Çərşənbə, May 8
Shadow

Eşq haqqında mənalı sözlər, aforizmlər, şeirlər

1. 494 oxunma

Eşq haqqında mənalı sözlər, dahilərdən dəyərli cümlələr və şeirlərdən hissələr. Eşq – dərin bir hissdir ki, insanı məşuquna tərəf cəzb edər və ondan ayrılmağa taqəti çatmaz. Aşiq üçün öz hal və ləzzətləri mühüm deyildir, onun tək istədiyi şey – məşuqun istəklərini yerinə yetirməkdir. Klassik.az sizə eşq mövzusunda yazır:

Eşq imiş hər nə var aləmdə,
Elm bir qilü-qal imiş ancaq…
– Məhəmməd Füzuli (Azərbaycan şairi və mütəfəkkiri)

Eşq alovdur, o yananda məşuqdan başqa hər şeyi kül edər. – Cəlaləddin Rumi (türk mütəfəkkiri və şairi)

Eşq həyat həqiqətlərinin önündə gəlir. – Samuel Cekson Barnett (Amerika fiziki)

Eşq aləmində ağıl ürəyin kölgəsidir. – Miyanəci Həmədani Eynəl-Qüzzat (Azərbaycan mütəfəkkiri)

Eşqdir hər iki dünyaya zinət,
Eşq ilə dolanır bütün təbiət.
Eşqsiz məqsədə yetişmək olmaz,
Eşq ilə tapılar düzlük, həqiqət.

– Məhəmməd Füzuli (Azərbaycan şairi və mütəfəkkiri)

Kin kini bitirməz, eşq bitirər. -Onore de Balzak
(fransız yazıçısı)

Eşq camından içən kimsənə huşyar olmaz,
Nə bu dünyada, qiyamətdə də bidar olmaz.
– Seyid Əbülqasım Nəbati (Azərbaycan şairi)

Aşiq olan xof eləməz bəladan,
İnciməz ər edən cövrü cəfadan.
Nabati, al çəkən kimdir vəfadan?
Qoymuşam başımı mən bu meydana.
Seyid Əbülqasım Nəbati (Azərbaycan şairi)

eşq haqqında mənalı sözlər

Eşq odunu okeanlar da söndürə bilməz. – Con Fletçer (ingilis dramaturqu)

Eşqdən başqa şey könlümə yaddır,
Ömrümün quşuna sevgi qanaddır.
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında bil eşq uludur.
Bu dünya eşqdir, qalan fırıldaq,
Eşqdən başqa şey boş bir oyuncaq.
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı.
Eşqsiz bir adam bir neydir, qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
Eşqsiz bu dünya soyuq məzardır.
Ancaq eşq evində rahatlıq vardır.

– Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Eşq haqqında mənalı və maraqlı sözlər, dərin mənalı statuslar.

Eşq elə bir sirdir ki, gətirmək olmur dilə,
Lakin örtmək də olmur onu min pərdə ilə. – Əbdürrəhman Cami (Iran şairi və mütəfəkkiri)

Heç kəsin qəlbi aşiqlərin qəlbi qədər təmiz,
heç kəsin ürəyi sevmayi bacarmayanların ürəyi qədər kəsif ola bilməz. – Əbdürrəhman Cami (İran şairi və mütəfəkkiri)

Eşqdən başqa hər nə varsa, əvət,
Tövbə, min tövbə, eylədim nifrət.

– Hüseyn Cavid (Azərbaycan şairi və dramaturqu)

Eşqsiz yaşayan donuq bir insan
İçini qurd yemiş boş bir ağacdır.
Əsrlər dolanır, dəyişir zaman,
Məhəbbət əbədi bir ehtiyacdır.
– Səməd Vurğun (Azərbaycan şairi və dramaturqu)

Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır. – Məhəmməd Füzuli (Azərbaycan şairi və mütəfəkkiri)

Dünyanın memarı eşqdir. – İohann Herder (alman filosofu və yazıçısı)

Aşiqin bədəni ölər, ruhu ölməz. – Hacı Baktaş Vəli (türk mütəfəkkiri va tasavvüf şairi)

Eşqin həqiqi mahiyyəti ondan ibarətdir ki, özünü düşünməkdən əl çəkəsən, özünü başqa “mən”də tapasan. – Georq Vilhelm Hegel (alman filosofu)

Sudan ayrılınca candan ayrılar,
Eşqi balıqlardan öyrənmək gərək.
– Raziyyə Gəncəvi (Azərbaycan şairəsi)

Aşiq fəvvarə kimidir – daim içindən qaynar. – Abdülfəttah Şahin (türk alimi və mütəfəkkiri)

Xəstəsini məmnun edən yeganə xəstəlik eşqdir. – Jan Labrüer (fransız yazıçısı va filosofu)

Eşqə heç nə hökm edə bilməz, əksinə, o hər şeyə hökm edir. – Jan Lafonten (fransız şairi və təmsilçisi)

eşqə aid şəkillər

Eşq hər şeyin səbəbi, başlanğıcı və sonudur. – Jan Batist Anri Lakorder (fransız yazıçısı və ictimai-siyasi xadimi)

