Cümə axşamı, Noyabr 21
Shadow

Özünə inamı artırmağın 12 yolu

469 oxunma

“Özünə inam” insanın öz dəyərini obyektiv qiymətləndirməsi, özünü və qabiliyyətlərini müsbət və real başa düşməsi, öz xüsusiyyətlərinin nə qədər müsbət və ya mənfi olduğunu şərh etməsidir. Özünə inam həyatın hər mərhələsində vacibdir. Özünə inam həyatda möhkəm mövqe tutaraq çətinliklərin öhdəsindən gəlməyə imkan verir.

“Uğurunuzun ölçüsünü inancınızın ölçüsü müəyyən edir.”

Seneca

Özünə inam sənə güc verir, həyatdan qopmağın, problemlərdən qaçmağın qarşısını alır, daha çox səy göstərməyə istiqamətləndirir. Özünə inam uğurun ən mühüm təməlidir. “Özünə inamı olmayan” insan həmişə özündən şübhələnir, passiv, itaətkar, həddən artıq tənqidə həssasdır, özünə güvənməz və özünü sevilməmiş hiss edir. Lazımi bacarıq və təcrübəyə malik olduğunu bildiyi halda bir iş görməkdən çəkinir. Qərar qəbul etməli, təşəbbüs göstərməli və ya məsuliyyət götürməli olduğu vəziyyətlərdə o, narahat olur.

Bəzən özünüzə inamın azalması təbiidir. Bu, özünüzə inamınız olmadığı demək deyil.

özünə inam

Hər kəs bəzən öz qabiliyyətlərini başqalarının qabiliyyətləri ilə müqayisə edərək özünü qeyri-adekvat hiss edə və bədbəxt ola bilər. Bu etibarsızlıq çox vaxt uşaqlıqda öyrənilənlərdən, ailənin və cəmiyyətin qeyri-real gözləntilərinə və standartlarına uyğun gəlməyə çalışmaqdan qaynaqlanır. Əlinizdən gələni etsəniz belə, unutmayın ki, heç kim mükəmməl ola bilməz.

Bir gün Napoleon düşmən əsgərlərindən qaçarkən ərzaq mağazasına daxil olur. O, dərhal satıcıya onu gizlətməyi əmr edir. Satıcı da Napoleonu münasib yerdə gizlədib, bir az sonra gələn düşmən əsgərlərinə “İndicə kimsə bu tərəfə qaçıb” deyərək onu tutulmasının qarşısını alır.

Bir müddət sonra Napoleonun mühafizəçiləri gəlir. Satıcı bir daha görüşməyəcəyi Napoleondan belə soruşur:

“Cənab, məni bağışlayın, sadəcə maraqlanmaq üçün soruşuram. Ölümə bu qədər yaxın olmaq necə hissdir?”

Napoleon qəflətən qəzəbləndi.

“Sən kimsən ki, mənimlə belə danışırsan?”

O, dərhal əsgərlərinə satıcını güllələməyi əmr etdi. Əsgərlər satıcının gözlərini bağlayaraq onun qarşısında düzülürlər. Güllələr lülələrə doldurulur, indi isə “atəş” əmri veriləcək. Satıcı içində “Gör nə etdin? İndi sən öləcəksən!” deyə fikirləşərkən arxadan bir cüt əl uzadıb onun gözündəki parçanı açır. Onun qarşısında Napoleon dururdu. Napoleon bir cümlə ilə cavab verdi:

“Bax budur belə bir hiss!”

İnsanın özünə qarşı dürüst olması, özünü dəyişdirməsi və həyatın təbii axınına buraxması, lazım olanı qəbul etməsi, qəlbindəki sevgini azad etməsi və nəhayət özünə, içindəki gözəlliyə çatması üçün ən vacib üç şey: “özünə inam”, “cəsarət”“qətiyyət”dir. Cəsarət duyğu ilə deyil, ağıl ilə əlaqəlidir. Duyğuların insana “Qaç!” dediyi yerdə, vəziyyəti nəzarətə götürmək və təhlil edə bilmıkdir. Cəsarət qorxmamaq deyil, qorxuya baxmayaraq yoluna davam edə bilməkdir. Öz zəifliklərini və qorxularını qəbul etmək, onları başqaları ilə bölüşmək və özünü müalicə prosesinə cəlb etmək cəsarət tələb edir. Cəsarət özünü olduğun kimi qəbul edib sevmək, öz həqiqətlərinə inanmaq və onları tətbiq etməkdir. Bunu etmək üçün əvvəlcə yola çıxmalı və bunu etməyə cəsarət etməlisiniz. Öyrənməyin, etməyin ən yaxşı yollarından biri icra etmək, yaratmaq, istehsal etmək və ya meydana gətirməkdir. Etməklə öyrənmək ən bahalı öyrənmə formasıdır.

