Türkiyənin Göz sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. Erkan Bulut, göz altında yaranan göyərmələrin səbəbi ilə bağlı açıqlamalar verib. Göz ətrafında yarana biləcək problemlərdən biri də göz altındakı göyərmələrdir. Bu dəri problemi həm kişilərdə, həm də qadınlarda rast gəlinən bir kosmetik problemdir. Göz altındakı göyərmələr hər insanda ola biləcək bir şikayət. Amma, yaşlı, genetik meyilli və tünd dərili şəxslərin daha çox bu xəstəlikdən təsirləndiyi görülür.
Az su içmək göz altında göyərmənin yaranmasına səbəb ola bilər.
Göz ətrafındakı göyərmələrin həm kişilərdə, həm də qadınlarda rast gəlinən bir problem olduğunu ifadə edən Dr. Erkan Bulut deyir. “Göz altında göyərmələrin ən çox rast gəlinən görülən səbəbi susuzluqdur.
Bu, bədəndə kifayət qədər maye olmadığının və ya bədənimizin lazımi miqdarda su almadığının bir əlamətidir. Nəticədə, gözlər çökür, dəri sümüyə daha yaxın bir forma alır və daha darıxdırıcı və ya xoşagəlməz bir görünüş ortaya çıxır.
Allergik reaksiyalar və ya gözün həddən artıq yüklənməsi də bunlara səbəb ola bilər.
Göz altı göyərmənin necə yarana biləcəyini izah edən Dr. Bulut belə qedy etdi. “Həddindən artıq yorğunluq göz altındakı göyərmələrin məntiqi izahı kimi görünə bilər. Bundan əlavə bir çox faktorla da meydana gələ biləcəyini unutmaq olmaz. Yorğunluqdan başqa digər faktorlar kimi məsələn, yaşlanma, allergik reaksiyalar, gözdə həddindən artıq gərginlik, susuzluq, həddindən artıq günəşə məruz qalma və genetik meyl kimi səbəbləri də sadalaya bilərik”.
Yuxu aclığına diqqət edin!
Dr. Bulut, göz altındakı göyərmənin əmələ gəlməsinə səbəb ola biləcək faktorları belə sıraladı:
“Yorğunluq: Həddindən artıq yorğunluq, uzun yuxu və ya normal yuxu vaxtını yalnız bir neçə saat gecikdirmək göz altında göyərmələrin səbəbidir. Yuxu aclığı dərinin qaralmasına, rəngsizləşməsinə, solğunlaşmasına və qan damarlarının dəridə daha çox görünməsinə səbəb olur. Bununla yanaşı yuxusuzluq göz altında mayenin yığılmasına səbəb ola bilər və göz altının daha şişkin görünməsinə səbəb olur;
Allergik reaksiyalar: Allergik reaksiyalar və quru gözlər göz altında göyərmələrin yaranmasına səbəb ola bilər. Allergik reaksiya baş verdikdə bədənimiz histamin ifraz edir. Histaminlərin bu şəkildə sərbəst buraxılması da gözdə və göz ətrafında qızartı və şişkinlik kimi qıcıqlandırıcı simptomlara səbəb olur. Sonra qan damarları genişlənir və dərinin altındakı göyərmələri görünən edir;
Göz yorğunluğu: Televiziya, kompüter və planşet kimi rəqəmsal ekranlara uzun müddət baxmaq gözlərdə gərginliyə səbəb olur. Gözün gərginləşməsi nəticəsində bu bölgədəki damar strukturlarında genişlənmə baş verə bilər. Bu da göz ətrafındakı dərinin tünd görünüş almasına səbəb olur;