Ağlı inkişaf etdirən eşqdir. – Moris Meterlink (Belçika şairi va dramaturqu)

Qəlblərdəki ən gözəl tumurcuq eşq tumurcuğudur. – Moris Meterlink (Belçika şairi və dramaturqu)

Sən eşq meydanına girəndə ağıl oranı tərk edir. – Moris Meterlink (Belçika şairi va dramaturqu)

Mən eşqi qısaca anlatdım, tamamilə anlatmadım. Əgar anlatsaydım, həm dodaqlar yanardı, həm də dil. – Cəlaləddin Rumi (türk mütəfəkkiri və şairi)

Hamımız eşq möhtacıyıq. – Po Ci (Çin sairi)

Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim. – Jorj Sand (fransız yazıçısı)

Eşq çadırının qurulduğu yerdə məntiq axtarma. – Sədi Şirazi (İran şairi və mütəfəkkiri)

Həqiqi aşiqləri nəinki məsafələr, heç ölüm də ayıra bilməz. – Mari Fransua Arue Volter (fransız filosofu və yazıçısı)

Eşqin şövqünə can verməyənin ömrü zay olar. – Əhməd Yasavi (türk təsəvvüf şairi)

Eşqsizin canı da olmaz, imanı da. – Əhməd Yasavi (türk təsəvvüf şairi)

Şirin xəyallara uymaq, göz yaşları axıtmaq,
ah çəkmək eşqin yol yoldaşlarıdır. – Uilyam Şekspir (ingilis dramaturqu və şairi)

Aşiq atəşə düşsə də yanmaz. – Yapon atalar sözü

Mənə Haqdan nida gəldi,
Gəl ey aşiq ki, məhrəmsən.
Bura məhrəm məqamıdır,
Səni əhli-vəfa gördüm.
– Məhsəti Gəncəvi (Azərbaycan şairəsi)

Eşq haqqında mənalı və dəyərli sözlər, whatsapp və instagram üçün statuslar.

Eşqin minbərinə çıxandan ki biz,
Eşqdən başqa söz bilmədik hərgiz.
Bizim bu mənzilə ayaq qoymasın,
Eşq ilə yanmayan buz kimi hissiz.
Eşqdə susmaq danışmaqdan faydalıdır.
– İmadəddin Nəsimi (Azərbaycan şairi və mütəfəkkiri)

Bütpərəstlik xoşdur, sən bir büt olsan,
Məstlik də xoşdur, şərab versən camından.
Elə yox oldum ki, eşqində sənin,
Bu yoxluq varlıqdan yaxşıdır, inan.

– Məhsəti Gəncəvi
(Azərbaycan şairəsi)

Eşqdir könüldən hər dərdi silən,
Eşqdir dünyada hər dərdi bilən.
Eşqdir eyləyən varlığı yoxluq,
Hər şey dərk edilir ancaq eşq ilə.
– Əfzələddin Xaqani (Azərbaycan şairi və mütəfəkkiri)

Olmaz, eşq olmasa dünyada səadət əsəri. – Hafiz Şirazi (İran şairi)

eşq statusları

Eşqə düşdüm ki tapım məqsədimin gövhərini, bu dənizdə nə bilim bir belə tufan var imiş! – Hafiz Şirazi (İran şairi)

Eşqə dəlilik deyən insan həyatın sirlərinə əbədi biganə qalar. – Muhəmməd İqbal (Hindistan şairi və mütəfəkkiri)

Ayrılıq əziyyətini görməyənin, eşq bəlasını çəkməyənin dərdi dərmansızdır. – İmadəddin Nəsimi (Azərbaycan şairi və mütəfəkkiri)

Aşiq olmayan insan meyvəsiz ağaca bənzər. – Yunus Əmra (türk şairi)

Eşq məhkəməyə bənzər, cəfa çəkmək də şahidə.
Əgər şahidin yoxdursa, məhkəməni uda bilməzsən.
– Cəlaləddin Rumi (türk şairi və mütəfəkkiri)

Eşq bir günəşə, aşiq olmayan bir könül də sərt bir daşa bənzər. – Yunus Əmrə (türk şairi)

Eşq bütün nemətlərin ən böyüyüdür. – Prosper Merime (fransız yazıçısı və Fransa Akademiyasının üzvü)

Eşq gülən gözdə deyil, ağlayan qəlbdədir. – Əbülqasim Firdovsi (fars şairi)

Eşq günəş kimidir: korlar belə onu hiss edərlər.

Eşq meyindən içən aşiq ayılmaz. – Aşıq Veysəl (türk xalq ozanı)

Eşq sonu olmayan bir səltənətdir. – Cəlaləddin Rumi (türk şairi və mütəfəkkiri)

Eşq sözləri quş dilidir: ona Süleyman gərək ancaq. – Sinan Paşa (Osmanlı dövründə dəniz kapitanı)

Eşqin iynəsi ilə tikilən tikiş qiyamətə qədər sökülməz. – Aşiq Seyrani (türk ozanı)

Özün eşq atəşinə vurmağa dilşad pərvanə,
Bəli, bir dəfə yanmaqdan olar azad pərvanə.
– Xurşidbanu Natəvan (Azərbaycan şairəsi)

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x