Hərdən instagramda, whatsappda və s. kimi sosial şəbəkələrdə bir video, şəkil yaxud yazı paylaşarkən onların altına məzmuna uyğun statuslar (məsələn, düşüncə haqqında) yazmalı oluruq. Klassik.az saytının “İşıq saçan sözlər” kitabına istinadən sizin üçün yazdığı düşündürücü, düşünmək yaxud düşüncə haqqında statuslar aşağıdakılardır:
İnsanın problemlərini həll edə biləcək ən sədaqətli dostu onun düşüncəsidir. – Uilyam Verner ingilis şairi
Hər bir insanın düşüncəsi onun dünyasıdır. Başqasının fikrini oğurlamaq pul oğurlamaqdan da ağır cinayətdir. – Mari Fransua Arue Volter fransız filosofu və yazıçısı
Böyük düşüncələr qəlbdən gəlir. – Lyuk de Klapye Vovenarq fransız yazıçısı
Ölməz bu gözəl aləmə idrakla gələnlər,
Məna evinin sirrini vicdanla bilənlər. – Səməd Vurğun Azərbaycan şairi və dramaturqu
Dünyada insan düşüncəsi qədər azad olan heç nə yoxdur. – David Yum ingilis filosofu və iqtisadçısı
Düşünməyənlə dost olma, səni yıxar. – Azərbaycan atalar sözü
Quş öz qanadı ilə uçduğu kimi, adam da öz hikməti ilə uçur. – Ərəb atalar sözü
Gecə düşün, gündüz danış.
Mən tək olan zaman fikirlərimin hər biri yanımda bir adam olur. – Bəxtiyar Vahabzadə Azərbaycan şairi
Düşünmədən oxumaq insanı kütləşdirir,
oxumadan düşünmək isə yanıldır.
İnsanlar yeməyə çörək və yatmağa yer tapan kimi düşünməkdən qaçırlar. – Mari Fransua Arue Volter fransız filosofu və yazıçısı
2023-cü il üçün düşündürücü statuslar.
Korun pişində çirkinlik, gözəllik həp bərabərdir,
Demək, məfkurəsiz millətlə gözsüzlər bərabərdir.
– Məhəmməd Hadi Azərbaycan şairi
Başqalarının düşüncələrini dəyişmək çox asan, öz düşüncəni dəyişmək isə çox çətindir. – Oskar Uayld ingilis yazıçısı
Bir insanın universiteti bitirməsinə kömək edə bilərsiniz, lakin istəməzsə, ona düşünməyi öyrədə bilməzsiniz. – Henri Ford Amerika sənayeçisi
Hərdən insanın düzəltmədiyi bir şeyə – bir dağa, bir ulduza, axan bir
çayın sulanna diqqətlə bax. O zaman müdrikliyi və səbri öyrənəcəksən.
Ondan da o yana bu dünyada tənha olmadığını. – Sidney Lovel Amerika dövlət xadimi
Hər kəs eyni şeyi düşünürsə, demək, heç kəs heç nəyi düşünmür.
Nə düşünsək, bütün günü onu yaşayarıq.
Düşünmədən öyrənmək vaxt itirməkdir. – Konfutsi Qədim Çin mütəfəkkiri
Əgər başımızı cəsarət, sevgi, anlayış və güzəşt düşüncələri ilə doldursaq,
bütün mənfi düşüncələr çıxıb gedər. – Nüvit Osmay türk yazıçısı və şairi
Düşünürəm, demək, yaşayıram. – Rene Dekart fransız filosofu və riyaziyyatçısı
Haqlı bir düşüncənin bar verməməsi mümkün deyil. – Lev Nikolayeviç Tolstoy rus yazıçısı və mütəfəkkiri
İnsan nə qədər az düşünürsə, o qədər çox danışır. – Şarl Lui Monteskyö fransız filosofu və ictimai-siyasi xadimi
Düşünmədən öyrənmək faydasızdır. Öyrənmədən düşünməksə təhlükəli. – Konfutsi Qədim Çin mütəfəkkiri
İnsan – qəlbində düşündüyü kimidir. – Həzrəti Davud əleyhissalam peyğəmbər.
