Soğanı belə yeməyin. Zəhər yaya bilər!
Məlum olub ki, vitaminlərlə çox zəngin olan soğan, dilimlənib uzun müddət saxlandıqda zəhər yaya bilir.
Yeməklərdə və salatlarda geniş istifadə edilən soğan vitamin baxımından çox zəngin bir qidadır və antibiotik effekti verdiyi bilinir. Ölkəmizdə və dünyada geniş şəkildə istifadə olunan soğanın kəsildikdə uzun müddət saxlandığı zaman kifayət qədər zərərli olması diqqət çəkdi.
Soğanı necə qəbul etmək olar?
Yeməklərdə bişmiş formada soğan, ağ və quru soğan, salat və ya yeməklərdə təzə yaşıl, qırmızı və bənövşəyi soğanlar çiy olaraq istifadə edilir. Xüsusilə qış aylarında havaların dəyişməsi ilə immun sistemi zəifləyir. Virus və bakteriyalara qarşı təbii antibiotik kimi fəaliyyət göstərən soğan zəifləmiş immunitet sisteminin güclənməsinə dəstək olur. Soğanın tərkibindəki kükürd (kü...