Cümə axşamı, Noyabr 21
Shadow

Məşhur insanlardan mənalı və düşündürücü sitatlar

705 oxunma

Mənalı sitatlar müdriklərdən, dahilərdən, məşhur insanlardan bizə taa qədim vaxtlardan gəlib çatır və hər bir sitatın öz dərin mənası, gözəlliyi, məntiqi vardır. Klassik.az dahilərdən bəzi sitatları sizlər üçün təqdim edir.

Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. – Bencamin Franklin

Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir. – Bob Marli

Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük!
– Nazım Hikmət

Bitdi deyə kədərlənmə, “yaşandı” deyə sevin. – Qabriel Qarsia Markes

Yalançı lap axırda özünü aldadır. – Mahatma Qand

Dinləmək, qarşındakı insana göstərə biləcəyin ən böyük nəzakətdir.- Deyl Karnegi

Hər kəs öz keçmişini qəlbi ilə bildiyi bir kitabın səhifələri kimi bağlı saxlayar və dostları, sadəcə onun ön sözünü oxuya bilər. – Virciniya Vulf

Bir fincandakı qəhvə kimidir həyat. Bəzən şirin bəzən deyil. Əhəmiyyətli olan qəhvənin dadı deyil onsuz da, onu kiminlə içdiyinizdir. – Bob Dilan

Həyatın ilk əlli ili mətn, geri qalanı şərhdir. – Artur Şopenhauer

Gözləyə bilənə hər şey öz vaxtında gəlir. – Onore de Balzak

Mənalı və düşündürücü sitatlar

Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın. – Ömər Xəyyam

İndiki vaxtda insanlar hər şeyin qiymətini bilir, heç bir şeyin dəyərini bilmir. – Oskar Uayld

Bəzən tək ehtiyacımız bir əl və bizi anlayacaq bir ürəkdir. – Can Yücəl

mənalı sitatlar

Nadanın savadlı adama nisbətdə böyük üstünlüyü var: o həmişə özündən razıdır. – Napoleon Bonapart

Mənim üçün böyük insan öz beyni ilə ürəyi arasında rabitə yaradan insandır. – Napoleon Bonapart

Ən mükəmməl ədalət vicdandır. – Viktor Hüqo

Nə qəribədir ki, cəmiyyət olaraq ağlı yavaş olana deyil də, ayağı yavaş olana, ürəyi kor olana deyil də gözü kor olana yazığımız gəlir.- Cübran

Cahilliyin üç növü var: heç nə bilməmək, lazım olanı pis bilmək, və lazım olmayan bir çox şeyi bilmək. – Thomas Fuller

Sözlərin gücünü anlamadan, insanların gücünü anlaya bilməzsən. – Konfutsi

Quyuya salsan da yaxşılığı, bil
Yenə qayıdacaq, o itən deyil.
– Nizami Gəncəvi

Təhsilli biri deyiləm, hər hansı bir sahədə peşəkarlığım da yoxdur… Lakin səmimi biriyəm və mənim səmimiyyətim mənim kimliyimdir. – Malkolm X

Cavanlıqda bilik ağacı əkməsək, qocalanda kölgəsinə sığınası ağacımız olmaz. – Kiçik Seneka

Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx. – Mövlana Cəlaləddin Rumi

Bundan 20 il sonra etdiklərinə görə yox, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et. – Oldos Haksli

Başqalarının həyatlarından dərs alın. İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır. – Tolstoy

Az bilib çox danışan bədxərclik edən yoxsula oxşayır. – Napoleon Bonapart

Mənalı, məntiqi və düşündürücü sitatlar

Siyasətin ancaq başı var, ondan ürək istəməyin. – Napoleon Bonapart

Vaxtilə Fransız hökumətindən biri Napoleon Bonapartı bir müharibə əsnasında tənqid edib barmağını xəritə üzərində gəzdirərək: Əvvəl buranı almalı idiniz, sonra burdan keçərək kənarını zəbt etməli idiniz, kimi fikirlər icra edincə Napoleon :”Bəli, onlar barmaqla alına bilsəydi dediyin kimi edərdim”

Uğur-məşhur insanları yaradır. – Napoleon Bonapart

mənalı və düşündürücü sitatlar

Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir. – Viktor Hüqo

Napoleon gəncikən leytenantlıq dövründə içinə qapalı bir insan idi. Olduğu mühitin ətrafında partilər verilər insanlar dayanmadan əylənərkən Napoleon heç qatılmazdı. O passiv duruşu və solğun çöhrəli halını görənlərə belə deyərdi. “Tarix nümunələriylə doludur, gün gəlir nəfəs çöhrəli amma ehtiraslı olan adamlar önə çıxarlar və zəngin modabazların, ağıllanmaz gözəl fahişələrin və onların başçılarının hakimiyyətini əllərinə keçirərlər”.

Müharibə əvvəlcədən nəzərə alınan hallardan ibarət olmur. – Napoleon Bonapart

Insanları yüksəldən iki böyük xüsusiyyət vardır; kişinin mərd, qadının namuslu olması. – Napoleon Bonapart

Həyatda ən böyük xoşbəxtlik — insanların sizi özünüzə görə sevdiklərinə əmin olmaqdır. – Viktor Hüqo

Cavan oğlanda həqiqi sevginin birinci əlaməti — ürəksizlikdir, qızda — cəsarət – Viktor Hüqo.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x