Dünyanın ən çox qazanan YouTube kanalları açıqlanıb. Azərbaycan daxil bir çox ölkələrdə uşaq kanalları birinci yeri tutub.
Köhnə medianın getdikcə populyarlığını itirməsi danılmaz faktdır. Planşet, telefon və kompüter məzmunlarından yararlanan yüz milyonlarla insan televizorlardan istifadə etməyi dayandırıb. Belə ki, YouTube kimi platformaların qazancı günü-gündən artır. Buna görə məzmun yaradıcıları da burada varlı olmağı seçirlər.
Dünyanın ən çox qazanan Youtube kanalları!
Bir zamanlar adi video paylaşma platformaları arasında olan YouTube, indi bütün dünyada televiziya kanallarına qarşı tək rəqabət aparır. İş o yerə çatıb ki, televiziyada yayımlanarkən orta hesabla bir neçə min ani izləyiciyə çatan seriallar, filmlər və şoular eyni anda YouTube-da yayımlanmağa başlayıb və həmin rəqəm milyonlara çatıb.
Məsələn, türk seriallarından bu günədək YouTube Trendlərinə baxdığımızda, Kuruluş Osman serialının yeni bölümünün 4,5 milyon baxışla 1-ci, Kısmetse Olur-un ilk 2 seriyasının isə 9,5 milyon baxışla 2-ci və 3-cü yerdə olduğunu görürük. Elə bunun arxasından “Qalatasaray”ın hazırlıq maçı, “Çöp Adam” serialının 3-cü bölümü və Zoğal şərbətinin 9-cu seriyasının treyleri var.
Siyahının qalan hissəsi oxşar şəkildə davam edir. Odur ki, televiziyada orta hesabla 2 saatlıq yayım on minlərlə tamaşaçı qarşılayırsa, rəqəmsal platformalar on milyonlarla, hətta ingiliscə məzmunlar belə yüz milyonlarla insanı özünə cəlb edir.
Belə olduqda, YouTube-un ən çox baxılan kanalları reklam gəlirləri sayəsində böyük bir sərvətə çata bilər. Xüsusilə dünyaya nəzər saldıqda görürük ki, uşaqlara xitab edən kanallar ön plana çıxır və onlar cəmi 1 ildə qazandıqları gəlirlə telekanal ala biləcək bir vəziyyətə gəlirlər.
Bu sahədə ən böyük uğur Cənubi Amerikanın uşaqlar üçün məzmun hazırlayan El Reino Infantil kanalına məxsusdur. 2011-ci ildən bəri 50 milyard baxışa çatan YouTube kanalının gəliri 100 milyon dollar həddini keçib.
Avropa qitəsində ən çox pul qazanan kanal 8 yaşlı rusiyalı Nastyanın uşaq yönümlü videolarının paylaşıldığı Like Nastya olub. Nastya həmçinin təxminən 170 milyon dollar sərvətlə Avropanın ən çox qazanan YouTube məzmun istehsalçısı oldu.
Təbii ki, maraq doğuran və hazırlanan məzmunun növü bölgələrə və qitələrə görə dəyişir. Məsələn, zarafat konseptli videolar Afrikada diqqət çəkdiyi halda, Avstraliyada oyuncaq videolarına daha çox baxılır. Lakin ümumilikdə uşaq yönümlü kanallar birinci yerdədir.
Avstraliyanın ən böyük və ən zəngin YouTube kanalı CKN təkcə oyuncaq icmalı videoları ilə 40 milyon dollardan çox gəlir əldə edib. Hindistanın ChuChi adlı kanalı isə balaca uşaq mahnıları üzərində hazırladığı məzmun sayəsində 80 milyon dollarlıq sərvətin sahibi olub.
Türkiyədə də vəziyyət fərqli deyil. Məlumatlara görə, hazırda 11 milyondan çox abunəçisi olan “OYUNCAKOYNUYORUM” adlı kanal 2012-ci ildən bu yana 10 milyarddan çox baxışla 20 milyon dollardan çox gəlir əldə edib. Azərbaycanda isə ən çox qazanan Youtube kanalları əsasən musiqi və ya komedi əsasında olur. Onların qazanc rəqəmləri barədə dəqiq bir məlumatımız yoxdur.
Dünyanın ən çox qazanan YouTube kanalı isə Cocomelon olub, hansı ki, o da uşaq məzmunu hazırlayır. Uşaq mahnıları və 3D animasiya ilə cizgi filminə bənzər videolar hazırlayan Amerika kanalı 16 ildə 282 milyon dollar qazanıb.
Əlbəttə ki, onların yalnız 2022-ci il qazanclarına baxdıqda bilirik ki, daha çox qazanan YouTube kanalları da var. Ona görə də qeyd etmək lazımdır ki, paylaşılan məlumatlar təkcə bu ili deyil, YouTube-un pul qazanmağa başladığı ilk gündən bu yana olan hesablamaları əhatə edir.