5 addımla pəhriz saxlamadan arıqlamağın yolları
Artıq çəkidən əziyyət çəkirsinizsə və pəhriz saxlamadan arıqlamağın yolları-nı axtarırsınızsa, bunun üçün bir neçə ipucu var. Pəhriz uzun və yorucu bir prosesdir.Müntəzəm qidalanaraq və gündəlik vərdişlərinizdə əhəmiyyətli dəyişikliklər edərək, uzunmüddətli pəhrizlər olmadan arıqlaya bilərsiniz. Klassik.az Posta.com.tr saytına istinadən oxucuları üçün pəhriz saxlamadan arıqlamağın yolları-nı sizin üçün bu mövzuda yazır.
1. Su içməklə mədəni doymuş hiss etdirin.
Yeməkdən əvvəl 1 stəkan su içmək, mədədə toxluq hissi yaradaraq sizi çox yeməkdən qoruyur.
Gün ərzində kifayət qədər su içmədikdə, bədəniniz daha çox atışdırmalıq yemək ehtiyacı hiss edir. Bu səbəbdən yemək və ya atışdırmalıq bir şeylər istədiyiniz zaman dərhal su için. Bu sayədə aclığınızı yatırdığınızı görəcəksiniz.
...