Cümə axşamı, Noyabr 21
Shadow

Bir WhatsApp hesabını iki telefonla eyni vaxtda işlədə bilərik! Addım-addım izah..

532 oxunma

Bir Whatsapp hesabını iki telefonla eyni vaxtda aça biləcəyiniz funksiyadan necə istifadə edəcəyinizi Onedio.com saytına istinadən sizin üçün yazmışıq. İlk baxışdan bir az ağır görünə bilər, amma mütləq işləyir.

WhatsApp artıq müxtəlif platformalarda çoxlu cihaz dəstəyindən istifadə etməyə imkan verir. Amma iki smartfonda eyni whatsapp hesabını açmaq mümkün olmayıb.

“Whatsapp”ın Android planşetləri üçün yeni tətbiqi artıq Android smartfonlarında da istifadə oluna bilər. Bu proses müəyyən səbr və texniki bilik tələb edir. WhatsApp, 2.22.25.8 beta versiyası ilə gələn Android planşet tətbiqi xüsusiyyəti ilə iki fərqli Android cihazında tək whatsapp hesabını işlədə bilərsiniz. Mesajlar whatsapp veb proqramı kimi eyni vaxtda gəlir və siz söhbət tarixçəsinə də daxil ola bilərsiniz.

Bu xüsusiyyət sayəsində eyni anda whatsapp hesabını iki fərqli telefonla istifadə edə bilərsiniz.

İki fərqli Android və ya iPhone cihazlarında WhatsApp-ı ikili eyni nömrə ilə istifadə edə bilərsiniz. Hesabınızı əlaqələndirmək üçün iPhone-u əsas telefon kimi istifadə etmək vacibdir. Bundan sonra Android cihazınızda WhatsApp-ın planşet versiyasını quraşdırmalısınız.

ADDIM 1:

Whatsappın v2.22.25.8 beta versiyasının quraşdırıldığına, ona daxil olduğunuza və əsas telefonunuzda işlədiyinə əmin olun. Proqramın köhnə versiyasını işlədirsinizsə, APK faylını APKMirror-dan endirə bilərsiniz.

ADDIM 2:

İkinci telefonunuzda Android-in əsas parametrlərində Tərtibatçı Seçimlərini aktiv etməklə başlayın. (Parametrlər > Telefon haqqında bölməsinə keçin və İndi tərtibatçı olduğunuzu bildirən popup görünənə qədər MIUI nömrəsinə bir neçə dəfə toxunun.)

ADDIM 3:

İkinci telefonda Parametrlər > Əlavə tənzimləmələr > Tərtibatçı seçimləri > Ən kiçik eni seçin. Əgər tapa bilmirsinizsə, axtarış çubuğundan da istifadə edə bilərsiniz. Cari seçimləri qeyd kimi özünüzdə saxlayın (sonra onu geri almaq üçün sizə lazım olacaq), sonra onu 600-ə çıxarın. Bu, telefonunuzun interfeysini planşet interfeysinə çevirəcək. Şriftlər və nişanlar daha kiçik olacaq, lakin biz normal ölçülərə qayıdacayıq, narahat olmayın.

ADDIM 4:

İndi isə ikinci telefona WhatsApp v2.22.25.8-i quraşdırın. Yenə də beta üçün qeydiyyatdan keçmisinizsə, bunu Play Store-dan edə və ya eyni APK-nı APKMirror-dan endirə bilərsiniz.

ADDIM 5:

İkinci telefonunuzda whatsapp-ı açın, dili seçin, Qəbul et və davam et üzərinə klikləyin və siz QR kodunuzla birinci telefonla bağlantı qurun. (Əgər sizdən telefon nömrəsi ilə daxil olmağı tələb edən səhifəni görürsünüzsə, bu o deməkdir ki, telefonunuz planşet kimi aldadılmayıb. Ən kiçik eni üçün daha yüksək nömrəni sınayın. Amma normalda 600 olmalıdır.)

ADDIM 6:

İndi əsas telefonunuza qayıdın. WhatsApp-ı açın, yuxarı sağdakı üç nöqtəyə toxunun, sonra Əlaqələndirilmiş cihazlar > Cihaz əlaqələndirin seçiminə toxunun. Bu, QR kod skanerini gətirəcək, burada ikinci telefonda göstərilən kodu skan edin. İkinci telefonunuz WhatsApp-ı əsas cihazınızla eyni hesabla açacaq.

İkinci telefonunuzda planşet interfeysi və kiçik şriftləri bəyənmirsinizsə, 3-cü addımı təkrarlaya və orijinal ən kiçik enlik parametrinə qayıda bilərsiniz. WhatsApp isə hesabınızla bağlı qalacaq.

Bəli, əgər bütün bu addımları uğurla keçmisinizsə, deməli, indi iki fərqli smartfonda tək WhatsApp hesabından istifadə etməyə başlamısınız!

4 1 səs verin
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x