Cümə, Oktyabr 11
Shadow

Əxlaq haqqında dəyərli sözlər, aforizmlər, statuslar

2. 766 oxunma

Əxlaq haqqında dəyərli sözlər, dahilərdən dəyərli cümlələr, dərin mənalı yazıları Klassik.az təqdim edir.

Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm. – Həzrəti Muhəmməd
(sallallahu aleyhi və alihi vasallam)

Günəş buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridər. – Həzrəti Cəfər Sadiq aleyhissalam (altıncı imam)

Əxlaq hər şeyi əvəz edə bilər, amma əxlaqın yerini heç nə verməz. – Avreli Avqustin (Qədim Roma filosofu)

Gözəl əxlaqa və saleh əmələ adət et ki, Allahın hüzurunda utanmayasan. – Cəlaləddin Rumi (türk mütəfəkkiri və şairi)

Gözlərin həyası, üzün isməti, iffətin zinəti, halal qazancın bərəkəti, səbrin yolu və qəlbin cövhəri əxlaqdır… – “Füyuzat” jurnalından

əxlaq haqqında sözlər

Gecənin gündüzə, qışın yaza, torpağın suya və bədənin başa nə qədər ehtiyacı varsa, millətin də mənəviyyata o qədər ehtiyacı var. – “Füyuzat” jurnalından

Bütün insani dəyərlərin təməli əxlaqdır. – Albert Eynşteyn (alman fiziki)

Övladlarınıza puldan çox, əxlaq verin. – Lüdviq van Bethoven (alman bəstəkarı)

Biz “insan” deyəndə ilk növbədə onun əxlaqını nəzərdə tuturuq. Əxlaqdan kənarda insan yoxdur, yalnız heyvan var. – Sinoplu Diogen (qədim yunan filosofu)

İnsan yalnız gözəl əxlaqı ilə Allaha qovuşa bilər. – Hacı Bektaş Vəli (türk mütəfəkkiri və təsəvvüf şairi)

Əxlaqdan məhrumsansa, nə qədər yüksəyə qalxsan da, yenə heçsən. – Corc Herbert (ingilis şairi)

Əxlaqa yüksəklik verən nə irfan, nə də vicdandır. İnsanlardakı fəzilət hissi Allah qorxusundandır. – Məhmət Akif Ərsoy (türk istiqlal şairi)

Mən bu istək aləmində əxlaqdan daha yaxşı bir şey görmədim. – Cəlaləddin Rumi (türk mütəfəkkiri və şairi)

Əxlaq köynəyini soyunan insan başqa heç bir köynək geyə bilməz. – İohann Volfqanq Höte
(alman şairi və mütəfəkkiri)

Çalış öz ətrafına həmişə əxlaq, namus və qeyrət hasarı çək. – Marağalı Rüknəddin Əvhədi (Azərbaycan şairi və mütəfəkkiri)

Məni iki şey heyran edir və düşündürür: başım üzərindəki ulduzlu səma və daxilimdəki əxlaq qanunu. – İmmanuil Kant (alman filosofu)

əxlaq haqqında dəyərli sözlər

Həqiqi əxlaqın nədən ibarət olduğu aydın olsa, o zaman başqa şeylər də aydınlaşacaq. – Konfutsi (Qədim Çin mütəfəkkiri)

Ən böyük səadət gözəl əxlaqdır. – Ogüst Kont (fransız filosofu)

İki cür əxlaq var: biri pislik etməyə qadağa qoyan passiv əxlaq, digəri xeyir işlər görməyə təhrik edən fəal əxlaq. – Pyer Buast (fransız dilşünası)

Əxlaq haqqında dəyərli sözlər.

Əxlaqlı insanda hiylə olmaz. – Frensis Bekon (ingilis alimi və humanisti)

Xoş xasiyyət insanın qanadlarıdır. – Epiktet (qədim yunan filosofu)

Mənəviyyat ürəyin ağlıdır. – Henrix Heyne (alman şairi)

Əxlaq birdən deyil, tədricən yaranıb formalaşır. – Otto Ernest (alman yazıçısı)

Mənəviyyat bizə xoşbəxt olmağı deyil, xoşbəxtliyə necə nail olmağı öyrədir. – Immanuil Kant (alman filosofu)

Əxlaq gözəllik libasında meydana çıxmalıdır. – Georq Vilhelm Hegel (alman filosofu)

Mənəviyyat həqiqətlərin çiçək açmasıdır.
Gözəl olan hər şey əxlaqdır. – Viktor Mari Hüqo (fransız yazıçısı)

Mənəviyyat və əxlaq tarixin ruhudur. – Qustav Flober (fransız yazıçısı)

Əxlaq təkcə xeyirxah əməllər deyil, həm də xeyirxah niyyətlər fəlsəfəsidir. – İmmanuil Kant (alman filosofu)

Əxlaq düşüncəni itiləşdirir, insanlar arasında xoş münasibətləri bərqərar edir, mədəniyyəti elm və sənətdən yüksəyə qaldırır. – Alfons Karr (fransız jurnalisti)

Mənəviyyat insanlar arasında mövcud olan münasibətlər və bu münasibətlərdən irəli gələn vəzifələr haqqında elmdir. – Pol Anri Holbax (fransız filosofu)

Bir çox qədim mədəniyyətlər əxlaqi dəyərləri itirdiklərinə görə dünya səhnəsindən silinmişlər. -Alen Miln (ingilis yazıçısı)

Bir cəmiyyətin formalaşmış əxlaqını dəyişmək kömürü ağartmaq qədər çətindir.

