Şənbə, Noyabr 23
Shadow

Rusiyanın Qərbə qarşı ticarətdə yeni planı

221 oxunma

Son ildə Rusiyanın planı tam fərqli istiqamətlərə yönəlməkdə davam edir. Əsrlər boyu Avropa ilə ticarət Rusiya iqtisadiyyatının əsasını təşkil edirdi. Eynilə, enerjidə Avropa demək olar ki, tamamilə Rusiyadan asılı idi. Amma Ukraynadakı müharibə, Qərbin sanksiyaları və digər məhdudiyyətlər Rusiyanı getdikcə Avropa bazarlarından uzaqlaşdırıb. İndi Moskva şərq və cənub marşrutu ilə əlaqələrini genişləndirib.

New York Times”-ın yazdığına görə, cənub marşrutu indi Qərbdən tamamilə uzaqlaşmaq planları üçün rusların diqqət mərkəzinə çevrilib.

rusiyanın planı

“Rusiyanın cənub planı-nın ən əhəmiyyətli hissəsi”

Cənub planının ən mühüm hissəsi Rusiya ilə İranın Fars körfəzindəki limanları arasında marşrutun yekun əlaqəsi olacaq. Hindistanın ticarət mərkəzi Mumbay kimi istiqamətlərə asan çıxışı təmin edəcək dəmir yolu layihəsidir. Rusiya bu il tikintisinə başlanacaq 160 kilometr uzunluğunda 1,7 milyard dollarlıq layihənin maliyyələşdirilməsi üçün İrana 1,4 milyard dollar kredit verməyə razılaşıb.

Azərbaycanın nəqliyyat və logistika üzrə mütəxəssisi Rauf Ağamirzəyev cənub marşrutuna toxunaraq, “Rusiyanın ənənəvi ticarət yolları böyük ölçüdə bağlandığından o, başqa variantlara baxmalı oldu” – deyə qeud edib.

Bəzi istehlak malları hələ də Avropadan qanuni yolla gətirilir. Rusiyada bir sıra məhdud və ya çətin əldə edilən məhsullar da geniş şəkildə mövcuddur. Rusiya hökuməti də bu cür idxalın ölkəyə axınını sürətləndirmək üçün İrandan keçən dəmir yolu layihəsinin zəruri olduğunu düşünür.

rusiyanın cənub planı

“Təməl qoyan inqilabi layihə”-nin təsviri

Rusiya prezidenti Putin bildirib ki, Rusiyanın planı üzrə yeni marşrut Sankt-Peterburqda olacaq. Onun sözlərinə görə, bu, Sankt-Peterburqdan Mumbaya gediş vaxtını cəmi 10 günə qədər azaldacaq. Rusiya rəsmiləri bunu Süveyş kanalı ilə rəqabət aparacaq “təməl qoyan inqilabi layihə” kimi təsvir edirlər.

Xəbərə görə, 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsindən bir qədər əvvəl Rusiyanın Çinlə ticarəti təxminən 63 faiz artaraq 2023-cü ildə 240 milyard dolları keçib.

Hindistanla ticarət də artaraq 65 milyard dollara çatıb ki, bu da 2021-ci ildəki rəqəmlərdən 4 dəfə çoxdur. Rusiyanın 2023-cü ildə hər iki ölkə ilə ticarəti də 2021-ci ildə 282 milyard dollar olan Avropa İttifaqı ilə müharibədən əvvəlki ticarətini üstələyib.

Yeni dəmir yolu İranın iki şəhəri Astara və Rəşti birləşdirəcək, İranla Azərbaycan arasındakı yolları şimala, oradan isə Rusiya dəmir yolu şəbəkəsinə birləşdirəcək. 2028-ci ildə başa çatdırılması gözlənilən layihə tamamlandıqda, ‘Şimal-Cənub Nəqliyyat Dəhlizi’ Qərbin sanksiyalarının imkanlarından kənarda 4300 mildən çox fasiləsiz uzanacaq.

rusiya iran

Dəqiq tarix bəlli deyil

Beləliklə, ruslar İranın Fars körfəzindəki obyektlərindən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, eləcə də Hindistan kimi istiqamətlərə asanlıqla çıxış əldə edəcəklər.

Rusiya rəsmiləri yeni ticarət yollarını tərifləsələr də, iş dünyasında bəziləri o qədər də əmin deyil. “Bu, obyektiv səbəblərə görə qəbul edilməmiş məcburi bir qərara bənzəyir”, – şirkətlərə mövcud məhdudiyyətlər altında necə sağ qalmağı məsləhət görən InfoLine şirkətinin direktoru İvan Fedyakov bildirib.

Layihənin tikintisinə bu il başlanması planlaşdırılsa da, hələ dəqiq tarix yoxdur.

Qeyd: Xəbərin şəkilləri Associated Press və Shutterstock tərəfindən təqdim edilib.

2 1 səs verin
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x