Bədən gec-tez insanı bezdirir. Düşüncədən başqa heç bir şey gözəl və maraqlı olmur. Çünki həqiqi həyat düşüncədir. – Bernard Şou ingilis yazıçısı
Hər işin atası düşüncədir. – Ralf Valdo Emerson Amerika şairi və filosofu
Düşünmək çətin işdir. Ehtimal ki, bu səbəbdən çox az insan düşünür. – Heri Ford Amerika sənayeçisi
İnsan əşyaya və başqa insanlara qarşı düşüncələrini dəyişdirdikcə əşyalar və başqa insanlar da ona qarşı hallarını dəyişdirdiyini görəcək. İnsan düşüncələrini köklü bir surətdə dəyişdirərsə, həyatın maddi
şərtlərində də necə tez bir dəyişiklik etdiyini görərək məəttəl qalacaq. Gələcəyimizi formalaşdıran güc öz içimizdədir. İnsan ancaq düşüncələrini yüksəltməklə yüksəlir, qalib olur, uğura nail olur. Lakin düşüncələrini yüksəltmək istəməzsə, zəif, düşkün və səfil qalar. – Ceyms Allen Amerika yazıçısı
Hər insan öz fikir sahəsinin sərhədlərini dünyanın sərhədləri kimi qəbul edir. – Artur Şopenhauer alman filosofu
2023-cü il üçün düşüncə haqqında statuslar.
Hər bir insan üçün şüar: böyük düşün, lakin kiçik addımlarla başla.
Təvazökar ürəklərdə yaşayan düşüncələr ən yüksək düşüncələrdir. – Mişel de Monten fransız filosofu və yazıçısı
Zamanı çatan bir fikrin gücünə heç bir ordu tab gətirə bilməz. – Viktor Mari Hüqo fransız yazıçısı
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər):
“Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! – Qurani-Kərim
Düşünmək bəsirət sahibinin ruhunu diri şaxlar. – Həzrəti Həsən əleyhissalam ikinci imam
Ən üstün ibadət Allah və Onun qüdrəti barədə düşünməkdir. – Həzrəti Cəfər Sadiq əleyhissalam altıncı imam
Düşünmək – ruhun öz-özü ilə danışmasıdır. – Tristan Bernard fransız yazıçısı
Özünüzü hər şey barədə düşünməyə öyrəşdirin, amma həqiqətdə olduğu kimi düşünün, deyildiyi kimi yox! – Bernard Şou ingilis yazıçısı
Düşüncələriniz necədirsə, həyatınız da elədir. Həyatınızın gedişini dəyişdirmək istəyirsinizsə, düşüncələrinizi dəyişdirin! – Mark Aoreli Qədim Roma imperatoru və filosofu
Düşünmək insanın başlıca qabiliyyətidir; onu ifadə etmək insanın başlıca tələbatı, yaymaq isə ən qiymətli azadlığıdır. – Pyer Buast
Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz. Fikir müxtəlifliyi təbii hadisədir. – Heydər Əliyev ümummilli lider
Düşüncə ən böyük ibadətdir, çünki onun köməyi ilə daxilimizdəki həqiqətləri aşkar edirik. – Devid Star Çordan Amerika pedaqoqu
Düşüncə ilə davranış arasında məsafə yoxdur. – Uinston Çörçill İngiltərə dövlət, siyasi və hərbi xadimi
Bir yerə toplanmış ən gözəl və müdrik fikirlər dünyanın ən qiymətli xəzinəsi olardı. – Jozef Nikola Delil fransız astronomu
Əgər gül düşünürsənsə, onda gül bağçasısan. Tikan düşünürsənsə, cəhənnəm kötüyüsən. – Cəlaləddin Rumi türk mütəfəkkiri və şairi
Dərin fikirlər dəmir mismar kimidir. Ağla elə möhkəm batır ki, sonra onu dartıb çıxarmaq da olmur.
Fəlakət zamanı sağlam düşüncə ən yaxşı rəhbərdir. – Epiktet qədim yunan filosofu
Ehtiyac və tələbatlarımız dəyişirsə, nə üçün düşüncələrimiz dəyişməsin? – Teodor Fontane alman şairi
İnsan iki dəqiqə havasız, iki həftə susuz, üç həftə yeməksiz, bütün ömrü boyu səfalət içində yaşaya bilər,
amma bir an belə düşünmədən yaşaya bilməz. – Bencamin Franklin Amerika ictimai-siyasi xadimi
Əvvəl öyrən, sonra düşün. – Coyl Harris Amerika yazıçısı
Düşüncəsi az olanın sıxıntısı çox olar. – Corc Horton Amerika yazıçısı
Düşüncənin qiyməti zəkanın sirridir. – Corc Noel Qordon Bayron ingilis şairi
Harada düşüncə varsa, orada qüdrət var. – Viktor Mari Hüqo fransız yazıçısı
Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrin
dərinliyində axtarmalıyıq. – Viktor Mari Hüqo fransız yazıçısı
Sağlam yaşamaq üçün sağlam düşüncə gərəkdir. – Tomas Karleyl ingilis tarixçisi
Düşüncələrimizi zorla başqalanna qəbul etdirmək həm faydasız, həm də günah işdir.
