Cümə axşamı, Noyabr 21
Shadow

Boğaz ağrısı başladıqda nə etməli? – 10 faydalı üsul

619 oxunma

Qış aylarında ən çox görülən problemlərdən biri olan boğaz ağrısı gündəlik həyat fəaliyyətlərinə mənfi təsir göstərir. Vəziyyət o yerə gəlir ki, yemək çeynəmək, maye qəbul etmək, udmaq və danışmaq belə əziyyətə çevrilə bilir.

Türkiyə Respublikasının qulaq burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi Dr. Mahmut Ozan Fındık, boğaz ağrısı zamanı əsas həkimə müraciət etməyin vacib olduğunu bildirib və, “Soyuqdəymədən qripə, faringitdən badamcıq infeksiyasına qədər bir çox xəstəlik boğaz ağrısına səbəb ola bilər.” – deyə əlavə edib. Klassik.az Haberturk.com saytına istinadən həmin 10 ədəd faydarlı məlumatları sizin üçün yazıb.

1. Qapalı mühitlərdən çəkinin!

Qapalı mühitlərdə hava axınını zəif olması səbəbindən viruslar havada asılı qalır, insanlar bir-birinin nəfəsini daha çox alır və daha çox üz-üzə gəlir, virusların yayılması üçün uyğun mühit yaradırlar. Nəticədə boğaz ağrısına səbəb ola biləcək xəstəliklər inkişaf edə bilir. Ona görə də qapalı yerlərdə çox vaxt keçirməyin.

2. Bol-bol su için.

Boğaz ağrısına qarşı hər gün müntəzəm olaraq bol miqdarda su içmək çox vacibdir. Su içməyin bədənimizi və tənəffüs yollarımızı nəmli saxladığını ifadə edən Dr. Mahmut Ozan, “Bol su içdiyiniz zaman boğazda quruluğun, virus və bakteriyaların boğazda yapışmasının qarşısı alına bilər. Beləliklə, boğazda qıcıqlanma azalır, selik, çirk varsa daha tez xaric ola bilir. Ona görə də hər gün 2 və ya 2,5 litr su içməyi vərdiş halına gətirin. Boğazınızın qurumaması üçün gün ərzində suyu qurtum-qurtum içdiyinizə diqqət edin.” – deyə qeyd etdi.

3. Siqaret, spirtli içki və kofeindən ehtiyatlı olun!

Vücudunuzda virus və ya bakteriya olmasa belə, siqaret və ya siqaret tüstüsünə passiv məruz qalması boğazı qıcıqlandıra və ağrıya səbəb ola bilər. Sağlamlığınız üçün heç vaxt siqaret çəkməyin və siqaret çəkən mühitlərdə olmayın. Diqqət yetirilməsi lazım olan digər vacib şey isə spirtli içki qəbul etməmək və kofeini məhdudlaşdırmaqdır. Bunun səbəbi spirtli içki və kofeinin orqanizmdən suyu daha çox xaric etməsinə və nəticədə boğazın qurumasına və boğaz ağrılarının artmasına səbəb olmasıdır. Bundan əlavə, alkoqol və kofein boğazda daha çox qıcıqlanmaya səbəb ola bilər.

4. Bu qidalardan uzaq durun.

Reflüks xəstəliyi də boğaz ağrısı səbəbləri arasındadır. Dr. Mahmut Ozan, reflüksə səbəb olan qida və içkilərdən uzaq durmağınız lazım olduğuna qeyd edərək, “Buna görə də həddindən artıq şokolad, ədviyyat və qızardılmış qida qəbulundan qaçın. Mədənizi çox doldurmamaq üçün yeməkləri kiçik hissələrdə yeyin. Yatmazdan ən az 3-4 saat əvvəl qatı qida qəbuluna da son verin” – deyə hər kəsə məsləhət verdi.

