Cümə axşamı, Dekabr 5
Shadow

Mənalı, düşündürücü, sevgi, təsirli statuslar 2024

22. 364 oxunma

Klassik.az ən maraqlı, təsirli, düşündürücü və s. kimi kateqoriyalarda statuslar 2024-cü ildə sizlər üçün bir araya gətirdi. Gözəl sözlər arasında sevgilinizə, dostunuza, həyat yoldaşınıza göndərilə biləcək bir çox gözəl, mənalı sözlər, deyimlər var. Mənalı, təsirli və düşündürücü mesaj göndərmək istəyirsinizsə, sitatlardan birini seçmək kifayət edər. Üstəlik, yalnız romantik deyil, həm də emosional, kədərli və dini mesajlar da bu yazımızda var. 2024-cü ilin ən gözəl və qısa sözlərini sizlərə təqdim edirik.

Statuslar 2024

İnsan öz vicdanından bir şey gizlədə bilməz. – Anton Pavloviç Çexov

Vicdan ədalətin ən yaxşı vəkilidir. – Mari Monteqyu

Biz onu öldürmədikcə vicdanımız səhv etməyən bir hakimdir. – Onore de Balzak

Vicdanın səsi bütün qanunların üstündədir.

Özünü görmək istəyirsən?
Aynadakı zahirinə deyil, içindəki aynaya bax!

Ən yaxşı əxlaq kitabımız olan və
tez-tez müraciət etməyimiz lazım olan kitab vicdandır. – Əli Suad

Vicdan əzabı insanın içində bir cəhənnəmdir. – Corc Noel Qordon Bayron

Vicdan deyilən şey birinin bizə nəzarət
etdiyini xəbərdar edən bir səsdir.

Vicdan bir aynadır: üzün qaradırsa, ağ göstərməz. – Əli Suad

İlk istəkdən əl çəkmək nisbətən asandır, amma istəklər artdıqca nəfsə yiyə durmaq çətinləşir. – Fransua de Larosfuko

Tamahkar adamın gözünü ancaq torpaq doyurar.
Var-dövlət tamahı azaltmır. – Qay Krisp Sallyusti

Vaz keçdiklərin üçün mükafatlandırılarsan, amma vaz keçə bilmədiklərinlə sınandıqdan sonra.

Silgi işlətmədən şəkil çəkmək sənətinə həyat deyirik.

Təkrar-təkrar eyni zarafata gülə bilmir insan, ama dəfələrcə eyni şeyə ağlaya bilir.

statuslar 2024

Təsirli, mənalı statuslar 2024

Bunu heç vaxt unutmayın.
Gülərkən itirdiklərinizi, ağlayaraq qazana bilməzsiniz!

Həyatda həqiqətən vacib olan şeylər: pul yaxud şöhrət deyil, sevdiklərinlə keçirdiyin zaman və anlardır.

Ömür çox qısadır, və bir göz qırpımında keçir. Bəs niyə bir-birimizi incitməyə davam edirik?

Uğur, uğursuzluq qorxusu olmadan davam etmək bacarığıdır.

Həyatınızı dəyişdirmək istəyirsinizsə, hərəkətlərinizi dəyişdirin. Əgər hərəkətləriniz dəyişməsə, həyatınız da dəyişməyəcək.

Bir şeyi çox istəyirsənsə, bütün kainat onu həyata keçirmək üçün işbirliyi edər.

Həyatı sevdiyiniz işlə və sevdiyiniz insanlarla keçirsəniz, onun hər günü bir bayram olar.

Uğurun sirri məqsədə çatmağı deyil, səyahətə başlamağı sevməkdir.

Bir qapı bağlansa, başqa bir qapı açılır. Amma çox vaxt bağlı qapıya o qədər baxırıq ki, hansı qapının açıldığını görə bilmirik.

Həyatınızın məqsədini tapın və ona bütün qəlbinizlə və ruhunuzla sadiq olun.

Uğur, uğursuzluqdan uğursuzluğa gedərkən həvəsinizi itirməməkdir.

Həyat nağıl kimidir, nə qədər uzun olduğu deyil, nə qədər yaxşı yaşandığı önəmlidir.

Günəş ölkələri aydınladır, sözlər milləti.

Qar dənələri nə gözəl izah edir, bir-birinə zərər vermədən yola getməyin mümkün olduğunu…

Mükəmməl insan axtarmağı dayandırın. Sizə lazım olan tək şey sizə sahib olduğu üçün xoşbəxt olduğunu düşünən birisidir.

menaslı statuslar 2024

Ayrılıq, həsrət haqqında mənalı statuslar 2024

Bəzən səbəbsiz sevərsən, bəzəndə özünü onda tapdığın üçün sevərsən, düşünməzsən O uzaqdır ya yaxın, əl çatandırmı yoxsa əl çatmazmı, ve Sevgi O qədər qəddar ki, harda mümkünsüz varsa gedər onu seçər, düşünməz qəlbin buna dözərmi dözməzmi və sən suallar içində aciz qalarsan, ən çox bu an çarəsizliyin nə olduğunu anlayarsan.

