Psixoloqların fikrincə, dilimizə düşən mahnılar beynimizin bizim ixtiyarımızdan kənar bir bölgəsinin olduğunu göstərir. Bu mahnılar icazəsiz gəlir və getmək istəmirlər. Onlar tamamilə bizim nəzarətimizdən kənardadır!
Beynimiz, çox hallarda idarə edə bilmədiyimiz mürəkkəb və dərin bir quruluşa malikdir. Bəzən xatırlamaqda çətinlik çəkdiyimiz bir məlumatı bizə vermək əvəzinə mahnı oxumağı seçə bilir, bu zaman əlimizdən heç nə gəlmir…))
Londonda Goldmiths Universiteti-ndə aparılan araşdırmada 5000-dən çox mahnı müəyyən edilib. Əsasən sadə və təkrarlanan mahnılar dilimizə düşür, lakin bu mahnılar hər kəs üçün fərqli olur.
Musiqinin içində itmək.
Nevroloq Oliver Sacks Musicophilia kitabında dilimizə düşən mahnılar üçün “beynimizin musiqiyə qarşı ifrat dərəcədə həssaslığı” deyə yazır. Musiqidə təkrarlar çoxdur və buna görə də onlardan qurtulmaq çox çətindir. Bəziləri mahnını başdan ayağa qədər oxumağın ondan qurtulmağa kömək etdiyini söyləyir, bəziləri isə bunun işə yaramadığını düşünür.
Gün ərzində tez-tez qarşılaşdığımız şeylər arasında olan musiqi, hər dəfə eyni şəkildə qarşımıza çıxması ilə də fərqlənir. Məsələn, hər gün gördüyünüz hasarlar əslində eyni hasarlardır, lakin hər dəfə onlara baxdığınız zaman fərqli işıq və bucaq səbəbindən onları tam eyni görmürsünüz. Eyniylə mahnıya qulaq asanda hər dəfə eyni mahnı olur. Təkrarlar isə yadda saxlamağa çox təsir edir və bəlkə də buna görə mahnıya hər dəfə qulaq asanda o, yaddaşımızı dərindən oyaqlayır, dilimizdə ilişib qalmağı asanlaşdırır.
Dilimizə düşən bu mahnılarda fərqli vəziyyətlər də var. Təkrarlar o mahnını yadda saxlamağımızı asanlaşdırsa da, melodiyasındakı cüzi dəyişikliklər onu yadda saxlamaq üçün ciddi ipucu verir. Bu şəkildə yaddaşımızda yerləşməsi çox asan olur. Əgər melodiyadakı bu orijinal dəyişikliklər olmasaydı, bu, sadəcə təkrarlanan oxşar səslər olardı və onu xatırlamaq bizim üçün daha çətin olardı.
Ritmin qulu olmaq.
Mahnını təkrar-təkrar eşitmək üçün onu dinləməyə ehtiyac yoxdur, hətta adını eşitmək belə kifayət edə bilər. Bu, həmin mahnıların uzunmüddətli yaddaşla əlaqəli olduğunu göstərir. İnsan yaddaşı üzərində aparılan araşdırmalar qısamüddətli yaddaşda “qul sistemləri” adlı bir vəziyyəti müəyyən edib. Bu sistemlər yaddaşımızda yerləşir, şəkilləri və səsləri saxlayır və diqqət etdiyimiz bir şeyin qısa müddət ərzində yaddaşımızda canlı qalmasını təmin edir.
Bu qul sistemlərindən biri də “ağıl gözü”dür və vizual məlumatları toplayır. Digəri isə “daxili qulaq”-dır və telefon nömrələri kimi şeyləri yadda saxlamağa imkan verir. Həmin dilə düşən mahnılar da əsas bu qismə təsir edir. Gün ərzində planlarımızı, düşüncələrimizi və ya yadda saxlamalı olduğumuz şeylərin siyahısını təkrarlamaq əvəzinə, daxili qulaq, mahnının melodiyasına və ya sözlərinə ilişib qalır. Nəticədə normalda ağlımızı məşğul etməyən bir hissəmiz, istəklərimizə cavab vermək əvəzinə dəfələrlə mahnını təkrarlayır.
Müasir psixologiya ağlımızın bütöv olmadığı qənaətinə gəlib. Əslində zehnimiz tam bilmədiyimiz bir dünyadır və tamamilə bizim nəzarətimizdə deyil.
Dilimizə düşən mahnıların həlli yolu varmı?
Xoşbəxtlikdən, psixologiya bizə üsyankar bir ağılla necə davranmaq barədə bəzi vacib məsləhətlər verə bilər. Məşhur “ağ ayı haqqında düşünmə” problemi ağ ayıları düşünməməyə çalışır. Yoxladığınız zaman tam bir əks-təsir olduğunu görəcəksiniz. Bir şeyi düşünməməyə çalışdığınız zaman, hər dəfə onu düşünüb-düşünmədiyiniz kimi seçimlər arasında qalacaqsınız. Tam olaraq düşünməməyə çalışdığınız şeyi yenidən ağlınıza gətirəcəksiniz!
Ağ ayı probleminin həlli ağ ayıya əhəmiyyət verməmək və bu barədə düşünməmək və başqa bir məşğuliyyət tapmaqdır. Bu, populyar mahnılar üçün həll yolu ola bilər. Bizim nəzarətimizdən kənar olan daxili qulağa davamlı olaraq “sus” demək əvəzinə, fərqli bir məşğuliyyət tapmaq faydalı ola bilər. Ən yaxşısı onu başqa işə təyin etməkdir.
Faydalı olduğu düşünülən başqa bir şey də; dilinizdə ilişib qalan mahnıya bənzər başqa bir mahnı oxumaq. Beləliklə, mahnını yaşadan detalları başqa mahnıya yönləndirə və dilinizdə olan mahnıdan xilas ola bilərsiniz.