Yağışın faydaları nələrdir?
Yağışın təkcə əkinlər və bağlar üçün deyil, həm də insanlar və heyvanlar üçün də çoxlu faydaları var. Bu faydaları bildikdən sonra əminik ki, yağış yağanda sadəcə yağışa baxmaqla kifayətlənməyəcəksiniz!
1. Sakitləşdirici qoxu - Yağışlı gün aromaterapiyası
Məlum olub ki, Petrichor kimi tanınan bu ləzzətli qoxu bədəninizə və ağlınıza sakitləşdirici təsir göstərə bilər. Növbəti dəfə özünüzü yağışda çöldə tapdığınız zaman dərindən nəfəs alın və bu sakitləşdirici qoxunu içinə çəkin. Bu, sizə çoox yaxşı gələcək
2. Yeni bir baxış bucağı - "Yuxarıya baxın"
Yağış yağanda tez-tez yağışdan qaçmaq üçün başlarını aşağı salan adamlara rast gələ bilərsiniz. Ancaq növbəti dəfə başınızı qaldırın, vaxtınızı ayırın və ətrafa baxın. Gözlədiyinizdən tamamilə fərqli bir perspektiv əldə edə bilə...