Cümə axşamı, Noyabr 21
Shadow

Ayrılıq haqqında statuslar

5. 323 oxunma

Klassik.az “İşıq saçan sözlər” kitabına istinadən sizin üçün yazdığı ayrılıq haqqında statuslar-ı təqdim edir.

2023-cü il üçün ayrılıq haqqında statuslar mövzusunda Klassik.az saytının dəyərli izləyici üçün ən yeni aforizmlər burada!

Könlümü hansı gecə ayrılığın qan etməz?

Hansı çarən bu sınıq qəlbimi nalan etməz?

Bir gün olmaz ki sənin möhnəti-eşqin, gözəlim,

Qəlbim atəşkədə, göz yaşımı ümman etməz.

– Fələki Şirvanı Azərbaycan alimi və astronomu

Bir neçə gün hicran dağıyla tək qalsan, ayrılıqdan sonra xoş olar vüsal. – Nizami Gəncəvi Azərbaycan şairi və mütəfəkkiri

Bütün dünyanı gəzib-dolaşdım, ayrılıq kimi dərd görmədim. – Aşıq Veysəl türk xalq ozanı

Ayrılıq hər məhəbbət şerinin son misrasıdır. – Cənab Şəhabəddin türk şairi və yazıçısı

Cahanda zalımlıqları ilə məşhur olan Şəddad və Nəmrudun belə etmədiyi bu zülmü mənə ayrılıq etdi. – İmadəddin Nəsimi Azərbaycan şairi və mütəfəkkiri

ayrılıq haqqında statuslar

Ayrılıq dərdindən o qədər zəiflədim ki, naqqaşlar belə surətimi xəyallarına gətirə bilməzlər. – İmadəddin Nəsimi Azərbaycan şairi və mütəfəkkiri

«Ayrılıq dəmi gəldi»ni həqiqət kimi yox, bir söz olaraq söylədim. – Şəms Təbrizi Azərbaycan şairi və mütəfəkkiri

Bu dünyadakı nemət və ləzzətləri istədiyin qədər sevsən, onlara istədiyin qədər möhkəm bağlansan, ayrılıq əzabın da sevgin qədər böyük olacaq. – Muhəmməd Qəzzali islam alimi və mütəfəkkiri

Məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım. – Cəlaləddin Rumi türk şairi və mütəfəkkiri

Aynlığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətini çəkər. – Cəlaləddin Rumi türk şairi və mütəfəkkiri

Ayrılığı ölümlə eyni tərəziyə qoydular, əlli dirhəm artıq gəldi.

2023-cü il üçün ayrılıq haqqında statuslar, aforizmlər

İnsanların bir-birlərini tanımaları üçün ən yaxşı vaxt ayrılıqlarına yaxın olan vaxtdır. – Fyodor Mixayloviç Dostoyevski rus yazıçısı

Ayrılığın səfasındansa vüsalın kədəri daha yaxşıdır. – Yəhya ibn Muaz islam alimi

Ayrılıq eşqi kəskinləşdirir, vüsal isə daha da gücləndirir. – Tomas Fuller ingilis ədəbiyyatşünası

Ayrılıq zamanı insanın gözünü yumub-açması müddəti ona bir il kimi gələr. – Cəlaləddin Rumi türk şairi və mütəfəkkiri

Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır. – Cəlaləddin Rumi türk şairi və mütəfəkkiri

ayrılıq haqqında aforizmler

Ayrılıq sevginin məlhəmi olduğu kimi, qəzəbi də, kini də azaldır. – Jan de Lafonten fransız şairi və təmsilçisi

Hər gün birini görməyin dadı başqa, aynlıb-qovuşmağm dadı başqadır. – Mişel de Monten fransız filosofu və yazıçısı

Sevdiyimiz, yanımızdan ayırmaq istəmədiyimiz elə bir şey yoxdur ki, bir gün ya onlar bizdən, ya da biz onlardan ayrılmayaq.

Hər aynlıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir. – Artur Şopenhauer alman filosofu

Yarla həmdəm olmayan hicrandakı əzabı bilməz. – Əbdülfəttah Şahin türk alimi və mütəfəkkiri

Ayrılıq olmasaydı, heç kəs bir-birini bu qədər sevməzdi.

Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan, Kim, ol can döndərər cismə, bu cismi ayırar candan. – Məhəmməd Füzuli Azərbaycan şairi və mütəfəkkiri

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?

– Məhəmməd Füzuli Azərbaycan şairi və mütəfəkkiri

Mənə unut deyirsən. Əgər ki unutmaq bu qədər asandırsan sən onu unut mənə gəl…

Dodaqların titrəyirdi sevgilim, vidalaşmağın ilk dəfə adam öldürmək kimi idi..

Gedəndə böyük gedəcəksən! Ayrılıq belə səninlə fəxr edəcək.

Ayrılığı seçəndə hər şeyi özünlə aparacaqsan. Heç bir şey qalmayacaq.

Mən sahib olduqlarımın dəyərini itirdikdə deyil, dəyər verdiyim üçün itirənlərdənəm.


0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x