bilinənlərin əksinə olaraq, həmin ağ ləkələr (xətlər) təkcə dırnaqda yaranmır. Bu ləkələr leykoniki adlanır və bir çox xəstəliklərin xəbərçisi ola bilər. Əslində ən böyük səbəb dırnaq yatağının zədələnməsidir. Məsələn, dırnağınızı sər...
İşıq kirliliyi səbəbindən adi gözlə görünən ulduzların sayı getdikcə azalır.

İşıq kirliliyi səbəbindən adi gözlə görünən ulduzların sayı getdikcə azalır.

Bilirdinizmi?
Alimlər işıq kirliliyinin artması səbəbindən səmada adi gözlə görünən ulduzların sayı-sının xeyli azaldığını aşkar ediblər. Klassik.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, həvəskar astronomların 12 il ərzində adi gözlə görə bildikləri səmada ulduzları sayaraq maraqlı məlumatlar əldə ediblər. Həmin məlumatlar “Earth at Night” adlı onlayn layihə ilə qeydə alınıb. Məlumatlarda göstərir ki, süni mənbələrin səmaya əks olunması nəticəsində yaranan səma parıltısı 2021-ci ildən bəri hər il 10 faiz artıb. Tədqiqata töhfə verən Alman Yer Elmləri Araşdırma Mərkəzindən Dr. Christopher Kyba, artan işıq kirlənməsi səbəbindən ulduzları görmənin tədricən yox olduğunu söylədi. Qeyd olunub ki, çirklənmənin bu qədər artması, 250 ulduzun göründüyü yerdə doğulan bir uşağın 18 ildən sonra eyn...
Ən atletik bədənli bürclər! İdman onlar üçün əvəzolunmazdır.

Ən atletik bədənli bürclər! İdman onlar üçün əvəzolunmazdır.

Bilirdinizmi?
Astrologiyada hər bürcün, xüsusilə də, atletik bürclər fərqli xüsusiyyətlər daşıyır. Fərqli sahələrdə istifadə edə bildikləri bu xüsusiyyətlər sayəsində müvəffəqiyyət qazanırlar. Bu xüsusiyyətlərdən biri də idmandır. Astrologiyada bəzi bürclər atletik quruluşları sayəsində bir çox idman növlərində uğur qazana bilirlər. Liderlik, komanda ruhu, strategiya qurmaq və s. kimi məsələlərdə mahir olan bu bürclər idman etmədən dayana bilməzlər. Astrologiyada bəzi bürclər idman etməyi sevirlər. Onlar idmanın müxtəlif sahələrində uğur qazanacaqlarına əmindirlər. Bu bürclər, atletik bədənləri ilə həmişə bir addım önə çıxırlar. Yaxşı bəs hansı bürc hansı idmanla məşğul olmalıdır? Bu sualın cavabına gəlin birlikdə baxaq! QIZ BÜRCÜ Qız bürcü altında doğulanlar həssaslıqları ilə tanınır və d...
2023-cü il saatların mənası olduğunu bilirdinizmi?

2023-cü il saatların mənası olduğunu bilirdinizmi?

Bilirdinizmi?
Saatların mənası və şərhi nə deməkdir? 2023-cü ildə tək, tərs, eyni və cüt saatların mənası bu məqaləmizdə! Gün ərzində bir çox anlayışların, faktların və ya obyektlərin mənası və şərhi ilə maraqlanırıq. Zamanı və ya ulduz falı təmsil edən saatların mənası ən maraqlı mövzulardan biridir. Saatlar gündə 24 dəfə qoşa saata, 13 dəfə isə tərs saata uyğun gəlir. Beləliklə, tərs saatların və qoşa saatların mənası tez-tez araşdırılır. İkiqat üst-üstə düşən saatlar "eyni saatların mənası" olaraq bilinir. Tək, tərs, eyni və ya cüt saatların mənası müsbət və ya mənfi ola bilər. 2023-cü il üçün numerologiyaya görə cüt, eyni, tərs və tək saatların mənası ilə saat falı şərhlərini Habertürk saytına istinadən sizin üçün yazmışıq. Zaman həyatda vacib bir anlayışdır. Gün ərzində vaxtı idarə etmək...
Ən çox görülən 6 yuxu və onların mənaları: Şüuraltınız sizə bir mesaj verə bilər!