5. Otağınızın rütubətini tənzimləyin!

Qapalı havada kifayət qədər rütubət olmaması da boğazda quruluğa səbəb ola bilər və nəticədə boğaz ağrısını daha da gücləndirə bilər. Aşağı rütubət (35-40 faiz) viruslar və bakteriyalar üçün uyğun bir mühit təmin edir. Ona görə də otağınızın rütubətinin orta hesabla 65 faiz olmasına diqqət edin. Ancaq unutmayın ki, yüksək rütubət həm də gənə və göbələklər üçün ideal mühit yaradır.

6. Ətraf mühit faktorları da vacibdir!

“Bəzən ətraf mühit faktorları da boğaz ağrısının səbəbi ola bilər” deyə Dr. Mahmut Ozan cümləsini belə davam etdirdi: “Ev heyvanının tükləri, kif, toz, polen və bəzi təmizləyici materialların kimyəvi buxarları kimi əşyalara qarşı olan allergiya, boğaz ağrısına səbəb olan amillərdəndir. Allergiya probleminiz varsa, bu ekoloji faktorlardan mümkün qədər uzaqlaşın. Buna laqeyd yanaşmayın.”

TƏBİİ ÜSULLAR.

Təbii üsullar da boğaz ağrısını aradan qaldırmaqda təsirli ola bilər. Dr. Mahmut Ozan bu üsullardan bəzilərini belə izah etdi:

7. Yodlaşdırılmamış duz ilə qarqara edin.

Yüngül ağrı kəsicilər boğaz ağrısını aradan qaldırmağa kömək edir. Bunlara əlavə olaraq qarqara boğaz ağrınıza qarşı da təsirli üsullardan biridir. Bunun üçün bir stəkan qaynadılmış suya bir çay qaşığı yodsuz duz əlavə edərək qarqara edə bilərsiniz (Yod boğazda və ağızda yanma hissi yaradır). Bu üsul boğazınızdakı pisləşmiş pH nisbətini yaxşılaşdırmağa kömək edir; Bakteriyaların, virusların və göbələklərin çoxalması və yaşaması üçün uyğun mühitin formalaşmasının qarşısını ala bilər. Boğazdakı şişkinliyin aradan qaldırılmasına və mikrobların məhvinə qarşı da təsirli ola bilər. Boğazınız ağrıyanda gündə 3 dəfə . səhər, günorta və axşam olmaqla qarqara edə bilərsiniz.

8. Alma sirkəsi ilə qarqara edin.

Alma sirkəsi turşu quruluşu ilə selikin daha asan həll edilməsinə kömək edə bilər. Beləliklə, bakteriya və virusların yayılmasının qarşısını ala bilər. Odur ki, boğazınız ağrıyanda bir stəkan ilıq suya əlavə etdiyiniz 2 xörək qaşığı alma sirkəsi ilə gündə 3-4 dəfə qarqara edə bilərsiniz. Ancaq çox qarqara etməməyə diqqət edin, çünki bu, mədə zədələnməsinə və reflüks problemlərinə və boğaz ağrısına daha çox səbəb ola bilər.

9. Bir çay qaşığı ballı zəncəfil.

Zəncəfil antibakterial və iltihab əleyhinə təsiri ilə boğaz ağrısını aradan qaldırmağa kömək edə bilər. Balın tərkibindəki propolis kimi maddələr də immunitet sistemini gücləndirir. Bundan əlavə, bal boğazı örtərək yumşaldır və toxunduğu nöqtələrdə virus və bakteriyaların yapışmasını ləngidə bilir. Səhər bir çay qaşığı bala az miqdarda, məsələn, yarım çay qaşığı toz zəncəfil əlavə edib qəbul edə bilərsiniz. Amma ehtiyatlı olun! Balın tərkibində şəkər olduğu üçün qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər, buda öz növbəsində diabet xəstələri üçün risk yaradır.

10. Çökə çiçəyi (ihlamur), adaçayı və ya nanə çayı.

Cökə, çobanyastığı çayı, adaçayı və ya nanə çayı da boğaz ağrısına qarşı təsirli ola bilər. Boğazı nəmləndirməkdən əlavə, iltihab əleyhinə, antibakterial və antiviral xüsusiyyətləri sayəsində boğaz ağrısının aradan qaldırılmasına kömək edə bilərlər.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x