Boğaz ağrısı başladıqda nə etməli? – 10 faydalı üsul
Qış aylarında ən çox görülən problemlərdən biri olan boğaz ağrısı gündəlik həyat fəaliyyətlərinə mənfi təsir göstərir. Vəziyyət o yerə gəlir ki, yemək çeynəmək, maye qəbul etmək, udmaq və danışmaq belə əziyyətə çevrilə bilir.
Türkiyə Respublikasının qulaq burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi Dr. Mahmut Ozan Fındık, boğaz ağrısı zamanı əsas həkimə müraciət etməyin vacib olduğunu bildirib və, “Soyuqdəymədən qripə, faringitdən badamcıq infeksiyasına qədər bir çox xəstəlik boğaz ağrısına səbəb ola bilər." - deyə əlavə edib. Klassik.az Haberturk.com saytına istinadən həmin 10 ədəd faydarlı məlumatları sizin üçün yazıb.
1. Qapalı mühitlərdən çəkinin!
Qapalı mühitlərdə hava axınını zəif olması səbəbindən viruslar havada asılı qalır, insanlar bir-birinin nəfəsini daha çox alır v...