Cleveland Clinic-dən dermatoloq Dr.Shilpi Khetarpal illərdir axtarılan “Stress saçları ağardırmı?”, “Saçları ən çox nə ağardır?” kimi suallara cavab verdi.
Habertürk-ün məqaləsinə görə; Dermatoloq Dr. Shilpi Khetarpal deyir ki, genetika və stress də daxil olmaqla bir çox şey saçların ağarmasına səbəb ola bilər. Əksər hallarda bu stresslə əlaqəli deyil. Lakin o, bəzi şeylərin ağarmanı daha da pisləşdirə biləcəyini ifadə etdi.
Siqaret çəkmək saçları ağardır.
Yaxşı bir pəhrizin stresin saç üzərindəki bəzi mənfi təsirlərini geri qaytara biləcəyini vurğulayan Khetarpal, “Balıq, zeytun yağı, təzə meyvə və tərəvəz kimi antioksidant qaynaqları yüksək olan bir pəhriz oksidləşdirici stressi azalda bilər. Ağartmaya səbəb olduğu bilinən digər amillər arasında siqaret və qida çatışmazlığı (məsələn, vitamin D, B12 və ya ferritin) var. Bu hallarda, çatışmazlığın düzəldilməsi saçın piqmentinin və ya rənginin bir hissəsini bərpa etmək üçün göstərilmişdir. Saçları sağlam saxlamaq üçün zülalla zəngin, çoxlu meyvə və tərəvəz ilə balanslaşdırılmış pəhriz, məşq və ya meditasiya ilə stressi azaldın” – deyə qeyd etdi.
Sarı və ya qırmızı saçlar nəyi bildirir?
Dermatoloq Dr. Shilpi Khetarpal, “Saçların ağarması xüsusilə erkən baş verərsə, insanın özünə inamına təsir edə bilir və qocalmanın əlaməti kimi bilinir” dedi.
Saç köklərində saça rəngini verən melanin adlı piqment istehsal edən melanosit kök hüceyrələri var. Melanositlər müəyyən müddət ərzində melanin istehsal etməyə davam edir. Melaninin iki növdür: eumelanin və feomelanin. Saç rənginin dəyişməsi qara-qəhvəyi eumelanin və qırmızı-qəhvəyi feomelaninin miqdarı və nisbəti ilə bağlıdır. Müəyyən bir reseptorda (melanokortin-1 və ya MC1R) bir mutasiya isə qırmızı saçlara səbəb olur. Ona görə də, “Saçları ən çox nə ağardır?” sualına cavablardan biri də belə olacaq: Biz yaşlandıqca, melanin istehsal edən hüceyrələr apoptoz və ya proqramlaşdırılmış hüceyrə ölümü adlanan bir fenomendən keçir və saçların boz və ya ağ rəng olmasına səbəb olur.
Saçlar nə zaman rəngini dəyişməyə başlayır?
Digər səbəblərdən də saç rəngində dəyişikliklər ola biləcəyini vurğulayan Khetarpal dedi:
“İnsanın saçının nə vaxt rəngini dəyişməyə başlayacağını başqa amillər də müəyyən edə bilər. Birincisi genetikdir. Əgər valideynlərinizin saçları erkən yaşda ağarmağa başlayıbsa, sizin də saçlarınız erkən yaşda ağara bilər. Etnik mənsubiyyət də rol oynayır. Ağarma ağ dərili irqdə Afrikalı amerikalılara nisbətən daha tez baş verir. Bir araşdırma göstərdi ki, saç ağarmasının orta yaşı Afrikalı amerikalılarda 44 yaş, qafqazlılarda isə 34 yaşdır.
Digər səbəb isə stressdir. Xroniki stress bədənə bir çox təsir göstərə bilər və saçlar da buna istisna deyil. 2013-cü ildə aparılan bir araşdırmada siçanların stress və saçların ağarması arasında əlaqə olduğunu göstərdi. Nəzəriyyə, melanositlərin stress altında tükənməsidir. Genetika ağarmada daha böyük amil kimi görünsə də, stress buna kömək edə bilər.”