Bazar ertəsi, Noyabr 25
Shadow

Beyninizi aldadaraq həyatınızı dəyişin!

325 oxunma

Beyninizi aldadaraq gündəlik fəaliyyəti necə dəyişə bilərsiz? Siz də vaxtınızı instagram çox keçirirsiniz? Yaxud tiktokda? Tez-tezmi? Bunlar üçün bir ton əziyyət çəkmək lazım olduğunu heç düşündünüzmü? Yəqin ki, yox. Şəxsən mən instagramda saatlarca fırlana bilərəm. Platformada bir çox şəkil, video görmüş olsamda yenə də səhifəni bir neçə dəfə yeniləyə bilərəm. İmtahan zamanı yaxınlaşan bir imtahana hazırlaşmaqdansa, sosial şəbəkələrdə gəzinmək və ya bir oyunda başını qarışdırmaq nə qədərdə asandır.

Oxumaq və ya yazmaq kimi şeylər vacib olduğunda mübarizə aparmaq lazımdır. Belə hallarda çox vaxt fikrinizi cəmləyə bilmədiyinizi, uzaqlaşdığınızı və hətta yorulduğunuzu müşahidə edərsiniz. İşinizə dair tapşırığı bitirməyin ya da imtahanı hazırlaşmağın doğru şey olduğunu şüurlu olaraq başa düşürsünüz. Lakin sizə zövq verən yerlərdə saatlar itirmək və bunlarda itib batmaq daha cəlbedici görünür. Bəli! Biraz mübahisəli bir mövzudur.

Əsas suala gələk. Beyninizi aldadaraq etmək istəmədiyiniz şeyləri etməsi üçün onu məcbur edə bilərsinizmi?

Digər insanların məhsuldarlığının ya da uğurlarının arxasındakı sirri heç bilmək istədinizmi? Çevrənizdəki insanlar nə qədər çox kitab oxuduqlarını dedikdə yaxud hədəflərindən danışdıqlarında heç cəsarətinizin qırıldımı? Yoxsa siz 2 ay əvvəl aldığınız kitabın hələ də 3-cü bölümünü oxumaqla məşğulsunuz?

İş həyatınızda yaxud təhsil həyatında üzərinizdə çalışmağınıza mane olan bir maneə və heç nə etmək istəmədiyiniz vaxtlar olur. Ancaq bu vəziyyətdə belə rahatlıqla və keflə sosial şəbəkələrdə dolaşır və ya Netflix-də bir filmin seyrinə dərhal başlaya bilirik. Bəs niyə?

Cavab tapmaq üçün əsas mexanizmaya, yəni beynimizə göz atmaqda fayda var. Unutmayın, beyninə hökm edən, həyatına hökm edər. Təəssüf ki, beynimiz məhsuldar olmağımızı asanlaşdırmır. Beynin əsas vəzifəsi, müqavimətin və riskin ən az olduğu bir şeyi izləyərək özünü qorumaqdır. Yəni, çətin bir riyaziyyat testinə başlamaqdansa, instagramda kəşfetdə dolaşmağı daha üstün tutur və bundan zövq alır. Beyninizə meydan oxumaq əvəzinə, özünüzü daha yaxşı hiss etdirən, ya da daha asan olan şeylər etməyə meyillisiniz. Beyniniz üçün bu asan olan yollar üstün tutulduqca, növbəti gündəlik işlərinizə belə fikrinizi cəmləyə bilmədiyinizi görərsiniz. Çünki, siz beyninizi rahatlığı sevməsi üçün öyrətdiniz, amma beyninizdə duyulan narahatlıq hissi böyümənin və inkişafın reallaşdığı andır.

İndi isə gələk əsas məsələyə: Sıxıcı görünən işləri daha zövqlü hala gətirmək.

Sıxıcı görünən işlərdən bir az da olsa zövq almanızı və beyninizi aldadaraq təmin edəcək bir neçə metod vardır. Ancaq biraz dərinliyə getmək lazımdır.

Əvvəlcə beynimizin necə işlədiyini bilməkdə fayda var. Beynimiz davamlı mükafat, hədiyyə axtarışındadır. Mükafat aldığında xoşbəxt olur. Və artıq xoşbəxt olduğunda görülən iş sıxıcı olmur. Sosial şəbəkədə alacağınız sadə bir bəyənini belə beynimiz mükafat olaraq qəbul edir və bu səbəbdən dopimin ifraz edir. Bu mövzuda meymunlar və siçanlar arasında bir çox təcrübələr aparılmışdır. Dopamin haqqında ətraflı buradan oxuyun.

