Artıq çəkidən əziyyət çəkirsinizsə və pəhriz saxlamadan arıqlamağın yolları-nı axtarırsınızsa, bunun üçün bir neçə ipucu var. Pəhriz uzun və yorucu bir prosesdir.Müntəzəm qidalanaraq və gündəlik vərdişlərinizdə əhəmiyyətli dəyişikliklər edərək, uzunmüddətli pəhrizlər olmadan arıqlaya bilərsiniz. Klassik.az Posta.com.tr saytına istinadən oxucuları üçün pəhriz saxlamadan arıqlamağın yolları-nı sizin üçün bu mövzuda yazır.
1. Su içməklə mədəni doymuş hiss etdirin.
Yeməkdən əvvəl 1 stəkan su içmək, mədədə toxluq hissi yaradaraq sizi çox yeməkdən qoruyur.
Gün ərzində kifayət qədər su içmədikdə, bədəniniz daha çox atışdırmalıq yemək ehtiyacı hiss edir. Bu səbəbdən yemək və ya atışdırmalıq bir şeylər istədiyiniz zaman dərhal su için. Bu sayədə aclığınızı yatırdığınızı görəcəksiniz.
2. Fiziki məşqlər edin və yürüşlərə çıxın.
Arıqlamaq üçün kalori yandırmaq lazımdır. Yalnız kalori qəbulunu məhdudlaşdırmaqla arıqlaya bilməzsiniz.
Qidalanmanıza fikir verərək, gün ərzində hərəkət etməli və yağ yandırmağa dəstək olmalısınız. Hər gün nizamlı olaraq gəzməklə və ya fiziki məşqlər edərək arıqlama prosesinizi sürətləndirə bilərsiniz.
Hər gün 30-45 dəqiqə gəzərək əzələlərinizi də aktivləşdirə bilərsiniz. Beləliklə, çəki itirərkən daha sıx bir bədənə sahib ola bilərsiniz.
3. Bitki çayı içərək maddələr mübadiləsini sürətləndirin.
Pəhriz saxlamadan arıqlamağın yolları arasında ən çox istifadə olunan bitki çayları arıqlama prosesləri zamanı yağ yandırmağa kömək edir. Şəkərsiz içilən bitki çayları iştahınızı azaltmağa kömək edir. Bitki çayından istifadə etməklə həzm sisteminizin daha nizamlı işləməsini təmin edə və maddələr mübadiləsini sürətləndirə bilərsiniz.
Bitki çayları mədənizdə toxluq hissi yaradır və gün ərzində yüksək kalorili qidalar qəbul etməyinizə mane olur. Gündə 1 stəkan içilən bitki çayı yağların yandırılmasını asanlaşdırır.
4. Yatmazdan əvvəl yemək yeməyi dayandırın.
Arıqlamaq istəyirsinizsə, yatmazdan qısa müddət əvvəl yeməyi dayandırmalısınız.
Yatmadan əvvəl qəbul edilən atışdırmalıqlar bədəninizdə daha çox yağ əmələ gəlməsinə səbəb ola bilər. Yuxu keyfiyyətinizi də pisləşdirə bilər. Bu səbəbdən yatmadan 2 saat əvvəl sudan başqa bir şey istehlak etmək düzgün hesab edilmir.
5. Yuxu rejiminə diqqət edin.
“Arıqlamaq ilə yuxu rejimi arasında nə əlaqə ola bilər axı?” deyə düşünə bilərsiniz. Ancaq hər gün nizamlı yatmayanlar daha çox kökəlirlər.
Məlum olub ki, gündə 5 saatdan az yatanlar normal yuxunu tamamlayanlara nisbətən gündə 300 kalori daha çox qəbul edirlər.”
Arıqlamaq və sağlam bədənə sahib olmaq istəyirsinizsə, gündə 8 saat yatmalısınız.