Tam unutdum deyərsən, radioda bir musiqi çalar, dalıb gedərsən xəyallara, birdən biri çiyninə toxunar burdasanmı deyər… Sən isə hələdə çaşqın halda gözlərini dikərsən bir nöqtəyə, çıxmaq istəməzsən O aləmdən, harda səhv etdik deyə düşünüb durasan, cavabsız suallar qurcalar ağlını, bəlkə hər şey başqa ola bilərdi, kim bilir bəlkə də…

Mən sənin sabahında yoxam artıq amma, sən mənim hələ də dünənimdə qalmısan..

Gəl otur sənə səndən şikayətim var, noldu niyə gözlərini qaçırırsan çoxmu ağır gəldi özünü dinləmək, yadındadımı sən mənə səndən ayrılsam ne edərsən demişdin, məndə gözlərim dolaraq söyləmişdim ki, ayrılaq deyənəcən gəlib məni öldürsən ondan yaxşıdı, çünki mənim üçün yaşamın bir anlamı olmayacaq sənsiz, sən bunu bildiyin halda məni ayrılığınla yaşarkən öldürdün, söylə indi məndən uzaqda, mən sənsizlikdən məhv olarkən, sən heç bir şey olmamış kimi yaşarkən vicdanın rahatmı?!

İnsan yaşı ilə deyil yaşadıqları ilə böyüyür güclənir, hər yaşananlar bir dərs verər bizə və ən önəmlisi dərk edirsən ki, kimsə qalıcı deyil həyatımızda. Bir sözlə sənə qalan elə sən özün olursan. Yıxıldınmı qalx, yoruldunsa dayan, amma əsla təslim olma. Bir Qadın yıxıldığı yerdən güclənir unutma …

Sevgidən qorxmaq həyatdan qorxmaqdır və həyatdan qorxanlar artıq üç dəfə ölüblər.

Yaxşı olunca hər kəs sevər. Mühüm olan çətin günündə də sevə bilməkdir

Bəzi insanlar yağışı hiss edir, bəziləri isə sadəcə islanır.

tesirli statuslar 2024

Həyatda ən böyük qələbə heç vaxt yıxılmamaqda deyil, hər yıxılanda ayağa qalxmaqdadır.

Xoşbəxtliyi sabaha buraxmaq çayın dayanmasını gözləmək kimidir, hansı ki, çay heç vaxt dayanmır.– Grange

Məsələn, insanların sizin haqqınızda nə düşündüyünə əhəmiyyət verməməklə ömrünüzü uzada bilərsiniz. – Bukovski

Unutma: Hər gələn sevmir, sevən də getmir. – Nazım Hikmət

Heç bir ruhun ağrısı sənin dərdindən az deyil.

Ustadan soruşurlar: “sevgi yoxsa nifrət” deyə. O, “nifrət” cavabını verir və deyir: “çünki nifrətin saxtası olmur.”

Oxuduğum bir kitabda belə yazırdı:
“Lakin fədakarlıq, insanın öz qul haqqına girməsidir…”

Xoşbəxtlik axtarmaqla tapılacaq bir şey deyildir. Onu inşa etmək lazımdır.

Necə bitdisə bundan əvvəlkilər, bu da elə bitər. Və bitə-bitə sonunda məndə bitərəm..

Səhv bildiyin yolda hamı ilə gəzməkdənsə, doğru bildiyin yolda tək gəz.

Digər statuslarımıza da göz atın 👀

Böyük sıçrayış etmək istəyirsinizsə, bir neçə addım geri qayıtmalısınız. Bu gün, sabaha dünənlə bəslənərək yol tapır. – Bertolt Brecht

Sevgi bir qadının həyatının bütün hekayəsidir, ancaq bir kişinin macərasıdır. – Madam de Stael

Niyə biz birlikdə sülh və əminamanlıq içində yaşamırıq? Axı hamımız eyni ulduzlara baxırıq, eyni planetdə yoldaşlarıyıq və eyni səma altında yaşayırıq?! – Aunius Aurelius Simachus

Xırda şeylərə çox əhəmiyyət verənlər böyük işləri görə bilməyənlərdir. – Platon

Nə acınacaqlı bir dövrdə yaşayırıq. Qərəzi aradan qaldırmaq atomu parçalamaqdan daha çətindir.

Nə qədər yaşadığımız deyil, necə yaşadığımız önəmlidir.

Nə qədər yüksəlsən, uça bilməyənlərə bir o qədər kiçik görünürsən.

