Cümə axşamı, Noyabr 21
Shadow

Ac qarına qəhvə içmək zərərlidirmi?

1. 167 oxunma

Bağırsaqların uyğunlaşa bildiyini deyən mütəxəssislər, kofe içmək mövzusunda nəzərə alınması lazım olan bəzi məqamlara diqqət yetiriblər.

Massachusetts General Hospitalının qastroenteroloqu Dr. Trisha Pasricha “The New York Times” qəzetində acqarına kofenin mümkün zərərlərindən danışıb.

Səhər bir çox insanın günə bir fincan qəhvə ilə başladığını qeyd edən Pasricha, sosial mediada yemək yemədən qəhvə içməyin bağırsaqlara zərər verə biləcəyini, şişkinlik, sızanaq, saç tökülməsi, narahatlıq, qalxanabənzər vəzi kimi digər xəstəliklərə səbəb ola biləcəyini söylədi.

Amerika Qastroenterologiya Assosiasiyasının idarə heyətinin üzvü Dr. Kim Barret, tədqiqatçıların 1970-ci illərdən bəri kofe içmək faydaları və zərərlərini, xüsusən də bağırsaqla əlaqəli olanları araşdırdıqlarını söylədi. Digər tərəfdən, mədənin hər cür qıcıqlandırıcıya, o cümlədən qəhvəyə qarşı davamlı olduğu qeyd edilib.

Dr. Barrett, “Mədənin özünü qorumaq üçün bir çox yolu var. Mədə davamlı olaraq mənfi və zərərli mühitdə olduğu üçün mədənin müdafiəsini aşmaq üçün çox sərt bir maddə qəbul etməlisiniz.” deyə sözlərinə əlavə edib.

kofe içmək

Bəs kofe içmək bağırsaqlara necə təsir edir?

Dallasdakı Baylor Universiteti Tibb Mərkəzinin Daxili Xəstəliklər Başçısı Dr. Bayron Cryer isə alkoqol, siqaret tüstüsü və bəzi qeyri-steroid iltihabəleyhinə dərmanlar kimi qıcıqlandırıcıların mədəmizin təbii müdafiə mexanizmlərini dəyişdirdiyini və onun daxili səthini zədələdiyini bildirir.

Bəzi qıcıqlandırıcılar mədəni turşu və xora əmələ gəlməsinə qarşı daha həssas edə bilsə də, çoxsaylı böyük tədqiqatlar qəhvə üçün bunun belə olmadığını aşkar etdi. Məsələn, 2013-cü ildə Yaponiyada yaşayan 8000-dən çox insan üzərində aparılan araşdırma, hətta gündə üç və ya daha çox fincan içənlər arasında belə, qəhvə istehlakı ilə mədə və ya bağırsaqda xora əmələ gəlməsi arasında heç bir əhəmiyyətli əlaqə tapılmamışdır.

Dr.Cryer, “Qəhvə, hətta konsentratlaşdırılmış formada olsa da, mədəyə hər hansı obyektiv ziyan vurmaq ehtimalı azdır” deyə qeyd etdi.

Dr. Cryer sözlərinə belə davam etdi: “Ancaq qəhvənin bağırsaqlara təsiri var. O, qalın bağırsağı sürətləndirə, bağırsaq hərəkətini tətikləyə və mədədə turşu istehsalını artıra bilər. Qəhvədən alınan kofeinin ürək döyüntüsünü və qan təzyiqini artırdığı yaxşı bilinir. Qəhvəni yatmağa yaxın vaxtda içmək yuxunu poza bilər, lakin bu dəyişikliklər müvəqqətidir”.

Artam mədə turşusu hansısa problemə yol aça bilər?

Dr. Barrett deyib ki, acqarına qəhvə içmək çətin ki, mədəyə hər hansı bit ziyan vursun. Lakin nəzəri olaraq mədə qıcqırmasına səbəb ola bilər.

Qəhvənin mədə turşusu istehsalını çoxaltdığı bilinir. Lakin, mədədə yemək varsa və ya süd yaxud qaymaqlı qəhvə içmək bu turşunu zərərsizləşdirməyə kömək edən tampon yaratmağa kömək edir. Dr. Barrett, yeməkdən əvvəl kofe içmək mədənin pH səviyyəsini süd və ya yeməklə içməkdən daha çox aşağı sala biləcəyini söylədi.

Dr. Trisha Pasricha dedi ki, bir qədər aşağı pH mədənin selikli qişası üçün problem olmasa da, turşudan zədələnməyə daha həssas olduğu üçün qida borusunun selikli qişası üçün problem ola bilər.

Bundan əlavə, bir sıra tədqiqatlar göstərdi ki, qəhvə yemək borusunu mədə ilə birləşdirən sfinkteri rahatlaşdıra və aça bilər ki, bu da hipotetik olaraq mədədən turşunun yemək borusuna daha asan sıçramasına və xoşagəlməz mədə qıcqırması simptomlarına səbəb ola bilər.

Ancaq bu mövzuda məlumatlar da çaşqınlıq doğurur. 2014-cü ildə Avropa, Asiya və ABŞ-da aparılan 15 araşdırmanın təhlili qəhvə istehlakı ilə mədə qıcqırması əlamətləri arasında heç bir əlaqə tapmadığını, 2020-ci ildə isə 48.000-dən çox qadın tibb bacısının məlumatlarından istifadə edərək, qəhvə içənlər arasında ürək yanması əlamətlərinin daha yüksək riskini aşkar etdi.

Qəhvənin qida borusuna necə təsir göstərə biləcəyini anlamaq üçün elm adamları həmçinin uzun müddət davam edən turşu reflü problemi olan insanlarda olduğu kimi mədə turşusuna xroniki məruz qalma nəticəsində yemək borusu zədələndikdə baş verən Barrett özofagusu adlı vəziyyəti də öyrənirlər. Bu zaman qida borusunu əhatə edən hüceyrələr turşudan qorunmaq üçün daha sərt, mədəyə bənzər hüceyrələrə çevrilir. Bu dəyişikliklər özofagus xərçəngi riskini artıra bilər, xüsusən də ailənizdə bu xəstəlik tarixi varsa və ya siqaret çəkirsinizsə. Ancaq 2016-cı ildə ABŞ-da aparılan bir araşdırmada qəhvə istehlakı ilə oxşar əlaqə tapılmadı. Müəlliflər belə nəticəyə gəliblər ki, Barrettin özofagusu üçün qəhvədən qaçmaq çox güman ki, faydalı olmayacaqdır.

acqarına kofe içmək

Bəs nə etməliyik?

Pasricha dedi ki, o, adətən xəstələrinə simptomlarını yazmağı tapşırır. Amma heç bir əlamət görmürsənsə, çox güman ki, qəhvədən sonra əhəmiyyətli bir reflüks yoxdur və rahatlıqla içməyə davam edə bilərsən.

Dr. Cryer qəhvəsini müntəzəm olaraq latte və ya kapuçino kimi içir. “Buxarda hazırlanmış süd acılığı azaldır və ümumilikdə qəhvə içməyin uzunömürlülük, ürək-damar xəstəlikləri riskini azaltmaq və qaraciyər, prostat, döş və qalın bağırsaq xərçəngi də daxil olmaqla bir çox xərçəngdən qorunmaq kimi bir çox sağlamlıq faydası var” dedi.

Dr.Cryer son sonda “Qəhvənin faydalarına dair sübutlar zərərindən qat-qat çoxdur” deyə qeyd etdi.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x