Klassik.az səbr haqqında statuslar-ı oxucuları üçün təqdim edir.
2023-cü il üçün səbr haqqında statuslar mövzusunda Klassik.az saytının dəyərli izləyici üçün ən yeni aforizmlər burada!
Ey iman edənlər! Səbr və dua ila (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur). – Qurani-Kərim
Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır). – Qurani-Kərim
Siz xoşunuza gəlməyənə səbr etməsəniz, sevdiyinizə çatmayacaqsınız. – Həzrəti İsa (aleyhissalam peyğəmbər)
Səbr etməklə kişi zindandan çıxar,
Səbr ilə açılar bağlı qapılar. – Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)
Səbr ağılın xəzinəsidir. – Zeynalabdin Şirvani
(Azərbaycan coğrafiyaşünası və səyyahı)
Çıxacağım yerə səbri nərdivan edirəm. – Cəlaləddin Rumi (türk şairi və mütəfəkkiri)
Səbirli olmağı bacaran gec-tez öz istəyinə catacaq. – Onore de Balzak
fransız yazıçısı
2023-cü il üçün səbr haqqında aforizmlər, statuslar, sözlər
Təmkin sayəsində ən yüksək məqama çatmaq mümkündür. – Frensis Bekon (ingilis alimi va humanisti)
Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur. – Cəlaləddin Rumi (türk mütəfəkkiri və şairi)
Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə səbr köynəyini geyirəm. – Lüdviq van Bethoven (alman bəstəkarı)
Səbri, hövsələni unudan insan,
Ağıldan, şüurdan açmasın dastan.
– Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)
Uzun müddət hökm sürmək istəyirsənsə, səbirli ol. – Samuel Conson (ingilis şairi va tanqidçisi
Hər bir müdrikliyin əsası səbrdir. – Platon
(qədim yunan filosofu)
Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir. – Demokrit (qədim yunan filosofu)
Uğurun sirri səbirli olmaqdır. – Bencamin Dizraeli (ingilis yazıçısı və ictimai-siyasi xadimi)
Ən qorxulu qəzəb səbirli adamın qəzəbidir. – Con Drayden (ingilis şairi va dramaturqu)
Digər statuslar bu məqaləmizdə!
Uğurumun iki səbəbi var: səbr və ümid.
Dözüm gücün, tərslik isə zəifliyin övladıdır.
– Aleksandr Düma (fransız yazıçısı)
Səbr ən zəiflərin və ən güclülərin silahıdır. – Mariya fon Ebner-Eşenbax (Avstriya yazıçısı)
Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq, istədiyimizə nail olmaq üçünsə səbirli olmalıyıq. – Henrik Ibsen (Norveç dramaturqu)
Özümüzün və başqalarının səhvlərini qəbul edib, bunlara səbrlə dözməliyik. – Həzrəti İsa aleyhissalam peyğəmbər
Səbr zəifliyin dayağı, səbirsizlik gücün məhvidir. – Çarlz Kaleb Kolton (ingilis ədəbiyyatşünası)
Vaxt da müəllim kimidir: problemləri səbirlə, tədricən yoluna qoyur. – Ezra Kornel (Amerika biznesmeni)
Ehtiraslarını cilovlamağı bacaran adam şəhərləri fəth edən sərkərdədən güclüdür. – Ernest Heminquey (Amerika yazıçısı)
İnsan öz səbr vədözümüylə tauna da qalib gələ bilər. – Napoleon Bonapart (Fransanın dövlət xadimi, imperatoru və sərkərdəsi)
İradəli və səbirli insan məğlub olmaz. – Moris Meterlink (Belçika şairi va dramaturqu)
Vaxt bütün qapıları səbirli insanların üzünə açır. – Çin atalar sözü
Xəzinə kəşf etmək istəsən əgər,
Hər bir çətinliyə tab et, sinə gər.
– Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)
Çox səbr lazımdır ki, səbirli olmağı öyrənəsən. – Yakob Mixael Reynqold Lents (alman şairi)
Gözləməyi bacaran çox şeyə nail olar. – Henri Uodsuort Longfello (Amerika şairi)
Tələskənlik kədərin, səbr isə sevincin açarıdır. – Fars atalar sözü
Səbrini basa bilməyəndən müdrik olmaz. – Yapon atalar sözü
Həqiqəti sev, amma yanlışlıqlara qarşı da səbirli ol. – Mari Fransua Arue Volter (fransız filosofu və yazıçısı)
Hər söz üçün doğruluq, hər doğruluq üçün iş, hər iş üçün də səbr lazımdır. – Naməlum
Səbrin mənası – üzərində dağları və
insanları daşıyan torpaq kimi olmaq deməkdir. – Səriyyis Sakat (islam alimi və mütəfəkkiri)
Səbr – üzünü turşutmadan ağrı-acını qurtum-qurtum içməkdir. -Cüneyd Bağdadi (İraq alimi və mütəfəkkiri)
Əsl hünər bolluq içində səbr etməkdir. – Muhammad Qəzzali (islam alimi və mütəfəkkiri)
Səbr acı olsa da, meyvəsi şirindir. Səbr ümid etmək sənətidir. – Aristotel (qədim yunan filosofu)
Səbr insana əvvəlcə zəhər kimi görünür, lakin
buna öyrəşəndən sonra bal olur. – Lyuk de Klapye Vovenarq (fransız yazıçısı)
Səbri olmayanlar nə qədər də yoxsuldurlar. – Uilyam Şekspir (ingilis şairi və dramaturqu)
Səbr ümidin təməli, ümid isə xoşbəxtliyin açarıdır. – Tomas Karleyl (ingilis tarixçisi)