Russell Gough-un “Xarakteriniz, taleyinizdir.” kitabında dediyi kimi:

“Nəyin doğru və yaxşı olduğunu bilməklə doğru ilə yaxşını etmək arasında ən mühüm əlaqə; doğru və yaxşı olanı edəcək bir xarakterə sahib olmaqdır. Xarakter inkişaf etməsə, təhsil faydasızdır. Bunun ən yaxşı sübutu bankları soyanlar, dövləti soyanlar və ya rüşvət alanlardır. Bu savadlı insanların çoxu elə bilirlər ki, kimisə aşağılamaqla yüksələ bilərlər. Buna görə də Ruzvelt deyirdi: “İnsanı əxlaqi cəhətdən tərbiyə etmədən yalnız əqli (zehni) cəhətdən tərbiyə etmək cəmiyyətə bəla gətirməkdir”.

Özünə inamı artırmağın yolları

özünə inamı artırmaq

Bir gün Platon ölkənin ən böyük müdrikinin yanına gedir. Bilgə salamlaşır və oturub söhbətə başlayırlar.

Platon müdrikə dedi: “Sən bu dünyanın ən müdrik insanısan, həyat haqqında hər şeyi bilirsən, mənə elə bir açar ver ki, bütün qapıları açmağa imkan versin”. deyir.

Müdrik Platondan soruşdu: “Bəs sən bu yükü daşıya biləcəyinə əminsənmi?”.

“Bəli!” Platon deyir. “Lütfən, mənə dünyanın ən böyük xəzinələrinə girməyimə imkan verəcək sirri verin.” Müdrik deyir: “Bunu bilmək səni çox şeyə məsul edəcək! Bu sirri bildikdən sonra onu daha saxlaya bilməzsən. Əgər sirri öyrəndikdən sonra sirri tətbiq edə bilmirsənsə, o zaman sirr səni yavaş-yavaş ölümə aparar. Əgər ondan istifadə etməsən, sirr səni çətinliyə salacaq. Bu, sənin üçün çox kritik bir qərar anıdır, çünki sən həm xəzinəni, həm də zəhəri seçə bilərsən. Buna hazırsanmı?”

“Bəli!” Platon deyir. “Mən bu sirri daşımağa hazıram. Sirrdən istifadə edəcəyimə and içirəm. İstifadə etməsəm, başıma gələcəkləri qəbul edirəm”.

“Onda mənə yaxınlaş!” müdrik deyir. “Qulaqlarını aç və məni dinlə. Mən sənə dünyanın ən böyük sirrini verirəm”.

Müdrik diqqətlə Platonun gözlərinə baxır və sirri açır. “Et bunu! Bu, dünyanın ən böyük sirridir! Bu, bütün xəzinələri sənə verəcək sirdir. Bu, çox sadə, lakin çox böyük bir sirrdir”.

Platon təəccüblə dedi: “Amma bu çox asandır!”

Müdrik sözünü bitirməmiş bir daha sirri qışqırır: “Bunu et!” və əlavə edir: “Sual yoxdur, şərh yoxdur, narahatçılıq yoxdur. Sadəcə bunu elə!”

Özünüz üçün bir şey etməyə çalışdığınız zaman sizə vaxt lazımdır. Bunu etmək üçün çox çalışmaq və nizam-intizamlı olmaq, mühitdən xəbərdar olmaq, hadisələr qarşısında məsuliyyət daşımaq və neqativ hallarda öz payınızı görüb onları düzəltmək lazımdır. Özünüzə inamınızı artırmaq üçün edə biləcəyiniz bəzi şeylər bunlardır:

  1. Cəsarət sahibi olmaq.
  2. Özünüz haqqında müsbət düşünmək.
  3. Həqiqi və gözləntilərinizə cavab verən məqsədlər qoymaq.
  4. Təcrübələrinizdən öyrənmək.
  5. Dəyişikliyə açıq olmaq.
  6. Özünüzlə fəxr etmək və nəyəsə nail olanda özünüzü mükafatlandırmaq.
  7. Duyğularınızla hərəkət etməkdənsə, düşdüyünüz vəziyyətə məntiqi qiymət vermək.
  8. Zəif tərəflərinizə deyil, güclü tərəflərinizə diqqət yetirin.
  9. Hər sahədə mükəmməl olmağın mümkün olmadığını bilmək.
  10. Etdikləriniz və əldə etdiyiniz işləri riskə atmamaq, əksinə şəxsi nailiyyətləriniz üçün özünüzlə fəxr etmək.
  11. Başqalarının hüquqlarını pozmadan öz ideyalarını müdafiə etmək, öz hisslərini, düşüncələrini, inanclarını, ehtiyaclarını dürüst və aydın şəkildə ifadə etmək.
  12. Hüquqlarınızı qorumaq.
0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x