Bazar, May 19
Shadow

Elm haqqında statuslar

419 oxunma

Klassik.az “İşıq saçan sözlər” kitabına istinadən sizin üçün yazdığı elm haqqında statuslar-ı təqdim edir.

2023-cü il üçün elm haqqında statuslar mövzusunda Klassik.az saytının dəyərli izləyici üçün ən yeni aforizmlər burada!

Elm öyrənməyi ar bilən hər kəs,

Dünyada mərifət qazana bilməz.

– Nizami Gəncəvi Azərbaycan şairi və mütəfəkkiri

Ruzi yalnız elmlə əldə edilsəydi, cahildən çətin yaşayan olmazdı. – Sədi Şirazi İran şairi və mütəfəkkiri

Nursuz göz kimidir elmsiz ürək,

Nadan insanlıqdan uzaqdır gerçək.

– Marağalt Rüknəddin dvhədi Azərbaycan şairi və mütəfəkkiri

Bir elm öyrənmək istədikdə sən
Çalış ki hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

– Nizami Gəncəvi Azərbaycan şairi və mütəfəkkiri

Elm öz mənbəyi etibarilə əbədidir; fəaliyyətində nə zamanla, nə də məkanla məhdudlaşmayıb. Həcminə görə ölçüsüz, vəzifəsinə görə sonsuzdur. -Andre Berte fransız yazıçısı

Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır.

Elmdir cümlə-sənətin dəyəri,

Elmsiz sənətin nədir dəyəri?

– Abbas Səhhət Azərbaycan şairi

Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur;
nə millidirsə, o, artıq elm deyil. – Anton Pavloviç Çexov rus yazıçısı və dramaturqu

Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. – Frensis Bekon ingilis alimi və humanisti

Elm kamil alimlərdən öyrənilir. Alimlərin məclislərində ədəblə oturun. Onların məclislərinə elm və
irfanlarından faydalanmaq məqsədi ilə gedin. Başqa niyyətlərlə getməyin. – Əbdülqadir Geylani islam mütəfəkkiri

Elm əməl üçündür. Sırf əzbərləmək və insanlara anlatmaq üçün deyildir. – Əbdülqadir Geylani islam mütəfəkkiri

Dünyada ən böyük xeyir elm, ən böyük şər nadanlıqdır. – Sinoplu Diogen qədim yunan filosofu

İnsanlar təəccüblənməyi sevirlər və bu, elm üçün toxum rolunu oynayır. Elm təəccübdən qidalanıb cücərir. – Ralf Emerson Amerika şairi və filosofu

Elm özünü bilməkdir. – Yunus Əmrə türk şairi

elm haqqında statuslar

Elmi oğru apara, əcəl də öldürə bilməz. – Marağalı Rüknəddin Əvhədi Azərbaycan şairi və mütəfəkkiri

Elmli olan güclü olar. – Əbülqasim Firdovsi İran şairi

Elmdən keçməyən yolun sonu qaranlıqdır. – Hacı Bəktaş Vəli türk mütəfəkkiri və şairi

Elmsiz iş şoran yerə səpilmiş toxum kimidir. – Həmdullah Mustövfi Qəzvini fars tarixçisi və şairi

Həqiqi elm nə rəğbət bilir, nə ədavət – onun yeganə məqsədi həqiqətdir. – Arturo Qraf italyan yazıçısı və alimi

Elmdə həqiqət həmişə özünə yol açır. – Lev Davidooiç Landau bakılı fizik, Nobel mükafatı laureatı

2023-cü il üçün ən yeni elm haqqında statuslar.

Elm mahiyyət etibarilə həqiqət axtarışıdır. – Fransua de Laroşfuko fransız yazıçısı

Elm əhli heç vaxt qaranlıqda qalmaz. – Çarlz Marden Amerika dilşünası

Elmlə məşğul olmadan dünyanın sirlərini necə öyrənə bilərsən? – Moris Meterlink Belçika şairi və dramaturqu

Elminizə elm əlavə edən şəxs sizin dostunuzdur. – Corc Mur irland yazıçısı

Puç inanclar cahillikdən doğur və onlardan qurtulmaq üçün hökmən elmə yiyələnmək gərəkdir.

Elm hüdudsuz bir okeandır; mən və bəzi dostlarım bu okeandan
bir neçə damlanı içmək fürsətini əldən vermədik. – İsaak Nyuton ingilis fiziki və astronomu

Elm dərkdən başqa bir şey deyildir. – Platon qədim yunan filosofu

Döyüşdə silah lazım olduğu kimi, həyatda da elm lazımdır. – Jan Jak Russo fransız filosofu və mütəfəkkiri

Ən faydalı iş cavanlıqda elm öyrənmək və qocalanda öyrəndiklərini saf-çürük etmakdir. – Marsel Sesiro fransız yazıçısı və tənqidçisi

Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün yox. – Sədi Şirazi İran şairi və mütəfəkkiri

Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. – Sokrat qədim yunan filosofu

elm haqqinda aforizmler

Dedim ki ürəyim elmdən xəbərsiz olmayıb. İndi ki ağlın gözü ilə baxıram – məlum olur ki, hələ heç bir şey bilmirəm. – Nəsirəddin Tusi Azərbaycan alimi və dövlət xadimi

Elm səbəb, əməl isə nəticədir. – Nəsirəddin Tusi Azərbaycan alimi və dövlət xadimi

Həyatda hamı elm və məhəbbəti öyrənməlidir. – Uilyam Verner ingilis şairi

Zəmanə dəyişib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır. – Nəcəf bəy Vəzirov Azərbaycan dramaturqu

Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır. – Covanni Viko italyan filosofu

Elmsiz adam meyvəsiz ağac kimidir.

Kim özündən çox bilənlə mübahisə etsə ki biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar.

Muhəmməd Qəzzalidən soruşdular:

– Elmdə bu dərəcəyə necə çatdın?

Dedi:

– Bilmədiyim şeyi soruşmaqdan utanmadım.

Sədi Şirazi İran şairi və mütəfəkkiri

Elmin, hünərin, mərifətin varsa, buyur gəl!

Yoxsa, bu həyat aləmində olma bir əngəl.

Ərbabi-kəmalın yeridir bil ki bu meydan,

Bədbəxt yaşar torpağın üstündəki nadan.

Məhəmməd Hadi Azərbaycan şairi

Bütün elmlərin açan sual işarəsidir. – Onore de Balzak fransız yazıçısı

Həyatda ən böyük mürşid elmdir. – Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin qurucusu

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Hər uca rütbədən biliniz, fəqət
Alimin rütbəsi ucadır əlbət.

Nizami Gəncəvi Azərbaycan şairi və mütəfəkkiri

Övladım! Vaxtının bir hissəsini elm öyrənməyə ayır! Çünki heç bir şey
elmdən uzaqlaşmaq kimi insan ömrünü məhv etmir. – Həzrəti Loğman hikmət sahibi

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x