Bazar ertəsi, May 20
Shadow

Yuxuda pişik görmək. Yuxuda pişik balası görmək nə deməkdir?

2. 349 oxunma

Yuxuda pişik görmək. Bəzilərimiz gündəlik həyatımızı bir çox sevimli heyvanlarla paylaşırıq. Bu səbəblə bəzən yuxumuzda ətrafımızda tez-tez gördüyümüz canlıları görə bilirik. Belə hallarda biz bu canlıları görməyin mənasının nə olduğunu düşünürük.

Yuxuda pişik görmək nə deməkdir?

Yuxuda pişik görmək insanın övladı olacağına işarə edir. Yuxunu görən qadındırsa, ərinə görə bir qədər sıxıntı yaşayacağına və ətrafında düşmənlərin olacağına yozulur. Yuxuda pişik görmə səmimi olmayan, ikiüzlü və ətrafındakı insanları aldadan adama yozulur. Başqa yuxu yozumuna görə yuxuda pişik görməy, əgər həmin şəxs anadırsa, o, övladına qarşı həddindən artıq sərt davranır və uşağı darıxdıracaq şəkildə övladının təhsili naminə lazımsız səylər göstərir.

Yuxuda dişi pişik görməyin mənası?

Yuxuda dişi pişik görmək pis xasiyyətli qadına yozulur. Əgər görülən dişi pişik ev pişiyidirsə, yuxu çətinliklərdən qurtulmağa işarədir. Əgər görülən dişi pişik sahibsiz pişikdirsə, ətrafdan birinin davranışı və rəftarı nəticəsində problemli bir vəziyyətlə qarşılaşacaqsınız. Yuxuda dişi ev pişiyi sizi cızırsa, bu, bir il ərzində xoşbəxtlik və sülhün daimi olacağına işarə edir. Bundan başqa evə bolluq gələcək. Demək olar ki, yuxuda görülən dişi həm də ikğği üzlü və hiyləgər qadına yozulur.

yuxuda pişik görmək

Yuxuda qara pişik görməyin mənası

Qara pişik yuxu görən insanın hər hansı səbəbdən ürəyində təsvirolunmaz sıxıntı hiss edəcəyinə, ona görə də daimi narahatçılıq içində qalacağına, kənarda yaşayacağına və bu problemlərdən və bəlalardan xilas olmaq üçün problemə çıxış yolu tapmağın əhəmiyyətli olduğunu göstərir.

Yuxuda ağ pişik görməyin mənası

Ağ pişik görmək yuxu görənin ailə və iş həyatında çox problemli, sıxıntılı və çətin dövrlərin yaxınlaşdığına işarə edir. Bu vəziyyətdə yuxu görənin səbr və əzmkarlıq göstərərək bu problemlərdən xilas olacağına yozulur. Eləcə də, qarşıya çıxacaq problemlər qarşısında səbr göstərilərsə, rifahın əldə olunacağına işarə edilir.

Yuxuda ağ pişik balasını sevmək

Yuxuda pişik balasını sevmək; Yuxu görən insanın etdiyi bəzi səhvlər üzündən öz işlərində problemlər yaratdığına, çox çətin və kədərli günlər keçirəcəyinə işarə edir. Bu, həm də ailə üzvlərindən birinin çoxciddi bir kədərə sövq edildiyini göstərir.

Yuxuda ağ pişik balası görmək

Yuxuda ağ pişik balası görmək yuxu görən fərd iş həyatında və işində qazandığı pulda azalma yaşayacağı, tədbir görmədiyi təqdirdə çox pis vəziyyətlərlə qarşılaşacağı deməkdir. Həm də yuxugörənin həyat yoldaşlarından, dostlarından və ya qohumlarından birinin bir problemə girəcəyi deməkdir.

yuxuda pişik görmək nədir

Yuxuda pişik balası görmək

Yuxuda pişik balasını görmək; Köməkçi, bağban, eşikağası və ya təmizləyici kimi müəyyən edilir. Yuxu sahibinin işini asanlaşdıran, gündəlik həyatın təlaşında edə bilmədiyi işləri görəcək, insanın əskik olduğu hər şeyi tamamlayan, sağ-solunu sıraya qoyan birinin varlığına işarədir. Başqa bir təfsir, yuxugörən üçün xəyanət edən birinin olmasıdır.

Yuxuda pişik balasını sevmək

Yuxuda pişik balasını sığallamaq yuxugörənin özü ilə barışdığına, həyata müsbət tərəfdən baxdığına, ən pis anlarında belə ümidini itirməyərək yoluna davam etdiyinə işarədir.

Yuxuda pişik bəsləmək

Yuxu görənin pul baxımından kömək etdiyi fərdlərə vaxtı gəldikdə iş həyatında görəcəkləri işlərdə həmişə kömək edəcəyinə işarədir. Onun hər zaman yardımçı olduğu və ehtiyacı olan şəxslərə dəstək olacağı şərh edilir.

3 1 səs verin
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x