Cümə, Oktyabr 11
Shadow

Burun axması niyə baş verir? Onu necə dayandıraq? – 7 həll üsulu.

2. 415 oxunma

Evdə burun axıntısını dayandırmağın təbii üsulları.

Şübhəsiz ki, burun axması hər kəsin yaşadığı bir dönəmdir. Günəşə çıxanda burnu axanlar, qripə yoluxma günlərində yanlarında salfet qutuları daşıyanlar, həə bir də duyğusal olanda burun axıntısı olanlar üçün faydalı məqalə hazırlamışıq. Bu yazıda siz burun axıntısına çarə tapacaqsınız.

Burun axıntısı necə müalicə olunur, nə kimi metodlar yaxşıdır?

Duzlu su
Xardal yağı
Zəncəfil
Limonlu su
Sarımsaq
Evkalipt yağı
Tərə
Burun axmasını dayandırmaq üçün lazım olanları bir-bir sadaladıq. Məqaləmizi oxuyarkən həqiqətən də rahat nəfəs ala bilərsiniz. Çünki, ən təbii üsullarla burun axıntısını dayandırmaq üçün məlumatları sizin üçün Nefisyemektarifleri.com saytına istinadən yazmışıq.

1) Duzlu Su

Duzlu su, evdə burun axıntısını kəsməyin mümkün olub-olmadığını soruşaraq həll yolu axtaranların ən çox istifadə etdiyi üsullardan biridir.
Duzlu su burun axıntısını kəsməyin ən məşhur üsuludur. Burnunuz daim axdığı zaman burunda qıcıqlanma yaranır. Duzlu su da bu yaraları sağaldır və mikrobları çıxarır.

Soyuqdəymə və qrip olan günlərdə burun axıntısını aradan qaldırmaq üçün qaynar suya duz əlavə edin və duzun həll olunmasını gözləyin.
Sonra bu suyu iki damcı olaraq hər iki burun dəliklərinizə damcıladın. Gündə bir neçə dəfə cəhd etməyin heç bir zərəri olmaz. Bu üsulla bəlğəmi də təmizləyə bilərsiniz.

2) Xardal yağı

Xardal antibiotik təsiri olan bir bitkidir.
Onun yağı bədəninizdəki mikrobları çıxarmaqda da təsirlidir.
Az miqdarda xardal yağını qızdırın və burun dəliklərinizə damcıladın.
Burun keçidlərini açacaq və burun axması, öskürək kimi şikayətlərinizə son verəcək.

3) Zəncəfil

Burun axması tənəffüs yolunda olan narahatlığın nəticəsidir.
Əgər xəstəsinizsə və burun axıntısını dayandırmaq üçün nə edəcəyinizi bilmirsinizsə, gəlin mətbəxinizdəki ədviyyatlar bölməsinə nəzər salaq.
Bu vəziyyətin qarşısını almaq üçün zəncəfil çiy formada qəbul edilə bilər.
Bundan əlavə, zəncəfil ilə buxar banyosu da yaxşı ola bilər. Zəncəfilli-ballı bitki çayı içməyi də sizə tövsiyə edirik.

4) Limonlu su

Burun axıntısı əleyhinə yollar arasında bol miqdarda C vitamini olan limon da var.
Limonlu su qarışığı burun axması, asqırma kimi xəstəliklərin dərmanı kimi sayılır.
Gün ərzində limonlu su qəbul etməyi məsləhət görürük.

İlıq içdiyinizə əmin olun. Limon təzyiqi aşağı saldığı üçün təzyiqi aşağı olan xəstələrə tövsiyə edilmir.

5) Sarımsaq

Burun axıntısını təbii şəkildə bitirmək üçün antibiotik təsirli qidalarla qidalanmalısınız. Sarımsaq onlardan biridir. Sarımsaqlı qidaları qəbul etdikdə narahatlıqlara son verə və daha rahat nəfəs ala bilərsiniz.
Burun axıntısını kəsmək üçün bitki mənşəli məhlul olaraq sarımsağı sınadığınızda, bədəninizin xəstəliklərə qarşı müqavimətini də artırmış olacaqsınız.

6) Evkalipt yağı

Burun axıntısını kəsmək üçün bitki mənşəli vasitə olan evkalipt kəskin qoxusu ilə köməyinizə çatır.
Təravətləndirici evkalipt yağı ilə burun axıntısını aradan qaldırmaq üçün təmiz dəsmalın üzərinə bir neçə damcı evkalipt yağı əlavə edin.
Sonra dəsmalın üzərindəki yağı vaxtaşırı burnunuza toxundurun.

