Samsungdan ürək döyüntüsünü ölçə bilən yeni ağıllı üzük olan Galaxy Ring

Samsung-un maraqla gözlənilən yeni ağıllı üzük modeli Galaxy Ring-in mümkün qiyməti ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Samsung-un bu ilin əvvəlində rəsmi olaraq təqdim etdiyi yeni ağıllı üzük modeli Galaxy Ring haqqında yeni məlumatlar gəlməyə davam edir.

Nəhayət, hazırda prototip mərhələsində olan yeni ağıllı üzük modelinin mümkün qiyməti şirkətə yaxın mənbələr tərəfindən sızdırılıb.

SamMobile-dən verilən məlumata görə, bu ilin ikinci rübündə satışa çıxarılması gözlənilən Samsung Galaxy Ring-in qiyməti 300-350 dollar arasında olacaq.

Müqayisə üçün qeyd edək ki, yeni üzük mümkün qiyməti ilə şirkətin ən son smart saat modeli Galaxy Watch 6-dan təxminən 100 dollar baha olacaq.

İndiyə qədər ortaya çıxan digər məlumatlara görə, sağlamlıq xüsusiyyətləri ilə diqqət çəkəcək yeni Galaxy Ring, ürək döyüntüsünün ölçülməsi, nəbzin ölçülməsi və yuxu izləmə kimi bir çox xüsusiyyəti ehtiva edəcək.