Video 1

Heyvanlar üzərində edilən təcrübələrdə, məsələn, çox populyar olan bir siçan üçün hazırlanan mexanizmdə, “Video 1”-də göründüyü kimi siçanlar qolu çəkdikdə yerləşdirilən elektronlarla siçanların dopamin hormonu artırılır. Yəni, siçanlar qolu hər çəkdikdə zövq alırlar. Siçanların qolu böyük bir zövqlə davamlı çəkdikləri müşahidə olunur. Zövq aldıqlarına görə yeməyi və içməyi unudurlar. Lakin, siçanların dopamin hormonları dayandırıldıqda laboratoriya siçanları heç bir şey etmək istəmirlər və yeməkdən, içməkdən kəsilirlər.

Burada meymuna ispanaq verilir.

Edilən digər təcrübədə tapşırığı yerinə yetirən meymunlara ispanaq verirlər və meymumlarda dopamin hormonunun artdığı müşahidə olunur.

Burada meymuna meyvə suyu verilir.

Daha sonra mükafatın dəyərini artıraraq, ispanaq yerinə meymunlara meyvə şirəsi verilir. Mükafatın dəyəri və cazibəsi artığı üçün meymunlardakı dopamin miqdarının daha da artdığı aydın şəkildə görünür.

Burada meymuna meyvə suyu əvəzinə yenidən ispanaq verilir.

Təcrübə davam edir və meymunlara daha meyvə suyu verilmir. Bunun yerinə təkrar ispanaq verilir. Meymunlar bunun ardından əsəbləşir, meyvə şirəsinı alışdıqları üçün bundan əvvəl yedikləri ispanağı yemir və baxıcıların üzərinə atırlar. Əsasən, burada asılılığın və beynin işləmə məntiqinin bir nümunəsi var: Bir mükafat digər mükafatdan üstün olduqda dopamin hormonu da əvvəlki dopamin hormonuna görə artır və bədən daha çoxunu tələb edir, eynən spritli içki və narkotik vasitələrdə olduğu kimi. Dopamin müəyyən bir şeyləri arzulamağınızı təmin edən bir hormondur. Səhərlər yuxulu gözlərlə telefonunuza ələ alıb instagrama baxmağınıza səbəb olan şey də budur. Ruh halınızı, motivasiyanızı və diqqətinizi artırır. Əslində işləmək üçün motivasiyanızın olmama səbəbi təmbəlliyiniz olmaya bilər. Yaxud, təmbəlliyinizin buna təsirinin çox az olduğunu da deyə bilərik.

Beyniniz, istifadə etdiyiniz dopamin səviyyəsinin sizə zərər verəcəyi barədə xəbərdarlıq etmir. Ancaq daha çoxunu istəyir. Bəs daha çox dopaminə sahib olmağın nəyi pisdir?

Bədənimizin Homeostasis adı verilən bioloji bir sistemi vardır. Bu, bədənimizin fiziki və kimyəvi tarazlığını qorumağı sevdiyi mənasını verir. Nə zaman bir natarazlıq meydana gəlsə, bədənimiz buna adaptasiya olacaqdır. Təməl olaraq beyniniz yüksək dopamin səviyyələrinə uyğunlaşdıqda, həmin səviyyələr artıq normal səviyyələriniz olur. Başqa şeylərdə yüksək dopamin əldə etdiyiniz üçün gündəlik həyatda bir şeylər etmək sizin üçün imkansız hala gələcək. Bu səbəbdən, oxumaq, yazmaq, işləmək, özünüzü inkişaf etdirmək və s. sizin üçün çətin ola bilir.

Görüləcək işləriniz qala-qala nəyə görə Netflix izləməyi rədd edə bilmədiyinizi heç düşündünüzmü? Asılı insanların narkotiki atması niyə bu qədər çətindir? Nikotin, spritli içkilər və narkotik düəzldici tərkibə sahib maddələr dopamin dövriyyəsini hərəkət etdirir və dopamin ilə alışqanlıq yarada biləcək şəkildə qarşılıqlı əlaqəyə girə bilir. Bu maddələr, şokolad parçalı peçenyelərdən alacağınızdan daha sürətli və daha çox dopamin partlamasına səbəb ola bilir və zamanla bir asılılıq alışqanlıq yaranır. Alışqanlıq artıqca beyin dopamini azaldaraq reaksiya göstərir. İndi isə eyni zövq səviyyəsinə çatmaq üçün daha çox dopaminə ehtiyacınız var. Bu, eyni zamanda başqa şeylərə olan marağınızı itirməyinizə səbəb olacaq. Məhz bunlara görə beyninizi aldadaraq tədbir görmək lazımdır.

Dopamin səviyyəsini tarazlamaq və əsasda beynimizi yenidən çətin şeylərdən zövq alması üçün aldatmaq mümkündür. Həftədə bir dəfə edilən dopamin detoksunun çox faydası ola bilər. Bir gün ərzində sizə zövq verən və beynin mükafat mərkəzini aktiv edən bütün şeylərdən uzaq durun. Beləliklə, dopamin hormonunu azalda bilərsiniz. Detoksdan sonrakı gün gördüyünüz sıxıcı bir iş belə yəqin ki, sizə daha çox zövq verəcəkdir. Bir adada günlərlə ac qalan, düz-əməlli yemək yeməyən bir insanın günlər sonra ilk dəfə yediyi yeməyin, dünyanın ən yaxşı restoranında hər gün ən dadlı yeməkləri yeyən bir milyonerin yeyəcəyi yeməkdən də daha çox zövq verəcəyinə əmin ola bilərsiniz.