Susuz qalma (dehidrasiya): Dehidrasiya göz altındakı göyərmələrin ən çox görülən səbəbidir. Bu, bədəndə kifayət qədər mayenin olmamasına və ya bədənimizin düzgün miqdarda su qəbul etməməsinə işarədir. Nəticədə, dəri sümüyə daha yaxın olur və gözlərin altında xoşagəlməz bir görüntü yaradır;
Həddindən artıq günəşə məruz qalma: Həddindən artıq günəşə məruz qalma bədənimizdə dərimizə rəng verən melanin piqmentinin həddindən artıq istehsalına səbəb ola bilər. Nəticədə göz ətrafında həddindən artıq piqment istehsalı bu nahiyənin daha tünd görünməsinə səbəb ola bilər;
Genetik meyl: Ailədə oxşar şikayətləri olan şəxslərin olması. digər üzvlərində də göz altında göyərmələrin əmələ gəlməsi üçün mühüm hesab edilir. Göz altındakı göyərmələrin əsas səbəbi irsi xüsusiyyətlər olduqda, bu şikayət adətən erkən uşaqlıq dövründən başlayır. Ancaq yaşla birlikdə yavaş-yavaş yox ola bilər. Bəzən bu yaşlandıqca daha da pis vəziyyətə çevrilə bilir;
Müxtəlif xəstəliklərdən xəbər verə bilər…
Göz altındakı göyərmələrin başqa xəstəliklərin də xəbərçisi ola biləcəyini ifadə edən Dr. Bulut, “Həyat tərzimizə və ya yaşlanmamıza görə göz altı göyərmələr ilə qarşılaşsaq da, bəzi hallarda göz altı göyərmələri üçün həkimə müraciət etmək lazımdır. Göz altı göyərmələr, göz bölgəsində əmələ gələn yağ toxuması itkisi, hiperpiqmentasiya xəstəlikləri, dermatit, dəmir çatışmazlığı, qan azlığı, üz dərisinin incəlməsi və qalxanabənzər vəzin xəstəlikləri kimi bir çox xəstəliklərlə bağlı ola bilər.” – deyə o qeyd etdi.
Xüsusi həkim məsləhəti olmalıdır!
Göz altındakı göyərmələrdən necə qurtulacağınız mövzusuna toxunan Dr. Bulut, “Böyrəklərin nəzarət altına alınması üçün atılacaq ən əhəmiyyətli addım bu vəziyyətin kök səbəbini təyin etməkdir. Səbəbi təyin etmək üçün həkimə müraciət edilməli və təyin oluna bilən səbəb üçün müalicəyə başlamalıdır. Ancaq görüləcək ən asan və ən sadə müalicə göz altındakı göyərmələri təyin etməkdir. Unutmamalıyıq ki, buna səbəb olan faktorlardan qaçınmaq lazımdır.” – deyə bildirdi.
Daimi və kifayət qədər yuxu çox əhəmiyyətlidir.
Göz altındakı göyərmələrə qarşı evdə tətbiq edə biləcəyimiz sadə müalicə üsullarının olduğunu ifadə edən Dr.Bulut, “Bu müalicələrin adətən heç bir yan təsiri yoxdur və ucuzdur. Bu müalicələrə soyuq kompreslər, yatarkən başımızın yüksəldilməsi, daimi və kifayət qədər yetərli yuxu ritminin qazanılması kimi üsulları deyə bilərik.” – kimi məsləhətlər verdi.
Müalicə yolları.
Müalicə yollarından bəhs edən Dr.Bulut, “Göz altındakı göyərmələr üçün müalicələr mütəxəssis qruplar tərəfindən tətbiq edilir. Bunları əməliyyatsız və cərrahi variant olaraq iki yerə ayırmaq olar. Əməliyyatsız üsullar kimyəvi pilinq, mezoterapiya, PRP, xarici krem tətbiqləri, lazer tətbiqləri, və göz altı dolğu tətbiqləri olaraq bilinir. Cərrahi üsullarla isə göz qapağındakı yağ torbalanmalarına, çökmələrə və sallanmalara müdaxilə edərək göz qapağının yenidən formalaşdırılması nəticəsində bu göz altı göyərmələri müalicə etmək mümkündür.” – dedi.