Cümə axşamı, Dekabr 5
Shadow

Telefonu gecə boyu zaryatkada saxlamaq zərərlidir yoxsa yox?

568 oxunma

İnternetdə smartfonlar haqqında çoxlu sayda yanlış məlumatlar var. Bunlardan biri də, telefonu gecə boyu zaryatkada (şarjda) saxlamaq mövzusudur. Əsasən uzun müddət şarjda saxlamağın cihazı zədələdiyi bilinir. Hətta telefonun partlayacağı belə düşünülür.

Günümüzün ən populyar texnologiyalarından biri olan smartfonlar həyatımızın mərkəzindədir. İş o yerə çatıb ki, bir çox istifadəçi cibimizə sığışa bilən bu cihazı gündüz aktiv istifadə etmək üçün gecələr zaryatkaya (şarja) taxıb yatır. Bəs telefonu bir gecədə zaryatkada (şarjda) buraxmaq zərərlidirmi?

zaryatka şarj

Köhnə model telefonları uzun müddət şarjda saxlamaq batareyanın ömrünü ciddi şəkildə qısalda bilər və onu zədələyə bilər. Buna görə də smartfon istehsalçıları yeni nəsil modellərində günümüzün akkumulyator texnologiyalarından yararlanaraq bu problemin qismən həllini yaratmışlar.

Telefonu bir gecədə şarjda buraxmaq zərərlidirmi?

Smartfonların proqram təminatı akkumulyatorun tam dolu olub-olmadığını anlaya biləcək səviyyədədir. Buna görə cihaz, batareya tam doldurulduqda, yəni şarj 100 faizə çatdıqda avtomatik olaraq enerji cərəyanını kəsir. Deməli, telefonu bir gecədə şarjda saxlamaq zərərli deyil. Ancaq bu vəziyyətə bir də uzunmüddətli perspektivdən baxmaq lazımdır.

telefonu zaryatkada saxlamaq

Telefonu bir gecədə zaryatkada (şarjda) saxlamaq da uzunmüddətli zərəri özüylə bərabər gətirir. Batareyanın tutumu 100 faizə çatdıqdan sonra cihaz batareyadan enerji çəkməyə başlayır. Batareya 99 faizə düşdükdə, doldurulma başlayır və bu, bütün gecə təkrarlanır. Nəticədə cüzi də olsa “gücə düşmə” olacaq.

Smartfonların ən səmərəli batareya tutumu 20 ilə 80 faiz arasındadır. Göstərilən faizlərdən aşağı və ya yuxarı müntəzəm istifadə etsəniz, batareyanın ömrü qısalacaq. Bir çox istehsalçı yeni nəsil modellərində Litium batareyalarından istifadə edir. Bunlar müəyyən bir vaxta qədər ömür sürdüyü üçün doldurma intervalına nə qədər diqqət etsəniz də, nəticədə yenə də sıradan çıxacaqlarını unutmamaq lazımdır.

şarj

Bundan əlavə, smartfonunuzu saatlarla şarjda saxlamaq onun həddindən artıq isinməsinə təhlükə yarada bilər. Bunun üçün cihazı nə çox isti, nə də çox soyuq olmayan bir mühitdə saxlamalısınız.

Məsələn, bir çox istifadəçi telefonlarını yastığın altında zaryatkaya qoyur. Bu, həm insan üçün təhlükə yaradır, həm də cihazın batareyasının həddindən artıq isinməsinə səbəb olur. Beləliklə, batareyanın ömrü qısalır.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x