Cümə axşamı, Dekabr 5
Shadow

Ağıl haqqında statuslar

1. 155 oxunma

Klassik.az ağıl haqqında statuslar-ı oxucuları üçün təqdim edir.

2023-cü il üçün ağıl haqqında statuslar mövzusunda Klassik.az saytının dəyərli izləyici üçün ən yeni aforizmlər burada!

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. – Qurani Kərim

İnsanın mayası ağıldır. Ağlı olmayanın dini də olmaz. – Həzrəti Muhammad (sallallahu aleyhi və alihi vasallam)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
– Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Bütün nemətlərin başlanğıcı və sonu ağıldır.
– Epikür (qədim yunan filosofu)

Ağıl insan üçün ən gözəl zinətdir. Ağıl sahibi olan hər hansı bir şəxs bütün eyiblərdən uzaq olur. – Zeynalabdin Şirvani (Azərbaycan coğrafiyaşünası və səyyahı)

Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı və ya pis, xoşbəxt və ya bədbəxt oluruq. – Epiktet
(qədim yunan filosofu)

Ağılı alıb-satmaq mümkün olsaydı, yəqin, hamı alıcı olmaq istərdi. – Devid Star Cordan (Amerika pedaqoqu)

Gördüyün işi əvvəlcə ağıl tərəzisi ilə ölç. Ağlı gödək olanın dili uzun olar. – Qətran Təbrizi (Azərbaycan şairi)

Ağıllı başqa bir ağıllının fikri ilə həmişə razılaşar. Sarsaq isə həm ağıllının, həm də sarsağın fikri ilə razılaşmaz. – Aristotel (qədim yunan filosofu)

Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır. – Firidun Köçərli (Azərbaycan ədəbiyyat tarixçisi və folklorşünası)

ağıl haqqında statuslar

Mən müəllimimdən kimin ağıllı insan olduğunu soruşduqda o, “az danışıb çox eşidən” cavabını verdi.
Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım olanda susmaq. – Sədi Şirazi (İran şairi və mütəfəkkiri)

Ağılla dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanını dərk edən ağıllıdır şübhəsiz. – İsaak Barrou (ingilis filoloqu)

Ağıl insana ağıllı yaşamaq üçün verilir. – Abbasqulu ağa Bakıxanov
(Azərbaycan filosofu, tarixçisi və şairi)


Ağıl sağlamlıqdan öndə gedir: ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq. – Corc Herbert (ingilis şairi)

Ən ağıllı filosoflar da sarsaq suallara cavab
verməkdə çətinlik çəkirlər. – Hilon (qədim yunan filosofu)

Dəmir işlənməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı isə tətbiq edilmədikdə kütləşir. – Leonardo da Vinçi
(italyan rəssamı, heykəltəraşı və memarı)

Hiss və ağıl toqquşanda həmişə hiss qalib gələr. – İohann Volfqanq Höte (alman şairi və mütəfəkkiri)

2023-cü il üçün ağıl haqqında statuslar mövzusunda Klassik.az saytının dəyərli izləyici üçün ən yeni aforizmlər burada!

ağıl şekilleri

Əgər bacarırsansa, başqalarından daha ağıllı ol, ancaq bunu büruzə vermə. – Filip Dormer Çesterfild (ingilis siyasi xadimi və yazıçısı)

Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər. – İmmanuil Kant (alman filosofu)

Müdrik adam özünə rəva görmədiyi şeyi
başqasına da rəva görməz. – Konfutsi (Qədim Çin mütəfəkkiri)

Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx. – Azərbaycan atalar sözü

Ağıllı o adamdır ki, başqalarının müdrikliyindən və təcrübəsindən öyrənir. – Fil Manuil (Bizans şairi)

Görünür, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır.
Çünki heç kəs öz ağlından gileylənmir. – Mari Monteqyu (ingilis yazıçısı)

Ağıllı olmaq kifayət deyil, kifayət qədər ağıllı olmalısan ki, özünü həddən artıq ağıllı saymayasan. – Andre Morua (fransız yazıçısı)

Ağıl və dərrakə arasında düşündüyümüzdən də böyük məsafə var. – Napoleon Bonapart (Fransanın dövlət xadimi, imperatoru və sərkərdəsi)

Şahın ağlının ordunun gücündən üstün olması yaxşıdır. – Hasan ibn Əli Nizamülmülk
(Səlcuq dövlət xadimi və fikir adamı)

