Cümə axşamı, Dekabr 5
Shadow

Qulaqlarınıza zərər vermədən qulaq kirini təmizləməyin sadə və təsirli üsulları

371 oxunma

Qulaq kiri daxili qulaq kanallarını qoruyaraq infeksiya riskini azaldan faydalı bir faktor olsa da, miqdarı artdıqca narahatlıq yarada bilər. Məsələn, pambıq çubuqdan istifadə qulağınızın sağlamlığı üçün ciddi təhlükədir! Bəs qulaq kirinin çoxalmaması və qulaqlarımızı təmiz saxlamaq üçün nə etməliyik? Bu sualın cavabını məqaləmizdə tapa bilərsiniz!

Qulaq kiri qulaq kanallarının infeksiyasının qarşısını alan mühüm faktordur, lakin çox sıx olduqda tıxanmaya səbəb ola və bizi narahat edə bilər.

Qulaq kirini azaltmağın və ya qarşısını almağın bir çox sadə və sağlam yolları var.

1. Səhərin vazkeçilməzi olan bir fincan isti qəhvə, təəssüf ki, tərkibindəki kofein səbəbiylə güclü qulaq kiri əmələ gəlməsinə səbəb ola bilər.

Kofesiz bir həyat təsəvvür edə bilmirsinizsə, mütəmadi olaraq bir mütəxəssisə müraciət etməli və qulaqlarınızı təmizləməlisiniz. Təbii ki, qəhvə qəbulunun azaldılması qulaq kirinin yığılmasını da azaldacaq.

2. Qulaq çubuqlarından indi qurtulun!

Təəssüf ki, qulaq çubuqları qulağı asan və tez təmizləməyə kömək edir, lakin onlar həm də xeyirdən çox zərər verirlər. Qulaq kanallarınızı qıcıqlandırdığı üçün kirləri təmizləmək əvəzinə içinə itələyir və kirlərin çıxarılmasını çətinləşdirir. Bunun əvəzinə qulağınızı sabun və su ilə yuyub nazik dəsmal ilə silmək daha uyğun seçim olacaq.

3. Qulaq çubuqlarını atmısınızsa, əvəzində istifadə edə biləcəyiniz bir təklifimiz var; Zeytun yağı!

Zeytun yağının faydaları saysız-hesabsızdır. Ona görə də, qulaqlar üçün faydalı olduğunu eşidəndə təəccüblənmədik. Həftədə bir dəfə qulağınıza damcılayacağınız bir damla zeytun yağı bərkimiş qulaq kirini yumşaldır, həm də kirin öz-özünə xaric olmasına kömək edir.

4. Bol su içmək normal olaraq sağlamlığınız üçün vacib olduğu qədər, qulaqların təmizlənməsində xüsusi əhəmiyyətə malikdir.

Bol su içmək qulaq kanallarını stimullaşdırır və qulağın özünü təmizləməsinə yol açır. Bu səbəbdən qulaq kirinin yığılması da əhəmiyyətli dərəcədə azalır.

5. Qulağınızın içini deyil, çölünü və arxasını təmizləməyi tövsiyə edirik.

Əgər tez-tez duş qəbul edirsinizsə və həddindən artıq tozlu yerlərdə işləmirsinizsə, qulağınızın çölünü və arxasını təmizləmək qulağınızın təmizlənməsi və sağlamlığınız üçün kifayət edər. Qulaq çubuqlarını yalnız çölü təmizləmək üçün istifadə etmək də mümkündür.

6. Heç vaxt “qulaq şamı” deyilən üsuldan istifadə etməməlisiniz!

Bu konus formalı şamların iti ucu qulağa daxil edilir, digər ucu isə yandırılaraq vakumla çıxarılır, lakin bu üsul son dərəcə təhlükəlidir. Səhvən özünüzü yandırmaq riski olduğumu kimi, ərimiş şam da qulağınıza girərək ciddi problemlər yarada bilər!

7. Qulaqcıqla yüksək səslə musiqi dinləmək ümumiyyətlə qulaq sağlamlığınız üçün həm zərərlidir, həm də qulaq kirinin yığılmasını artırır.

Qulaqlıqlarınızı mümkün qədər fasilələrlə istifadə etməli və səsi kənardan eşidiləcək qədər yüksəltməməlisiniz.

8. Bir sprey şüşəsinin köməyi ilə qulağınıza bədən istiliyində olan suyu püskürdərək kanalları stimullaşdıra bilərsiniz.

Çox vaxt təhlükəsiz bir üsul olsa da, proseduru yerinə yetirdikdən sonra qulağınızı yaxşıca qurutmasanız, iltihaba səbəb ola bilərsiniz. Bundan əlavə, əgər sizə qulaq xəstəlikləri diaqnozu qoyulubsa, həkiminizlə məsləhətləşmədən bu üsullardan heç birini istifadə etməməlisiniz.

8. Hidrogen peroksid (perekis) ilə qulaq təmizləmə

Hidrogen peroksidin 3% gücündə olduğundan əmin olun. Qulağınıza bir neçə damcı qoyun və qulaq kanalınıza daxil olmaq üçün başınızı bir az silkələyin. Mayeni buraxmaq üçün başınızı çevirməzdən əvvəl bir neçə dəqiqə gözləyin.

9.Qliserin ilə qulaq təmizləmə.

Qliserin qulaq kirini çıxarmağı asanlaşdıran təbii bir məhsuldur. Apteklərdə tapa bilərsiniz. Hər iki qulaq üçün 4 damcı istifadə edin və ən yaxşı nəticələr üçün gündə üç dəfə tətbiq edin.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x