Əlbətdə ki, təkcə topamin hər şeyin dərmanı olmaya bilər. Ancaq dopamin hormonunun beynimizdəki mükafat mərkəzini aktiv etdiyi üçün vacib bir şey olduğu da danılnazdır. Burada, açıq şəkildə bir gerçək var: beynimizin dünyanı qavrayış şəklini dəyişdirməsi lazımdır. Bunun üçün isə etməli olduğumuz əsas şey, bizə faydası olan işlər ilə beyninizi aldadaraq beynin mükafat mərkəzini aktiv etməyə çalışmaq və dopamin hormonunu artırmaq.

Nəticəyə deyil, müddətə nəzər yetir. Dopamini qısa müddətli təmin edən amilə, uzun müddətli təmin edənə görə daha çox üstünlük verilir.

Sosial mediada daha çox bəyəni görmək ya da gülməli bir video izləmək qısa müddətli bir dopamini təmin edir. Lakin, işləmək, dərs oxumaq daha uzun müddətli dopamin təmin etməkdədir. Bu səbəbdən beyinə daha sürətli çatdığı üçün çox vaxt qısa müddətli dopamini seçir. Məsələn, bir test həll edərək imtahana hazırlaşırsınız və həmin imtahana hələ 1 il vaxt var. Hazırlıq müddətində nəticəyə çox qısa vaxtda çata bilmədiyiniz üçün hədəfiniz yerinə hədəfə gedən zamanlarda etməli olduğunuz fəaliyyətlərə diqqət yetirmək daha ağıllı seçim olacaq. Çünki, bu sayədə beyninizi aldadaraq qısa müddətli dopamini təmin edə bilərsiniz.

Gündəlik hədəflər təyin edin, günün sonunda o hədəfi yerinə yetirdikdən sonra üzərini qaralayın. Məsələn, mən gündəlik hədəflərimi Gmail tətbiqində qeyd edirəm və ogünki tapşırığım bitdikdə ora bir qeyd buraxıram. Bu da, qısa müddətli dopamini təmin etməyimə səbəb olur. Nəticədə, bir işi bitirməyimin zövqünü yaşaya bilərəm. Həmçinin budu gözəl bir dəftərin üzərində də edə bilərsiniz. Bəzən bir dəftərə yazmaq, bir tətbiqə yazmaqdan daha çox təsirli ola bilir. Bütün hədəfləri bitirib üzərini qaraladığınızda bu sizi daha çox motivasiya edəcək. Təbii ki, burda analoq metodumu, rəqəmsal metodumu seçəcəyiniz sizin özünüzü qalıb.

Diqqət dağıdan şeylər

Diqqətimizi dağıdan şeylər və ən başda gələn smartfon telefonlar. Bəlkə də, klassik olacaq amma çox vacibdir! Dərsinizi bütün diqqətinizlə oxumaq istəyirsinizsə telefonunuzu, ya da sizi oxumaqdan yayındıracaq bütün növ bildirişlərdən uzaqlaşın. “- Mənə fərqi yoxdu, diqqətim dağılmır” desəniz belə, yenə də əliniz çatamayacağı bir yerdə olsun. “- Nədə olsa götürüm baxaram, nə olacaqki?” deməyin. Uzaq olanda və görünən olmayanda gedib götürməyəcəksiniz. İnsan özüdə təmbəl bir varlıqdır. Gedib almağa çox güman ki, ərinəcəksiniz və əgər masa başındasınızsa, edəcəyiniz tək şey o işi bitirməyiniz olacaq.

Bunu nəyə görə deyirəm? Sosial şəbəkələrin hamısı istifadəçiləri necə daha çox asılı vəziyyətə gətirmək məqsədi ilə işləyir. Bununla əlaqədar araşdırma qurumları da mövcuddur. Bunun üçün hətta böyük məbləğdə büdcə də ayrılır. 2 dəqiqə instagrama girib kim bəyənmiş deyə baxırsınız, amma, bir də görürsünüz ki, saatlar keçib. Bu sadəcə sizin günahınız deyil. Qarşınızdakı rəqibiniz milyard dollarlıq büdcələri olan sosial media şəbəkələridir. Lakin, beyninizi hökm edib aldadaraq buna fikir versəniz, iş zamanı telefonunuzu və diqqət dağıdan bütün şeyləri yanınızdan uzaqlaşdırsanız, görə bilmədiyiniz nöqtəyə bu alətləri qoysanız çox faydasını gördüyünüzü sizə əminliklə deyə bilərəm.

1 1 səs verin
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
1 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
Seide

Möhtəşəmsiniz

1
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x