Sağlamlıq baxımından çox faydalı tərəvəz olan soğan yeməklərdə əvəzolunmazdır. Həm çiy, həm də bişmiş soğanın bir çox faydası var. Bununla belə, mütəxəssislər soğanın qida dəyərini itirməməsi üçün onun istifadə üsuluna diqqət yetirilməli olduğunu bildirirlər.
Orqanizm üçün bir çox faydası olan soğan, xüsusilə qışda immunitet sistemini gücləndirir və xəstəliklərdən qoruyur. Ancaq mütəxəssislərin fikrincə, yağda soğan qızartmaq heç də sağlamlıq üçün faydalı deyil! Ən çox edilən səhvlərdən biri də kartof və soğanı eyni mühitdə saxlamaqdır. Bəs bunların səbəbi nədir? Türkiyə dietoloqu Berna Ertuğ ətraflı şəkildə “təbii antibiotik” təsiri olan soğanın faydalarından danışdı.
SOGAN SAĞLAMLIQ ÜÇÜN ÇOX FAYDALIDIR.
Bu tərəvəzlərin xarakterik kəskin ətirləri və bəzi müalicəvi xüsusiyyətləri vardır. Hər kəsə məlumdur ki, soğan doğramaq göz yaşına səbəb olur. Bununla belə, soğan sağlamlıq üçün çox faydalıdır. Soğanın müxtəlif növ xərçəng riskini azaltmaq, əhval-ruhiyyəni yaxşılaşdırmaq, dəri və saç sağlamlığını qorumaq kimi mühüm faydaları da var.
VİTAMİN VƏ MİNERALLARLA ZƏNGİNDİR.
Soğan A, C və B vitaminlərinin mühüm mənbəyidir. O, həmçinin kükürd, yod, kalsium, dəmir, folat, maqnezium, fosfor, kalium və antioksidantlarla zəngindir. A vitamini həm infeksiyalara qarşı toxunulmazlığı, həm də göz sağlamlığını dəstəkləyir, B vitaminləri isə suda həll olunan vitaminlərdir. B vitamini immunitet və sinir sisteminin düzgün işləməsinə kömək edir. Tərkibindəki C vitamini xüsusilə qışda xəstəliklərdən qorunmağa kömək edir.
Soğanın tərkibində olan qida maddələri aşağıdakılardır:
15 kiçik quru soğan (100 q) 30 kaloridir, Onda
9,3 qram karbohidrat
1,7 qram lif
0,1 qram yağ
1 qram protein
4 mq natrium
146 mq kalium vardır.
XƏRÇƏNG RİSKİNİ AZALDIR.
Araşdırmalar göstərir ki, soğan kuarsetin adlı antioksidan sayəsində yumurtalıq və kolorektal kimi xərçəng növlərinin inkişaf riskini azaltmağa kömək edir. Kuarsetin immun hüceyrələrdə allergik reaksiyalara səbəb olan histaminin ifrazına maneə törədir. Beləliklə, soğanın astma və ya allergik problemləri olan insanlara da çox müsbət təsir etdiyi bilinir. Soğanın tərkibindəki kükürd qan durulaşdırıcı təsirə malikdir. İnfarkt və insult riskini artıran trombositlərin yığılmasının qarşısını alır. Digər tədqiqatlar göstərir ki, soğandan olan kükürd hipertansiyonun başlanğıcını gecikdirir və azaldır.
Ümumiyyətlə böyük miqdarda alınan və eyni yerdə saxlanılan soğan və kartof müxtəlif qutulara və ya kisələrə qoyulmalıdır…
SOĞANI KARTOFDAN AYRI SAXLAYIN.
Cəmiyyət olaraq soğanı saxlayarkən ən çox edilən səhvlərdən biri də onları kartofla eyni mühitdə saxlamaqdır. Çünki, kartofun buraxdığı nəmlik soğanın cücərməsinə və çürüməsinə səbəb olur. Qurudulmuş soğanın sərin və quru yerdə saxlanması onların uzun müddət təzə istifadə edilməsini təmin edir. Yarımçıq qalan soğanları şüşə qaba qoyaraq soyuducuda saxlamaq olar. Təzə soğanı soyuducuya yaş qoymaq da edilən digər səhvlərdən biridir. İlk növbədə təravətini itirmiş yarpaqlar varsa, onları təmizləyib sonra kağız dəsmallara büküb soyuducuda saxlamaq lazımdır. Bu şəkildə təzə soğan daha uzun müddət təzə qala bilər.