Dərrakə çox vaxt yatır, onu oyatmasan, həmişə yuxulu olur. – Uilyam Şekspir
(ingilis dramaturqu və şairi)

Ağıla qarşı çıxa bilən yeganə qüvvə hissdir. – Blez Paskal (fransız yazıçısı və riyaziyyatçısı)

Hazırcavablıq ağıllılıq əlamətidir. – Migel de Servantes (ispan yazıçısı)

Ağlıma və zəkama görə başımın üstündə halə parladı. – Sədi Şirazi (İran şairi və mütəfəkkiri)

Ağıllı adamın axmaq qarşısında susmağı təəccüblü deyil, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir. – Sədi Şirazi (İran şairi və mütəfəkkiri)

Ağıl nüfuzdan yox, nüfuz ağıldan doğur, ağıldan doğmayan hər cür nüfuz gücsüzdür. Ağıllı insan təkcə özü üçün deyil, cəmiyyət üçün də çalışır. – Valter Skott (ingilis şairi)

Zəka düşüncənin mikroskopudur. – Samuel Smayls (ingilis yazıçısı)

İnsanın zəkasını alsanız, geridə qiymətli heç bir şey qalmaz. – Uilyam Hamilton (şotland filosofu)

Yer üzündə iki qüvvət vardır: biri qılınc, digəri zəka. Çox zaman qılınc zəka ilə məğlub olmuşdur. – Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Zəkasını inkar edənin, əslində, böyük bir zəkası var. – Karl Lessing (alman boyakarı)

Bir insanın zəkası verəcəyi cavablardan deyil,
soruşacağı suallardan məlum olur. – Şevalye de Levis (fransız marşalı)

İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. – Nəsirəddin Tusi (Azərbaycan alimi və dövlət xadimi)

Sahibi ağıllı olan ev tez abad olar. – Məhəmmədhüseyn Şəhriyar (Azərbaycan şairi)

İnsan saysız-hesabsız istəklərini ancaq ağlın köməyi ilə dəf edə bilər. – Artur Şopenhauer (alman filosofu)

Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər,
amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz. – Artur Şopenhauer (alman filosofu)

Ağıl və hiss vəhdətindən kamillik yaranır. – Ippolit Adolf Ten (fransız ədəbiyyatşünası və tarixçisi)

Ağıl geniş olduqca sərhədləri onu daha çox sıxmağa başlayır. – Edmon Tiodyer (fransız yazıçısı)

Ağıla mümkün qədər çox qida verməyə çalışın. – Lev Nikolayeviç Tolstoy (rus yazıçısı və mütəfəkkiri)

Ağıllı haqqında statuslar

agil haqqinda sözler

Şübhəsiz ki, ağıl xoşbəxtliyin birinci şərtidir. – Sofokl (qədim yunan dramaturqu)

Divarı uçurmazdan əvvəl o tərəfdə səni nə gözlədiyini öyrən. – Nəsirəddin Tusi (Azərbaycan alimi və dövlət xadimi)

Ağıl qızıldan da qiymətlidir: az tapılır, çox faydalıdır. – Ərəb atalar sözü

Ağıl insan üçün möhkəm bünövrədir.
Ağıl mülkünə sahib olan şəxs dünyanı olduğu kimi görür. – Zeynalabdin Şirvani (Azərbaycan coğrafiyaşünası və səyyahı)

Ağıllı olmaq bir şey deyil, mühüm olan ağlından istifadə etməkdir. – Rene Dekart
(fransız filosofu va riyaziyyatçısı)

Xam düşüncələri ancaq ağıl bişirir. – Əbülqasim Firdovsi (fars şairi)

Ağıl Allahın yer üzərindəki tərəzisidir. – Hacı Bektaş Vəli (türk mütəfəkkiri və şairi)

Sizə ağlınız hökm edirsə – padşahsınız, vücudunuz hökm edirsə – kölə! – Mark Porsi Katon (Qədim Roma yazıçısı və dövlət xadimi)

Pis-yaxşı nəyin var, demək, malındır,
Lakin sənə vacib öz kamalındır.
– Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür. – Cəlaləddin Rumi (türk şairi və mütəfəkkiri)

Ağıl yer üzündən götürülsə də, heç kəs ağılsız olduğunu qəbul etməz. – Sədi Şirazi (İran şairi və mütəfəkkiri)

Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də çürüməyə səbəb olur. – Muhəmməd Qəzzali (islam alimi və mütəfəkkiri)

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x