Cümə, Oktyabr 11
Shadow

Dırnaqda olan bu xətlər nəyi göstərir?

713 oxunma

Dırnaqda olan ağ ləkələr (xətlər) gözəl görünüşü korlamaqla yanaşı, sağlamlıq problemlərinə də səbəb ola bilər. Çox əhəmiyyət vermədiyimiz dırnaq ləkələri əslində bəzi xəstəliklərin xəbərçisi ola bilər. Bu ağ ləkələrin ölçüsünə görə fərqli mənaları var.

Dırnaqlarda zaman-zaman meydana gələn və uzun müddət keçməyən dırnaq ləkələrinin əslində sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini bilinir. Dırnaqlarda adətən kalsium çatışmazlığı və anemiya nəticəsində yaranan ağ ləkələr bəzi xəstəliklərin əlaməti ola bilər.

Dırnaqda olan ağ ləkələr nələrdir?

Bilinənlərin əksinə olaraq, həmin ağ ləkələr (xətlər) təkcə dırnaqda yaranmır. Bu ləkələr leykoniki adlanır və bir çox xəstəliklərin xəbərçisi ola bilər. Əslində ən böyük səbəb dırnaq yatağının zədələnməsidir. Məsələn, dırnağınızı sərt yerə vurduğunuzda, qapının arasına sıxdığınız zaman ağ ləkələr yarana bilər. Fərqli ağ zolaqlar bəzən heç bir qabar olmasa da baş verə bilər. Bu hallar bəzi xəstəliklərin əlaməti ola bilər.

dırnaqda xətlər

Dırnaqlarda olan ləkələr nəyin əlamətidir?

Dırnaqlarınızdakı ağ ləkələr aşağıdakı xəstəliklərin əlaməti ola bilər:

– dırnaq göbələyi;

– anemiya;

– kalsium çatışmazlığı;

– yetərsiz keratin hormonu;

– protein çatışmazlığı;

– mineral çatışmazlığı.

Dırnaqlarda ağ ləkələr və böyrək çatışmazlığı

Dırnaqda ağ xətlər (ləkələrin) əmələ gəlməsinin səbəblərinə qaraciyər xəstəlikləri, siroz hepatit daxildir. Böyrək xəstəliklərində dırnaqlarda ağ və çəhrayı ləkələr görünə bilər. Şiddətli böyrək çatışmazlığında dırnaqlar tamamilə ağ ola bilər.

Dırnaqda yaranan ağ ləkələr necə keçər?

Dırnaqlarınızı həmişə təmiz saxlayın, tez-tez nəmləndirin. Dırnaq boyası ilə uzun müddət qalmayın. Dırnaqlarınızı havalandırdığınızdan əmin olun. Təmizləmə zamanı əlcəklərdən istifadə edin, dırnaqlarınızı kimyəvi maddələrdən uzaq tutun. Tərkibində C vitamini olan meyvələrdən istifadə edin.

dırnaqda ləkələr

Dırnaqları gücləndirən maska

Lazım olanlar:

– Limon

– Zeytun yağı

Hazırlanması: Altı damcı limon suyuna üç xörək qaşığı zeytun yağı töküb qarışdırın. Bu qarışığı dırnaqlarınıza çəkin və 10-15 dəqiqə gözləyin. Limon dırnaqları gücləndirdiyi halda, zeytun yağı dırnaqlarınızı nəmləndirəcək və onlara qulluq edəcəkdir. Bunu hər gün istifadə edə bilərsiniz.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x