Cümə, Oktyabr 11
Shadow

Söz haqqında statuslar

1. 958 oxunma

Klassik.az söz haqqında statuslar-ı oxucuları üçün təqdim edir.

2023-cü il üçün söz haqqında statuslar mövzusunda Klassik.az saytının dəyərli izləyici üçün ən yeni aforizmlər burada!

Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki qaşlara düyün vuracaq,
Gözəl söz olsa da, söyləmə, burax!
– Nizami Gəncəvi (Azərbaycan şairi, mütəfəkkiri)

Hər zaman sözünün bil məqamını,
Boş sözlə məhv etmə ehtiramını!
– Sədi Şirazi (İran şairi və mütəfəkkiri)

Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında miskin bir qalb gizlənə bilər. – Ezop (qədim yunan təmsilçisi)

Yerində söylənilən söz üçün üzr istəmək lazım gəlməz. – Sultan Mahmat Fatih (Osmanlı hökmdarı)

Aristotel, “Gözəl söz nədir?” sualına cavab olaraq “Məntiqə uyğun, qulaq asanları inandıran, eyni zamanda heç kəsin
xətrinə dəyməyən söz gözəldir” demişdir. – Şarl Aleksandr Kalonn (Fransa dövlət xadimi)

Bəzən bircə söz də fırtına qopara bilər. – Fridrix Nitsşe (alman filosofu)

Sanıram ki, yer üzünə işıq salan ulduzlar, Köçüb getmiş dühaların qocalmayan sözüdür. – Süleyman Rüstəm (Azərbaycan şairi və ictimai-siyasi xadimi)

2023-cü il üçün söz haqqında aforizmlər, statuslar

söz haqqında statuslar

Gözəl söz! Qəhrəmanlıqla keçən bir şöhrətin varmış,
Adın dahilər ağzında hücumsuz cəbhələr yarmış.
Sənin ulduzlu alnında müzəffər, şanlı bir ordu,
Bütün aləm qoşun çəksə, alınmazdır sözün yurdu!
Qılıncdan, nizədən kəskin, zamandan, oxdan ötkünsən,
Bu gün hər nəşəyə bir dost, sabah hər dərdə yetkinsən. – Səməd Vurğun (Azərbaycan şairi və dramaturqu)

Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir. – Sokrat (qədim yunan filosofu)

Söz dərman kimidir – qədərində olsa, müalicə edər, qədərini aşsa, öldürər. – Viktor Kambon
(fransız iqtisadçısı və yazıçısı)

Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cavahirat görürsən. Əsl məsələ bu xəzinənin
yolunu bilmək, onun açarını ələ keçirməkdir. -Cəfər Xəndan (Azərbaycan şairi və ədəbiyyatşünası)

Söz əsər etməyənə çubuq da kömək etməz. – Sokrat (qədim yunan filosofu)

Sözlər yarpaqlara bənzəyir; çoxlu yarpağı olan ağac az bəhrə verir. – Aleksandr Pop (ingilis şairi)

Digər statuslar bu məqaləmizdə

Alimin sözü hikmət, cahilin sözü kədərdir. – Andre Tomas (fransız dilşünası)

Bədəndə hər üzvün olur öz yeri,
Qolun qol yeri var, gözün göz yeri.
Ölkəyə bilək də, göz də gərəkdir,
Qılıncla bərabər söz də gərəkdir! – Məhəmmədhüseyn Şəhriyar (Azərbaycan şairi)

Söz ilə öldürmək də olar, xilas etmək də. Söz ilə bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da. – İohann Şefler (alman filosofu)

Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə.
– Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Söylədiyimiz gözəl sözlərin bəhrəsini gələcəkdə görəcəklər. – Mahatma Qandi (Hindistan milli-azadlıq hərəkatının lideri)

Bəzən bir söz, bir baxış, bir hərəkət şeir qədər mənalı olur. – Bill Qold (Amerika jurnalisti)

Zavalsız söz parlaq günəşdir; məğribi qulaqdır, məşriqi ağız. – Saib Təbrizi (Azərbaycan şairi)

Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapır. – Jan Labrüer (fransız yazıçısı və filosofu)

Qulaq asmağı bacaran adam üçün söz xəzinə qədər qiymətlidir. – Knut Bekker (Danimarka yazıçısı)

soze aid yazilar

Söz böyük nemətdir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də. – Georq Fridrix Daumer (alman şairi və filosofu)

Söz işin kölgəsidir. Üç şey – atılmış ox, deyilmiş söz və keçmiş günlər heç vaxt geri qayıtmır. –Lev Nikolayeviç Tolstoy (rus yazıçısı və mütəfəkkiri)

Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar. – Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Söz ola kəsə savaşı,
Söz ola bitirə başı.
Söz ola ağılı aşı
Bal ilə yağ edə – bir söz. – Yunus Əmrə (türk şairi)

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü,
Kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz.
Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir-birindən asılıdır, necə ki cism ilə can. -Məhəmməd Füzuli (Azərbaycan şairi və mütəfəkkiri)

Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı.
– Şah İsmayıl Xətai
Azərbaycan hökmdarı və şairi

Bəzən yerində deyilmiş bircə söz qatili cinayətdən, pis adamı pislikdən, zalımı zülm etməkdən, hikkəlini hikkəsindən çəkindirir. – Karl Immerman (alman şair)

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.
Kim gəlir-gəlsin – aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm!
– Məhəmməd Füzuli
Azərbaycan şairi və mütəfəkkir

Gözəl sözlər pətəkdən damla-damla süzülən
bala bənzər və insan ruhuna dad verər. – Həzrəti Süleyman (aleyhissalam
peyğəmbər)

Ağızdan çıxan söz yaydan çıxan ox kimidir.
Ox getdiyi yerdən geri qayıtmaz. – Cəlaləddin Rumi (ürk şairi və mütafakkir)

Budur cahanda mənim ən bəyəndiyim məslək,
Sözüm odun kimi olsun, həqiqət olsun tak. – Əhmət Akif Ərsoy (türk istiqlal şairi)

Quru qaşıq da, quru söz də ağıza yaraşmaz. – Mahmud Kaşğari (türk alimi)

Söyləmədiyin sözü nə vaxtsa söyləyə bilərsən. Lakin söylədiyini gizlədə bilməzsən.
– Fariduddin Ottar (İran şairi və mütəfəkkiri)

Deyilən hər söz içindən çıxdığı qəlbin qiyafəsini içində daşıyır. – Ataullah İsgəndəri
(islam alimi və mütəfəkkiri)

Sözünü təsir edəcəyini bildiyin zaman söylə. -Sədi Şirazi (iran şairi və mütəfəkkiri)

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x