Şənbə, İyul 27
Shadow

Yemək yemə tərziniz xarakterinizi bildirirmiş!

257 oxunma

“Yemək” deyib keçmək düzgün olmaz. Qarşınızdakı insanın yediyi yeməkdən, içdiyi içkiyə qədər onun şəxsiyyət xüsusiyyətləri haqqında fikirlər əldə edə bilərsiniz. Eksperimentə görə, qidalanma tərzinə görə 10 növ insan xüsusiyyəti müəyyən edilib. Üslubunuz, davranışınız hər zaman bir ipucu verir, sadəcə bunu görmək üçün yaxşı müşahidəçi olmalısınız. Yemək tərzinə görə təyin olunan şəxsiyyət xüsusiyyətləri bunlardır…

Təcrübə, “Food-ology” şirkəti tərəfindən həyata keçirilib. Kaliforniyada yerləşən bu şirkət insanların üstünlük verdiyi qidalarla davranışlarının necə əlaqəli olduğunu araşdırdı.

Araşdırmaya Juliet A. Boghossian rəhbərlik edib. Bu şəxsiyyət tiplərinin xüsusiyyətləri onların yemək tərzlərinə görə müəyyən edilmişdir. Oxşar araşdırma Pensilvaniya Universitetində də aparılıb.

Aparılan araşdırmalara əsasən sizin üçün şəxsiyyət xüsusiyyətlərini tərtib etdik. Yemək vərdişlərinə və yemək tərzinə əsaslanan şəxsiyyət xüsusiyyətləri bunlardır:

YAVAŞ YEYƏN İNSANLAR

Təcrübələrə görə, tələsmədən yeyən və yeməkdən həzz alan insanlar daha nəzarətli, özünə güvənən və sakit olmağa meyllidirlər. Həm də həyatdan həzz alaraq yaşamağa üstünlük verirlər.

Pensilvaniya Universitetində aparılan araşdırmaya görə, yavaş yeyənlər həyatlarını qiymətləndirə bilən və onu nəzarət altında saxlamağı sevən insanlardır.

SÜRƏTLİ YEYENLER

Yeməklərini sürətli yeməyi sevən insanlar eyni anda bir çox şeyi etməyi xoşlayırlar. Tez qəzəblənirlər, amma dürüstdürlər. Onlar rəqabət xarakteri daşıyır və hadisələr qarşısında impulsiv reaksiya verə bilirlər. Onlar tez-tez öz maraqlarını güdür və özlərinə meylli ola bilərlər.

HƏR YEMƏNİ TƏK-TƏK YEYƏNLƏR

Yeməkləri bəzən rənginə, bəzən də sırasına görə yeməyə üstünlük verən insanlar nizama və təmizliyə önəm verirlər.

Onlar iş mühitinin təmiz olmasına diqqət yetirirlər. Onlar qətiyyətli görünə bilər, lakin gözlənilməz vəziyyətlərdə qərar verməkdə çətinlik çəkirlər. Çalışqan və məsuliyyətlidirlər.

DAİM YENİ YEMƏKLƏRİ SINAMAQ İSTƏYƏNLƏR

Fərqli dadları tərəddüd etmədən dadmağa açıq olanlar risk almağı sevən insanlardır. Ekstrovert ola bilirlər, darıxmırlar, yeni şeylər kəşf etməyi sevirlər və çoxları tərəfindən bəyənilirlər. Onlar tək qalmağı sevməyə bilər.

FƏRQLİ ŞEYLƏRİ SINAMAĞI SEVMƏYƏNLƏR

Ənənəvi dadlara açıq olan və fərqli yeməkləri dadmaq istəməyən insanlar nə qədər hər kəsə açıq, ünsiyyətcil görünsələr də, özünə qapalı ola bilərlər.

Bu hal “hər kəsə açıqlar” üçün də aiddir. Nə qədər “hər kəsə açıq”görünsələr və yeni şeylər sınamaq istəsələr də, özlərinə qapanan hissələri də var. Fərqli dadlara üstünlük verməyənlər daha çox analitik ola bilər.

HƏR ŞEYİ QARIŞDIRARAQ YEYƏNLƏR

Yeməkləri qarışdırıb yeyən insanlar daha sosial olurlar. Onlar mehriban və səmimidirlər. Məsuliyyətlidirlər və özlərini birinci yerə qoymağı sevirlər.

Araşdırmalara əsasən, insanların vəziyyətə görə göstərdikləri davranışların dəyişə bildiyi ortaya çıxdı.

UYĞUNLAŞMAQ ÜÇÜN SÜRƏTLİ YEMƏK YEYİRLƏR

Məsələn, insanlar sevdiklərinin yanında olanda daha çox yeməyə meyllidirlər. Qonaq gələndə daha çox yemək hazırlanır və yeyilir. Bundan sonra ‘Çox yedim və şişdim’ ifadələrini eşitmək olduqca normaldır. Çünki birlikdə olduğumuz zaman uyğunlaşmaq üçün yemək yeməyin sürəti arta bilər.

HƏSSAS İNSANLAR DAHA ÇOX ATIŞDIRIRLAR

Həssas insanlar emosional vaxtlarda daha çox yeyə bilərlər. Emosional insanlar stresslə mübarizə aparmaq üçün sevdikləri yeməkləri daha tez-tez qəbul etməyə üstünlük verə bilərlər.

LighterLife adlı bir çəki nəzarət mərkəzinin araşdırmasına görə, 200 qadının çoxsu özlərini yaxşı hiss etmək üçün müntəzəm olaraq sevdikləri yeməklərdən istifadə edirlər.

HƏR KƏSƏ AÇIQ İNSANLAR SOSİALLAŞMAQ ÜÇÜN ALKOLA ÜSTÜNLÜK VERİRLƏR

Açıq insanlar daha çox spirtli içki qəbul edirlər. Appetite jurnalında dərc edilən araşdırmaya görə, beləb insanlar sosiallaşmaq üçün daha çox spirtli içkilərə üstünlük verirlər.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x