7) Tərə

“Nə etsəm də burun axmasının dayanmadığını” deyirsinizsə, bir mütəxəssisin məsləhətini də sınaya bilərsiniz.
Burun axması necə keçir? – sualna İbrahim Saracoğlu belə cavab verdi:

– Təzə dərilmiş tərə qəbul etməyi sizlərə tövsiyə edirəm. Təzə tərə burun axıntısını məhv etmək xüsusiyyətinə malikdir.

Burun axıntısı üçün digər məsləhətlər.

Bir müddət çox quru və çox nəm olan yerlərdən uzaq durmağa çalışın.
Təmizliyiniz üçün hər dəfə təmiz salfetlərdən istifadə etməyə diqqət edin.
C vitamini ilə zəngin qidalar yeyin.
Portağal, kivi, limon, yaşıl tərəvəzlər qəbul edə bilərsiniz.
Bol su içməyi də unutmayın.
Yeməklərinizə və şorbalarınıza acı çili bibəri əlavə etsəniz, bədəninizə yayılan mikrobları qısa müddətdə atıb, burun axmasına səbəb olan faktorları məhv etmiş olarsınız.
Səhər yeməyində bal yeyərək burun axması və boğaz ağrısı kimi narahatlığa son verə bilərsiniz.
Həmçinin, antioksidant və antibakterial təsir göstərən qidalarla qidalanmanın qalmaq tövsiyə olunur.

Burun axmasına nə kimi amillər səbəb olur?

Soyuq havalarda burun axıntısı tez-tez olur. Burundakı iltihaba “rinit” deyilir. Bəzi hallarda boşalmanın səbəbi rinitdir.
Bəzən burun axmasının ümumi soyuqluqdan qaynaqlandığı güman edilir.
Burun axıntısı baş ağrısı ilə müşayiət oluna bilər, çünki insan burundan asanlıqla nəfəs ala bilmədikdə baş ağrısına səbəb ola bilər.
Bəzi hallarda burun axması ciddi xəstəliklərin xəbərçisidir.
Ciddi xəstəliklərdən uzaq olmaq üçün burun axmasını kiçik bir problem olaraq görməmək lazımdır.
Lazımi tibbi yardım almalı və dərman müalicəsi tələb olunarsa ondan istifadə etməlisiniz.
Soyuqdəymə nəticəsində yaranan burun axıntısı təxminən 10 gün ərzində keçəcək.
Burun axması və orqanizmin mikroblarla mübarizə müddəti insanın immunitetinin nə qədər güclü olduğuna görə dəyişir.
Əgər 10 gündən çox davam edən burun axıntınız varsa, daha çox vaxt itirməyin mənası yoxdur. İlk təyinat yeriniz həkiminiz olmalıdır.

Mövsümi dəyişikliklər zamanı görülən burun axıntısı olduqca normaldır.
Bəzən isti havadan soyuq havaya keçərkən bədəninizi necə qoruyacağınızı bilmirsiniz.
Tərləmə və üşütmə eyni anda meydana gəldiyində, burun axması və baş ağrısı kimi nəticələr qaçınılmaz ola bilər.
Burun axıntısının digər səbəblərini aşağıdakı kimi ifadə etmək daha doğru olar:

Polen, günəş və toz allergiyası;
Siqaret çəkmək;
Burun sümüyünün əyriliyi və ya çatlaması;
Hormon dəyişiklikləri;
Hamiləlik dövründə olmaq;
Ədviyyatlara allergiya;
Çox soyuq və quru havada olmaq;
Ədviyyatlı yeməklərin qəbulu;
Burun keçidlərində şişlər.

Bəs burun axıntısı faydalı tərəfi varmı?

Bir çox insanı narahat edən burun axıntısı, faydaları ilə sağlamlığınızı da qoruyur.
Tutaq ki, burun axması faydalı fizioloji hadisədir. Burun axdığı zaman ilk növbədə burnun içi təmizlənir və daha rahat nəfəs ala bilirsiniz.

Beləliklə, burunda yığılan kirlər çölə atılır. Burunda əmələ gələn selik, toz və zərərli maddələri tutub saxlayır. Zərərli maddələrin ağciyərlərə keçməsinin qarşısını alır. Nəticədə, sizi ağciyər xəstəliklərindən qoruyur. Deyə bilərik ki, burun axması və asqırma əslində orqanizmimizin xəstəlik törədən mikroorqanizmləri çıxarmaq üçün istifadə etdiyi üsullardır.

Bir müddət burun axıntısı varsa, bu, immunitet sisteminizin işlədiyinə və sizi qoruduğuna işarədir.
Qeyd etdiyimiz kimi, 10 gündən çox davam edən burun axıntısı üçün həkimə müraciət etməlisiniz. Burun axması şikayəti üçün ailə həkiminizə və ya burun-boğaz həkimlərinə müraciət etmək sağlamlığınız üçün yaxşı bir addım olacaq.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x