Yeməkdən sonra dişləri fırçalamaq kimi gündəlik həyatda vərdiş halına gətirdiyiniz və davamlı olaraq etdiyiniz bəzi şeylər əslində bədəninizə zərər verə bilər. Hətta müxtəlif xəstəliklərin yaranmasına belə səbəb ola bilər. Hər kəsin az qala hər gün etdiyi zərərli işləri Posta.com.tr saytına istinadən bir araya gətirdik.
Hər gün etdiyiniz və zərərsiz olduğunu düşündüyünüz bəzi vərdişlər orqanizminiz üçün təhlükəli ola bilər.
Zərərli maddələr deyildikdə ağlınıza birbaşa pestisidlər və ya yuyucu vasitələr gəlsə də, gündəlik həyatda tez-tez etdiyiniz vərdişlər bədəninizə zərər verə bilər.
Rakvin üzərində qalan sabun qalığı.
Əllərinizi və ya üzünüzü yumaq üçün istifadə etdiyiniz sabunu rakvinanın üzərinə qoyursunuzsa, səhv edirsiniz.
Çünki rakvinin kənarındakı sabununuz virus və bakteriya kimi mikroorqanizmlərə məruz qala bilər. Sabun qalığını tez-tez yumağı unutmayın.
Dar paltarları tez-tez geyinmək.
Dar paltarlar mədə və bağırsaqlara təzyiq göstərə bilər. Bəzi hallarda hətta göbələk infeksiyasına və sinir sıxılmasına səbəb ola bilər. Paltarınızı çıxardıqdan sonra bədəninizdə çapıq varsa, bu, çox dar parçalara üstünlük verdiyinizi göstərir. Narahat olmayın, əgər siz bəzən dar paltarlar geyinməyi sevirsinizsə, əsl problem uzun müddət onlardan istifadə edənlərə aiddir.
Kran suyu ilə üz yumaq.
Dərinizi təmiz saxlamaq üçün hər gün mütəmadi olaraq yumaq lazımdır. Ancaq dərinizi yumaq üçün istifadə etdiyiniz kran suyu dəri sağlamlığınıza zərər verə bilər.
Üzünüzün normal pH səviyyəsi 4,7 civarındadır. Kran suyunun pH 5-dən yuxarı qalxa bilər. Bundan əlavə, suda olan kalsium, maqnezium və dəmir kimi sərt minerallar sızanaq və quruluğa səbəb ola bilər. Dərinizi təmizlədiyinizi düşünürsünüz, amma dərinin səthinə zərər verə bilərsiniz.
Yeməkdan dərhal sonra dişləri fırçalamaq.
Bəzi mütəxəssislərə görə, turşulu içkilər içdikdən sonra və ya yeməkdən dərhal sonra dişləri fırçalamaq diş minasına zərər verə bilər.
Dişlərinizi fırçalamaq üçün yeməkdən ən az 30 dəqiqə sonra dişlərinizi fırçalamaq lazımdır. Bəzi mütəxəssislər isə yeməkdən sonra dişləri fırçalamağın zərərli deyil, faydalı olduğu qənaətindədir.
Pulov yeməyi sevənləri diqqətinə!
Düyü plovu çox dadlıdır. Süfrələrin vazkeçilməz olan düyü plovunun tərkibində təhlükəli bakteriyalar ola bilər. Düyüdə torpaqda tez-tez rast gəlinən Bacillus cereus kimi təhlükəli bakteriyalar ola bilər. Xoşbəxtlikdən, bu bakteriya isti bir mühitdə inkişaf edə bilməz, ona görə də təzə bişmiş düyü adətən problem yaratmır.