Sağlam arıqlama üsulları
Sağlam arıqlama son dövrlərdə ən çox lazım olan fəaiyyət növlərindən biridir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən mühüm sağlamlıq problemlərindən biri olan piylənmə qidadan alınan enerjinin xərclənən enerjidən çox olması nəticəsində meydana gəlir. Bədən qidadan aldığı artıq enerjini yandıra bilmədikdə, onu bədənin müəyyən yerlərində yağ kimi saxlamağa başlayır. Klassik.az Medicalpark.com.tr saytına istinadən sağlam arıqlama üsulları haqqında yazını sizlərə təqdim edir.
Son illərdə təbii qida istehlakının azalması, gündəlik iş tempində yeməyə kifayət qədər vaxt ayıra bilməməsi səbəbindən fast food istehlakı artıb. Həmçinin, fiziki aktivliyin azalması piylənmənin artmasına təsir edən əsas səbəblər sırasındadır. Orqanizmdə yağ miqdarının artması bir çox xroniki xəstəlikləri...