Ən çox görülən 6 yuxu və onların mənaları: Şüuraltınız sizə bir mesaj verə bilər!

Bilirdinizmi?
Bəzi yuxu lar o qədər çox görülür ki, insanın beynində ilişib qalır və fərqli mənaları verir. Bu yuxular bizə bir şey söyləməyə çalışırmı? Yuxular üzərində aparılan araşdırmalara görə, bəli! Şüuraltı ağlınız sizə bir mesaj verir. 1. Yıxılmaq. Hündürlükdən yıxılma yuxuları ən çox yayılanıdır. The Picture Dream Dictionary kitabının müəllifi Russell Grant, "Bu, real həyatda qorxunun simvoludur, bəlkə də işdə və ya sevgi həyatınızda uğursuzluqdur. Düşmək kimi yuxu, tez-tez özünüzü buraxmaq və həyatdan daha çox həzz almağa ehtiyacın olduğu mənaları ifadə edir", - deyə açıqlama verib. 2. Çəmiyyət içində çılpaq qalmaq. Yeni başlayanlar üçün Dream Dictionary For Dummies kitabının müəllifi Penney Peirce yazır ki, ictimai yerlərdə çılpaq olmağı xəyal etmək, özünüzü fırıldaqçı kimi ...
Niyə bəzi mahnılar beynimizdə təkrar-təkrar oxunur?

Niyə bəzi mahnılar beynimizdə təkrar-təkrar oxunur?

Bilirdinizmi?
Psixoloqların fikrincə, dilimizə düşən mahnılar beynimizin bizim ixtiyarımızdan kənar bir bölgəsinin olduğunu göstərir. Bu mahnılar icazəsiz gəlir və getmək istəmirlər. Onlar tamamilə bizim nəzarətimizdən kənardadır! Beynimiz, çox hallarda idarə edə bilmədiyimiz mürəkkəb və dərin bir quruluşa malikdir. Bəzən xatırlamaqda çətinlik çəkdiyimiz bir məlumatı bizə vermək əvəzinə mahnı oxumağı seçə bilir, bu zaman əlimizdən heç nə gəlmir…)) Londonda Goldmiths Universiteti-ndə aparılan araşdırmada 5000-dən çox mahnı müəyyən edilib. Əsasən sadə və təkrarlanan mahnılar dilimizə düşür, lakin bu mahnılar hər kəs üçün fərqli olur. Musiqinin içində itmək. Nevroloq Oliver Sacks Musicophilia kitabında dilimizə düşən mahnılar üçün "beynimizin musiqiyə qarşı ifrat dərəcədə həssaslığı" deyə ...
Göz altında yaranan göyərmələrin səbəbi bunlar ola bilər!

Göz altında yaranan göyərmələrin səbəbi bunlar ola bilər!

Bilirdinizmi?
Türkiyənin Göz sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. Erkan Bulut, göz altında yaranan göyərmələrin səbəbi ilə bağlı açıqlamalar verib. Göz ətrafında yarana biləcək problemlərdən biri də göz altındakı göyərmələrdir. Bu dəri problemi həm kişilərdə, həm də qadınlarda rast gəlinən bir kosmetik problemdir. Göz altındakı göyərmələr hər insanda ola biləcək bir şikayət. Amma, yaşlı, genetik meyilli və tünd dərili şəxslərin daha çox bu xəstəlikdən təsirləndiyi görülür. Az su içmək göz altında göyərmənin yaranmasına səbəb ola bilər. Göz ətrafındakı göyərmələrin həm kişilərdə, həm də qadınlarda rast gəlinən bir problem olduğunu ifadə edən Dr. Erkan Bulut deyir. “Göz altında göyərmələrin ən çox rast gəlinən görülən səbəbi susuzluqdur.Bu, bədəndə kifayət qədər maye olmadığının və ya bədənim...
Yemək yemə tərziniz xarakterinizi bildirirmiş!

