Ac qarına qəhvə içmək zərərlidirmi?
Bağırsaqların uyğunlaşa bildiyini deyən mütəxəssislər, kofe içmək mövzusunda nəzərə alınması lazım olan bəzi məqamlara diqqət yetiriblər.
Massachusetts General Hospitalının qastroenteroloqu Dr. Trisha Pasricha “The New York Times” qəzetində acqarına kofenin mümkün zərərlərindən danışıb.
Səhər bir çox insanın günə bir fincan qəhvə ilə başladığını qeyd edən Pasricha, sosial mediada yemək yemədən qəhvə içməyin bağırsaqlara zərər verə biləcəyini, şişkinlik, sızanaq, saç tökülməsi, narahatlıq, qalxanabənzər vəzi kimi digər xəstəliklərə səbəb ola biləcəyini söylədi.
Amerika Qastroenterologiya Assosiasiyasının idarə heyətinin üzvü Dr. Kim Barret, tədqiqatçıların 1970-ci illərdən bəri kofe içmək faydaları və zərərlərini, xüsusən də bağırsaqla əlaqəli olanları araşdırdıqlarını söylədi. Di...