O da veteran olmaq istəyirdi, amma ona başa salmaq lazım idi ki, şəhid olmağı gözə almayanlar qazi ola bilməz..

Elə yaşamalısan ki, öləndə tabut ustası belə yas tutsun.

menali statuslar 2024

Pessimizm xərçəngdən daha təhlükəli bir xəstəlikdir.

Xoşbəxtlik bizim arzuladıqlarımızla Allahın bizim üçün istədiyinin birləşməsindən yaranır.

Ya başlamamalı, ya da bitməlidir.. – statuslar 2024

Kim elm axtarmaq yolundadırsa, cənnət də onu axtarmaq yolundadır.

Kim bu dünyada çörək qazanmazsa, dostlarına rüsvayçılıq, düşmənlərinə isə gülüş olar.

İnsan xoşbəxtliyinin əsası haqq və ədalətdədir. Bir adama edilən haqsızlıq bütün cəmiyyətə ziyan vurur. Haqq və ədalət hissi fərdlərdən başlamalıdır. Və insanın öz xoşbəxtliyi üçün fərdin xoşbəxtliyinin vacib olduğuna inanmaq lazımdır.

İstər padşah olsun, istər kəndli, dünyanın ən xoşbəxt insanı evində əmin-amanlıq olanıdır.

Yaxşı insan olmaq üçün heç kimə pislik etməmək kifayət deyil, həm də yaxşılıq etməyi bilməlisən.

Həyat hekayə kimidir, önəmli olan işin nə qədər uzun olması deyil, nə qədər yaxşı olmasıdır.

Həyatda məqsədi olmayan insanlar çayda axan saman kimidir. Onlar özləri getmir, su axını ilə gedirlər.

Həkimlərin ən böyük səhvi ruhu nəzərə almadan yalnız bədəni müalicə etməyə çalışmalarıdır.

Hər bir uğur əvvəlcə xəyal idi. Ən böyük çinar budaqda, ən gözəl quş yumurtada gizlənir. Xəyallar həm də reallığın toxumu və yumurtasıdır.

Hər kəs insanlığı dəyişdirmək haqqında düşünür. Amma heç kim əvvəlcə özünü dəyişdirməyi düşünmür.

Çox tez çıxdığınız qapını heç vaxt çırpmayın. Geri qayıtmaq istəyə bilərsiniz.

İnsanların layiqincə qiymətləndirə bilmədiyi iki nemət var ki, bunlardan biri sağlamlıq, digəri isə boş vaxtdır.

Hər bir mübahisənin əsası kiminsə məlumatsızlığındadır.

İki şey ağılsızlığı göstərir: Danışmalı olanda susmaq və susmaq lazım olanda danışmaq.

Bilik alçaqları ucaldar, cəhalət yüksəkləri endirər.

Həyatdan qorxmayın, uşaqlar, yaxşı və düzgün bir iş görəndə həyat çox gözəldir.

Yaxşılığınıza inanmaq istəyirsinizsə, etdikləriniz barədə heç danışmayın.

“Sizi yoran insanlardan səssizcə uzaqlaşın.” Albert Kamyu

“Münnətdar olmağı öyrənməmiş nankor insan təbii ki şikayət edəcək” – Eddi Anter

İradənə hakim ol, lakin vicdanına əsir ol! – Aristotel

Vicdan güzgü kimidir – heç vaxt aldatmır. – Corc Vaşinqton

Ən mükəmməl ədalət vicdandır. -Viktor Mari Hüqo

Arif ol, arif, atma vicdanı,
Ara qəlbində dini imanı. – Hüseyn Cavid

İnsanlar qəribədir! Pis bir iş görmək istədikdə əvvəlcə
mütləq vicdanlarını susduracaq bir səbəb tapırlar. – Xalid Ziya Uşaqlıgil

Yaramaz adamın vicdanını oyatmaq üçün onu silkələmək lazımdır. -Aristotel

Nə qədər ki, biz vicdanı ləkələməmişik, o, çox
namuslu və müdrik hakimdir. – Onore de Balzak

Mənfəətpərastlik insanı ən gözəl duyğulardan – vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir. – Qay Krisp Sallyusti

İki adam öldü və dünyadan həsrətli getdi; biri yığdı yemədi, digəri bildi eləmədi.

Dünya malına səcdə etmə, əlindən çıxanda kədərlənərsən. – Sokrat

Tamahkar öz nəfsinin quludur.

Tamahı çox olanın insafı az olar.

Göydəki durnanı tutacağam deyib əlindəki sərçəni buraxma.

İnsanların hərisliyi və tamahı xoşbəxt olmamaqlarının yeganə səbəbidir. – Fransua Fenelon

İnstagram-dan musiqi səhifəmizi izləyin 😍

2.3 3 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x