Cümə axşamı, Dekabr 5
Shadow

Onlar Daha Ağıllıdır: gec saatlarda yatan insanlar arasında araşdırma aparıldı

217 oxunma

Gec yatan insanlar, ən əsasda yuxu həmişə araşdırma mövzusu olub. Gecə gec yatanlarla tez yatanlar arasındakı fərq həmişə marağlı gəlib. Britaniyalı akademiklər bu dəfə gec yatanlarla bağlı araşdırma aparıblar.

T24-ün xəbər verdiyi bu araşdırmaya görə, gec qalanların daha ağıllı olduğu iddia edildi!

İngiltərənin köklü universitetlərindən biri olan London İmperial Kollecində gec yatan insanlar ilə bağlı araşdırma aparılıb.

gec yatan insanlar

T24-ə görə, bu araşdırmada cəmi 26 min adam iştirak edib. İki qrupa bölünən 26 min adam zəka baxımından araşdırıldı. Olduqca maraqlı nəticələr ortaya çıxdı.

Daha gec yatan və gec oyanan insanlar testlərdə erkən yatanlardan daha yaxşı nəticələr əldə etdilər!

Hər iki iştirakçı qrupuna koqnitiv testlər və intellekt testləri tətbiq edilib. Gec yatan insanlar yaddaş və mühakimə qabiliyyətini ölçən testlərdə daha yaxşı nəticələr əldə etdilər!

Araşdırmada həmçinin qeyd olunub ki, Leonardo da Vinçi və Barak Obama kimi insanlar gec yatıb, gec oyanıblar. Yatmaq vaxtını gecikdirmək cəlbedici olsa da, araşdırma həmçinin bildirir ki, kifayət qədər yuxu almaq beyin funksiyalarının funksionallığını qorumaq üçün vacibdir.

gec saatda yatan insanlar

Araşdırmada təkcə gec yatmağın deyil, həm də gec yatmağın və gec oyanmağın, yəni orqanizmin kifayət qədər dincəlib yatmağın vacibliyi qeyd edilib. Yuxunun beynin funksionallığının qorunmasında böyük əhəmiyyəti var.

“Yuxu müddətinin beyin fəaliyyətinə birbaşa təsir etdiyini aşkar etdik…”

gec yatan insanlar haqqında

The Guardian-a danışan tədqiqatçı Raha West, yuxunun vacibliyini ifadə edərək, “yuxu rejiminin beynin işini gücləndirməyə kömək etdiyini” vurğuladı.

London Brunel Universitetinin baş müəllimi və yuxu mütəxəssisi Jessica Chelekis, testlərin keçirildiyi vaxtı və ya təhsil vəziyyətini nəzərə almadığı üçün tədqiqatın “əhəmiyyətli məhdudiyyətlərə” malik olduğunu söyləsə də, tədqiqatın əsl dəyəri yuxu ilə bağlı stereotiplərə meydan oxumaq idi.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x