Cümə axşamı, Dekabr 5
Shadow

Ovuc-ovuc saç tökülməsinin yeganə səbəbləri! Hamı bunu hamamda edir, lakin keçəlliyə yol açır..

282 oxunma

Saç tökülməsinin səbəbləri həmişə qadınların və kişilərin ən çox həll etmək istədiyi problemlərdən biri olub. Xüsusilə mövsümi keçidlər zamanı artan saç tökülməsi son dərəcə cansıxıcı ola bilər. Saç tökülməsinin bir çox səbəbi var. Gündəlik vərdişləriniz saç tökülməsinə səbəb olur. Saçların sağlamlığını pozan və saç tökülməsinə səbəb olan səhvləri Posta.com.tr saytına istinadən sizin üçün yazmışıq.

Sağlam və möhkəm saçlara sahib olmaq hər qadının arzusudur. Saçlarınızın hər zaman canlı və qüsursuz görünməsini istəyirsinizsə, bəzi vərdişlərinizi tərk etməlisiniz.

saç tökülməsinin səbəbləri

Saçlar olduğundan daha mat və cansız görünür. Bu səbəbdən saçınızı isti su ilə yumağı dayandırmalısınız. Saçınızın sağlamlığını qorumaq üçün mütləq ilıq su seçin.

sac tokulmesine qarsi

Saçlarınızın sağlam olması üçün saçlarınızı gücləndirəcək baxım üsullarından istifadə etməlisiniz. Ancaq gün ərzində etdiyiniz bəzi vərdişlər saçlarınızın zədələnməsinə və cansızlaşmasına səbəb olur.

Saçlara ən çox zərər verən vərdişlər

saç tökülməsinin əsas səbəbləri

1. Saçlarınızı həddindən artıq sıx yığmayın.

Uzun saçlı insanlar adətən saçlarını bağlamağa üstünlük verirlər. Saç tökülməsinin ən əsas səbəbləri arasında saçları çox sıx yığmaq da var. Ancaq saçları davamlı olaraq yuxarıdan sıx bir şəkildə toplamaq saç tellərini və köklərini zədələyir. Çox sıx yığılan saçlar zamanla qırılır və tökülür. Bu səbəbdən, saçlarınızı çox sıx bağlamamağınız məsləhətdir. Saçınıza zərər verməyən saç sancaqları və aksesuarları seçməyiniz tövsiyə edirik.

sac tokulmesi sebebleri

2. İsti su saçlarını cansızlaşdırır.

Saçınızı yuyarkən isti su istifadə etsəniz, saç köklərinə və tellərinə ciddi ziyan vurmuş ola bilərsiniz. İsti su saç köklərini zamanla qurutduöuna görə, saç tökülməsinin səbəbləri ndən biri ola bilər. Quru saç kökləri zamanla zəifləyir. İsti su saçın təbii nəmini itirməsinə səbəb olur. Saçlar mat və cansız görünür. Bu səbəbdən saçınızı isti su ilə yumağı dayandırmalısınız. Saçınızın sağlamlığını qorumaq üçün mütləq ilıq su seçin.

saca gun isiqi saç tökülməsinin əsas səbəbləri

3. Saçları günəşdən qorumaq

Hər kəs bilir ki, günəş işığına çox məruz qalma dəriyə zərər verir. UV şüalarının zərərli təsiri təkcə dəriyə deyil, saçlara da çox zərər verir. Bu səbəbdən saçları günəş işığından qorumaq lazımdır. Xüsusilə yay aylarında birbaşa günəş işığının saçınıza düşməməsi üçün şapka, papaq və ya çətirdən istifadə etməlisiniz.

4. Saç köklərinə sərt davranmaq

Saç tökülməsinin səbəbləri-ndən biri də, saçlarınıza çox sərt davranmağınızdır. Saçınızı yuyarkən dırnaqlarınızı köklərə qazımaq kimi sərt hərəkətlər etmək baş dərisinin zədələnməsinə səbəb olacaq. Həssas baş dərisi qıcıqlanır və nəticədə saç kökündən qopar. Saçınıza zərər vermək istəmirsinizsə, köklərinə yumşaq bir şəkildə masaj edərək saçınızı yumalısınız.

5. Saçları yaş ola-ola daramaq

Duşdan sonra saçınızı daramaq hər kəsin etdiyi çox ciddi bir saç baxım səhvidir. Saçlarınızı yaş ikən daramaq saçlarınızın qırılmasına, qopmasına və tökülməsinə səbəb ola bilər. Yaş saçları daradığınız zaman zəifləyir və kökdən uca kimi zədələnir. Saçınızın sağlamlığı üçün hamamdan dərhal sonra saçlarınızı daramayın. Bir dəsmal ilə saçınızdakı nəmi çıxarın. Qulluq serumunuzu tətbiq edin və sonra daramağa davam edin.

saça soğan suyu

6. Saç tökülməsinə qarşı soğan yağı

Müxtəlif səbəblərdən saç tökülməsi problemi ilə qarşılaşa bilərsiniz. Yaşlanma normal bioloji prosesdir. Bu, bədənin hər bir hissəsinə, o cümlədən incə xəttlər nümayiş etdirməyə başlayan dəri və daha kövrək olan sümüklərə təsir göstərir. Saçlar da oxşar pisləşmədən əziyyət çəkir. Yaşlandıqca saç foliküllərinin yeni saç əmələ gətirmə qabiliyyəti azalır, nəticədə saç həcmi azalır. Qadınlarda hormonal balanssızlıq səbəbindən saç tökülməsi daha çox rast gəlinir. Bu səbəbdən müəyyən vaxtlarda sıx saç tökülməsi ilə qarşılaşa bilərlər.

