Boy uzatma yolları. Boy artımı neçə yaşa qədər davam edir?
Boy uzatma yolları son illərdə ən çox axtarılan mövzulardan biridir. İnsanın doğulduğu andan inkişafı müəyyən yaşa qədər davam edir. Xüsusilə yeniyetmələr boylarını artırmaq üçün müxtəlif işlər görürlər. Hündürlüyü ən sürətli və maksimum şəkildə necə artırmaq, hər bir insanın maraqlandığı məsləhətlərdən biridir. Klassik.az saytı Hurriyet qəzetinə istinadən "boyu necə böyütmək olar? hündürlük təbii olaraq necə artır? Böyümək üçün nə qədər vaxt lazımdır?" kimi suallara cavab olaraq məlumatları bir araya gətirdi. Həmin məlumatları sizə təqdim edirik.
Boy fərdin ümumi xarakterini müəyyən edən mühüm amillərdən biridir. Qısa boylu olmaq fərdin istedadına mane olmasa da, hündürboylu insanların qısa boylu insanlardan daha çox diqqət çəkdiyi bir həqiqətdir. Bəzi insanlar üçün qısa boylu olmaq t...