Əxlaq və qəbahət tərəzinin iki müxtəlif gözündə yerləşir. Bunlardan biri qalxarsa, digəri enər. – Platon (qədim yunan filosofu)

Mənim üçün ən mükəmməl əxlaq bütün alimlərin biliyindən faydalanmaq
və onların səviyyəsinə çatmaqdır. – Blez Paskal (fransız yazıçısı və riyaziyyatçısı)

İnsanın fiziki boyu onun başından yerə qədər olan məsafə ilə, mənəvi boyu isə başından göyə qədər olan məsafə ilə ölçülür. – Şarl Perro (fransız yazıçısı)

Ayağını yorğanına görə uzatmayan adam gec-tez əxlaqsızlığa yuvarlanır. – Platon (qədim yunan filosofu)

Əxlaqsız nəcabət qaşsız üzüyə oxşayır. – Uilyam Porter (Amerika yazıçısı)

İnsan fitrətən yüksək əxlaqi keyfiyyətlərə malikdir, lakin dünyada hökm sürən ədalətsizlik və yalanın təsiri altında bu keyfiyyətləri tədricən itirir. – Premçand (hind yazıçısı)

Əxlaq haqqında maraqlı statuslar, sözlər, kəlamlar.

exlaqa aid statuslar

Yalnız həndəsədə deyil, əxlaqda da ən qısa yol düz yoldur. – Xose Rodo (Uruqvay yazıçısı)

Əxlaqsızlıq həmişə əxlaq libasına bürünməyi xoşlayır. – Fridrix Nitsşe (alman filosofu)

İnsanın bütün mənəviyyatı onun niyyət və əməllərindən irəli gəlir və onlarla ölçülür. – Jan Jak Russo (fransız filosofu və mütəfəkkiri)

Əxlaqın pozulması mədəniyyətlərin dağılmasına zəmin yaradır. – Litsi Anney Seneka (Qədim Roma filosofu)

Əxlaq bütün qanunlardan alidir. Əxlaqını itirmiş ölkə məhv olmağa məhkumdur. – Samuel Smayls (ingilis yazıçısı)

Bilirsiniz avropalılar mənim əsərlərimi nə üçün əxlaqsız adlandırırlar?
Çünki mən onları olduqları kimi təsvir edirəm. – Samuel Smayls (ingilis yazıçısı)

Nə qədər ki hamı azad deyil, heç kəs özünü tam azad saya bilməz. Nə qədər ki hamı xoşbəxt deyil, heç kəs özünü tam xoşbəxt saya bilməz. Nə qədər ki hamı əxlaqlı deyil, heç kəs özünü tam əxlaqlı saya bilməz. – Oskar Uayld (ingilis yazıçısı)

Pis əxlaq yaraya oxşayır: sağalsa da, izi qalır. -Henrix Mann (alman yazıçısı)

Əxlaqsız adam insan deyil, əşyadır. – Sokrat (qədim yunan filosofu)

Əxlaq haqqında cümlələr, əxlaqa aid statuslar.

İnsanı səadətə aparan yol onun öz əxlaqından keçib-gedir. – Artur Şopenhauer (alman filosofu)

Yüksək əxlaq yüksək nəcabəti göstərir. – Sofokl (qədim yunan dramaturqu)

İnsanlar bərabər doğulmuşlar; onları bir-birindən yalnız əxlaqları fərqləndirir. – Mari Fransua Arue Volter (fransız filosofu və yazıçısı)

Əxlaq cəmiyyətin təməlidir. -Alfons Rene de Şatobrian (fransız yazıçısı)

Əxlaq da, sənətdə olduğu kimi, sözlə deyilmir, ancaq yaşanır. – Jozef Ernest Renan (fransız filoloqu va tarixçisi)

Əxlaq olmayan yerdə qanun heç bir şey edə bilməz. – Napoleon Bonapart (Fransanın dövlət xadimi, imperatoru va sərkərdəsi)

Əxlaqın çoxaldığı yerdə dövlətin xərcləri azalar. – Corci Zeydan (livanlı tarixçi)

Millətlər pulsuzluqdan deyil, əxlaqsızlıqdan süqut edərlər. – Mark Tulli Siseron (Qədim Roma dövlət xadimi va natiqi)

5 1 səs verin
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x