İrsi faktor daha çox kişilərdə, xüsusən də kişi tipli keçəlliyin görünüşündə olduğu halda, bu problem həm kişilərə, həm də qadınlara təsir edir. Genetika təkcə saçın növünü və keyfiyyətini müəyyən etmir, həm də saç köklərinin kiçilməsinə və yeni saçların çıxma qabiliyyətini itirməsinə təsir göstərir. Qidalanma vərdişləri saç sağlamlığına təsir edən başqa bir amildir. Saçların sağlamlığını qorumaq üçün qidalanma çox vacibdir. Proteinlər saçın tikinti materialıdır və sink, maqnezium da saçın sağlam saxlanmasında mühüm rol oynayır. Daimi pəhriz, qeyri-adekvat və nizamsız qidalanma saç tökülməsinə səbəb olacaq.

Baş dərisi infeksiyaları saçınızın sağlamlığına zərər verə bilər. Baş dərisi xəstəlikləri müalicə olunmazsa, xüsusilə infeksiyanın daha qabarıq olduğu yamaqlı nahiyədə şiddətli saç tökülməsinə səbəb ola bilər. Eyni şəkildə, kemoterapi müalicəsi alan xərçəng xəstələri də müalicəyə başladıqdan bir neçə həftə sonra tez-tez saç tökülməsi ilə qarşılaşırlar.

Həmçinin, estrogen səviyyəsinin aşağı düşməsi səbəbindən bir çox qadın hamiləlikdən sonra bir neçə ay ərzində saç tökülməsi yaşayır. Eynilə, qalxanabənzər vəzi xəstələri böyük tutamlarda və çoxluqlarda saç tökülməsi ilə qarşılaşa bilərlər. Müxtəlif səbəblərdən yaranan bu saç tökülməsi problemini soğan yağından istifadə etməklə aradan qaldırmaq mümkündür.

saç tökülmesine qarşı vitamin

Saç tökülməsini qəti həlli

Soğan yağı saçın böyümə dövrünü optimallaşdırmağa kömək edən baş dərisində xüsusi fermentləri aktivləşdirə bilər. Bu, saçların daha sürətli uzanması və daha az saç tökülməsi ilə nəticələnir, daha sağlam görünən saçlara sahib olmağa kömək edir. Soğan yağı yüksək kükürdlə zəngindir və saçların qırılmasının, ucların ayrılması və incəlməsinin qarşısını alır. Bunun səbəbi, kükürdün saç tellərinin möhkəmliyi üçün vacib olan zülal istehsalına kömək edə bilməsidir.

Soğan yağında olan bəzi fermentlər saçınızı sərbəst radikalların zədələnməsindən qoruya və vaxtından əvvəl ağarmağı gecikdirməyə kömək edə bilər. Soğan yağı da baş dərisində pH balansını qoruyur. Saçların qidalanması və balanslı böyüməsini təmin edir. Baş dərisinə mütəmadi olaraq soğan yağı sürtmək bakterial infeksiyaların, kəpək və qaşınmaların qarşısını ala bilər. Şampununuzun baş dərinizdən nəm çıxarmasının qarşısını almaq üçün saçınızı yumadan əvvəl mütləq soğan yağı ilə saçınızı masaj edin. Bu vəziyyətdə soğan yağı təbii saç kremi kimi istifadə edilə bilər. Həmçinin saçınızı yumadan əvvəl soğan yağı istifadə etmək istəmirsinizsə, yuduqdan sonra saçınızın uclarına çəkə bilərsiniz.

saç tökülməsinin yeganə səbəbləri

Saç teksturasını yaxşılaşdırır.

Adi soğan yağı saçlarınızı parlaq, hamar, nəmləndirici və qıvrımsız edə bilər. Soğan suyu və balın birlikdə istifadəsi saç tökülməsini müalicə etmək üçün əla ola bilər. Belə ki, soğan suyu və bal pastası qarışığını baş dərisinə 30 dəqiqə çəkin və yuyun. Həftədə 1-2 dəfə müntəzəm olaraq tətbiq etdikdə gözəl təsirini görə bilərsiniz.

Saçlar üçün möcüzələr yaratdığı bilinən isti yağ prosedurlarını da sınaya bilərsiniz. Soğan saç yağı tək başına və ya isti yağ müalicəsi olaraq başqa bir yağla baş dərisinə tətbiq oluna bilər. Başlamaq üçün ovucunuzun içinə bir neçə damcı soğan yağı qoyun və uclarına doğru hərəkət edərək baş dərinizə yumşaq bir şəkildə masaj edin. Saçınıza soğan yağını çəkdikdən sonra bir gecədə saxlayın. Səhər yuxudan duranda saçınızı yuyun.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x