İşıq kirliliyi səbəbindən adi gözlə görünən ulduzların sayı getdikcə azalır.
Alimlər işıq kirliliyinin artması səbəbindən səmada adi gözlə görünən ulduzların sayı-sının xeyli azaldığını aşkar ediblər.
Klassik.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, həvəskar astronomların 12 il ərzində adi gözlə görə bildikləri səmada ulduzları sayaraq maraqlı məlumatlar əldə ediblər. Həmin məlumatlar “Earth at Night” adlı onlayn layihə ilə qeydə alınıb.
Məlumatlarda göstərir ki, süni mənbələrin səmaya əks olunması nəticəsində yaranan səma parıltısı 2021-ci ildən bəri hər il 10 faiz artıb.
Tədqiqata töhfə verən Alman Yer Elmləri Araşdırma Mərkəzindən Dr. Christopher Kyba, artan işıq kirlənməsi səbəbindən ulduzları görmənin tədricən yox olduğunu söylədi.
Qeyd olunub ki, çirklənmənin bu qədər artması, 250 ulduzun göründüyü yerdə doğulan bir uşağın 18 ildən sonra eyn...