Google gizli şəkildə məkan izlədiyi üçün yüz milyonlarla dollar cərimə ödəyəcək.
Google, məkan izləmə funksiyasını söndürdüyünü düşünən istifadəçilərin məlumatlarını toplayırmış. Bu səbəbdən texnologiya nəhənginin ABŞ-da ümumilikdə 391,5 milyon dollar cərimə olunduğu bildirilib.
Google, Android əməliyyat sistemindən istifadə edən milyardlarla smartfon sayəsində istifadəçilərin məlumatlarına daxil ola bilir.
Məkan xidmətlərinin söndürülməsinə baxmayaraq, Google-un smartfon istifadəçilərinin yerlərini gizlətdiyi onsuzda məlum idi.
ABŞ-dakı səlahiyyətlilərin açıqlamalarına görə, Google 2014-cü ildən bəri istifadəçilərinin hərəkətlərini gizli şəkildə qeydə alır və bu mövzuda istifadəçiləri çaşdıraraq "istifadəçinin hüquqlarının müdafiəsi" qanunlarını pozur. Bu vəziyyətlə əlaqədar, ötən illərdə Google-un məkan izləmə xüsusiyyəti ilə bağlı araşdırma açılmışdı.
...