Təfəkkür ağlın təməlidir. – Defıxuda fars mütəfəkkiri
Düşüncəsiz təhsil hədər zəhmətdir. – Konfutsi Qədim Çin mütəfəkkiri
Pis fikirlərin olmasa, pis əməllərin də olmaz. – Konfutsi Qədim Çin mütəfəkkiri
Düşüncələrinizdə diqqətli olun, onlar əməllərin başlanğıcıdır. – Lao Tazı Çin mütəfəkkiri
Əsl həqiqətdə biz nə istədiyimizi, nə axtardığımızı heç vaxt axıra qədər dərk edə bilmirik. – Fransua de Laroşfuko fransız yazıçısı
2023-cü il üçün düşüncə haqqında statuslar.
Düzgün düşünə bilmək üçün içimizdəki pislik və kindən xilas olmalıyıq. – Harold Laski ingilis siyasətşünası
Dirilər ölülərin fikirlərindən faydalanır. – Qustav Lebon fransız fiziki və sosioloqu
Gələcəyi görməyən və düşünməyən insandan dost olmaz. – Con Lebbok ingilis filosofu
Biliklərə yiyələnmək, sağlam yaşamaq və həyatda uğur qazanmaq üçün insan öz düşüncələrini idarə etməyi bacarmalıdır. – Con Lokk ingilis filosofu və pedaqoq
İnsanın bir hadisə haqqında düşünə-düşünə çəkdiyi iztirab həmin hadisənin verdiyi əzabdan betərdir. – Mari Morıteqyu ingilis yazıçısı
Söyləyəcəyiniz sözlər hər kəsin anlayacağı, gördüyünüz işlər isə dərrakə və bacanğınızın aşkar edilə biləcəyi şəkildə olmalıdır.
Dünyada ən təhlükəsiz sığınacaq insan düşüncəsidir.
Sözlərlə hətta öz düşüncələrimizi belə dolğun şəkildə ifadə edə bilmirik. – Fridrix Nitsşe alman filosofu
Bizim bütün ləyaqət və məziyyətlərimiz düşüncədən qaynaqlanır. Bizi doldura bilmədiyimiz məkan və zaman deyil, məhz düşüncəmiz yüksəldir. -Blez Paskal fransız yazıçısı və riyaziyyatçısı
Düşünmək qabiliyyəti ilk növbədə öz ehtiras və nəfsini cilovlamaq üçün lazımdır.
Düzgün düşünmək böyük bir kəşf qədər əhəmiyyətlidir. – İohan Henrix Pestalotsi İsveçrə pedaqoqu
Düşüncədə nizam-intizam olmasa, xaos yaranar. – Uilyam Porter Amerika yazıçıs
Qiymətli fikirlər yenilməz ordulardan da qüdrətlidir. – Bencamin Praym Amerika yazıçısı və həkimi
Çətin vaxtiarda qəzəbini deyil, ağlını işə sal.
Hamının bildiyi kimi, güzgüdə hər şey tərsinədir, ancaq biz güzgüsüz özümüzü heç vaxt görə bilməzdik.– Cəlaləddin Rumi türk mütəfəkkiri və şairi
Bacarıq düşüncə sayəsində üzə çıxır.
Başqalarının sizin haqqınızda nə düşündüyünün elə bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan özünüz haqda özünüzün nə düşünməyinizdir. – Litsi Anney Seneka Qədim Roma filosofu
Nəcib fikirlərlə yaşayan insan heç vaxt tənha qalmaz. – Filip Sidni ingilis şairi, siyasətçisi və hərbçisi
Ən əhəmiyyətli fikirlər ölmək üçün deyil, yaşamaq üçündür. – Benedikt Spinoza holland filosofu
Bəd əməllərin kökü bəd fikirlərdədir. – Lev Nikolayeviç Tolstoy rus yazıçısı və mütəfəkkiri
Böyük nəticələrə səbəb olmuş bütün fikirlər öz sadəliyi ilə seçilib. – Lev Nikolayeviç Tolstoy rus yazıçısı və mütəfəkkiri
Ən əhəmiyyətli fikirlər duyğularımıza zidd olan fikirlərdir. – Pol Valeri fransız şairi