Yemək yemə tərziniz xarakterinizi bildirirmiş!

Bilirdinizmi?
"Yemək" deyib keçmək düzgün olmaz. Qarşınızdakı insanın yediyi yeməkdən, içdiyi içkiyə qədər onun şəxsiyyət xüsusiyyətləri haqqında fikirlər əldə edə bilərsiniz. Eksperimentə görə, qidalanma tərzinə görə 10 növ insan xüsusiyyəti müəyyən edilib. Üslubunuz, davranışınız hər zaman bir ipucu verir, sadəcə bunu görmək üçün yaxşı müşahidəçi olmalısınız. Yemək tərzinə görə təyin olunan şəxsiyyət xüsusiyyətləri bunlardır… Təcrübə, “Food-ology” şirkəti tərəfindən həyata keçirilib. Kaliforniyada yerləşən bu şirkət insanların üstünlük verdiyi qidalarla davranışlarının necə əlaqəli olduğunu araşdırdı. Araşdırmaya Juliet A. Boghossian rəhbərlik edib. Bu şəxsiyyət tiplərinin xüsusiyyətləri onların yemək tərzlərinə görə müəyyən edilmişdir. Oxşar araşdırma Pensilvaniya Universitetində də aparıl...
Əsrin ən böyük yalanı ola bilərmi? Təkrar emal haqqında öyrənməli olduğunuz heyrətamiz detallar

Əsrin ən böyük yalanı ola bilərmi? Təkrar emal haqqında öyrənməli olduğunuz heyrətamiz detallar

Bilirdinizmi?
Ucuz və davamlı plastiklər avtomobildən tutmuş qida və tekstilə qədər bir çox sahədə istifadə olunur. Lakin bu faydalar, plastiklərin ətraf mühitə vurduğu zərəri görməməzlikdən gəlməyimizə mane olmur. Sizcə, getdikcə qlobal problemə çevrilən plastik tullantılar təkrar emala yararlıdırmı? Əgər belədirsə, məyus olmağa hazır olun! Təkrar emal haqqında öyrənməli olduğunuz təəccüblü detalları Onedio.com saytına istinadən sizin üçün yazdıq. Bu plastiklər nədir? Gəlin onun tarixinə nəzər salaq. İlk dəfə 1869-cu ildə istehsal olunan polimer plastik, çıxarılan neft məhsullarından biridir. Neft ehtiyatlarının 4%-i plastik məmulatların istehsalında istifadə olunur. Plastika isə bir çox materialların istehsalında tapılır. Bəs niyə bu qədər plastikdən istifadə edirik? Cavab olduqca sadədir: ...
Nəyə görə ağcaqanadlar bəzi insanları tez-tez dişləyir? Elm adamları səbəbini açıqladı.

Nəyə görə ağcaqanadlar bəzi insanları tez-tez dişləyir? Elm adamları səbəbini açıqladı.

Bilirdinizmi?
Bəzi insanlar ağcaqanadları ətrafına daha çox cəlb edir. Belə ki, bu vəziyyət həmin insanlar üçün gecələr yata bilməməsi və ya açıq havada fəaliyyətlərdən geri qalması kimi hallarla nəticələrlənir. ABŞ-daki yeni bir araşdırmada isə "ağcaqanad maqniti" olan adamların dərilərində yarandığı bəzi turşular səbəbindən ağcaqanadlara daha çox cəlbedici qoxduğu fikri ortaya qoyuldu. ABŞ-dakı Rockefeller Universitetində bir araşdırma qrupu ağcaqanadları ən çox cəlb edən adamların dərilərində yüksək səviyyədə müəyyən bir turşuların əmələ gəldiyini aşkar etdilər. Çalışma yazıçısı və neyrobioloq Leslie Vosshall-a görə, ağcaqanadları cəlb edən bu turşunu çıxarmaq insanların dəri sağlamlığına ciddi zərər vura bilər. Amma bu araşdırma, qan əmən həşəratların uzaq tutulması üçün yeni metodların tapı...