Qızılca xəstəliyinin əlamətləri və müalicəsi
Qızılca xəstəliyinin əlamətləri və mümkün qədər tez keçməsi üçün onun müalicəsi haqqında Klassik.az Florence.com.tr saytına əsasən faydalı məlumatları sizlərə təqdim edir. Bütün dünyada görülən çox yoluxucu xəstəlik olan qızılcaya virus səbəb olur. Qızılca virusunun yaratdığı xəstəlik kəskin şəkildə inkişaf edir və dəri səpgilərinə səbəb olur. Hava-damcı yolu ilə insandan insana keçən qızılcanın inkubasiya dövrü 10-14 gün arasındadır. Qızılca adətən uşaqlıqda baş verir. Qışın sonu və yazın əvvəlində adi hala çevrilir. Gənc uşaqlar arasında tez-tez rast gəlinən bu xəstəliyə yoluxduqdan sonra insan qızılca virusuna qarşı immunitet qazanır və bir daha həmin xəstəliyə tutulmur. Xəstəliyi olmayan və peyvənd edilməmiş yetkinlərdə də görülə bilən qızılca, ilkin olaraq sadə bir yuxarı tənəffüs yo...