Bəzi insanlar ağcaqanadları ətrafına daha çox cəlb edir. Belə ki, bu vəziyyət həmin insanlar üçün gecələr yata bilməməsi və ya açıq havada fəaliyyətlərdən geri qalması kimi hallarla nəticələrlənir. ABŞ-daki yeni bir araşdırmada isə “ağcaqanad maqniti” olan adamların dərilərində yarandığı bəzi turşular səbəbindən ağcaqanadlara daha çox cəlbedici qoxduğu fikri ortaya qoyuldu.
ABŞ-dakı Rockefeller Universitetində bir araşdırma qrupu ağcaqanadları ən çox cəlb edən adamların dərilərində yüksək səviyyədə müəyyən bir turşuların əmələ gəldiyini aşkar etdilər. Çalışma yazıçısı və neyrobioloq Leslie Vosshall-a görə, ağcaqanadları cəlb edən bu turşunu çıxarmaq insanların dəri sağlamlığına ciddi zərər vura bilər. Amma bu araşdırma, qan əmən həşəratların uzaq tutulması üçün yeni metodların tapılmasına da kömək edə bilər.
“Sizində dərinizdə bu turşulardan yüksək səviyyədə varsa, piknikdə ən çox dişlənən siz olacaqsınız. Kimin daha çox dişləndiyinə dair qan qrupu növləri kimi bir neçə fikirlər var, amma çoxu fikir güclü sübutla dəstəklənmir” – deyə Vosshall vurğuladı.
Tətqiqat necə aparıldı?
Araşdırma dəri qoxularının toplanması üçün qollarına neylon corab geyinmələri istənən 64 könüllü ilə aparıldı. Daha sonra həmin corablar ayrı-ayrılıqda tələyə salındı və onlarla ağcaqanad sərbəst buraxıldı.
100 qat fərq var.
Tədqiqatın həmmüəllifi Maria Elena De Obaldia, “Açıq şəkildə onlara ən çox cəlbedici olan qoxulara doğru hərəkət etdilər” dedi. Obaldia, ən cəlbedici dəri qoxusunun ən az ağcaqanadın gəldiyi insanların dəri qoxusundan 100 qat daha çox ağcaqanad topladığını bildirdi. Bununla birlikdə, təcrübədə sarı qızdırma, Zika xəstəliyi və deng qızdırması kimi xəstəliklər yayan Aedes aegypti ağcaqanadlarından istifadə olundu. Elm adamları, araşdırma nəticələrində bəzi insanların ağcaqanadları özünə daha çox cəlb etdiyini vurğuladı.
Vosshall, “Bəzi insanların dərisi daha çox turşu istehsal edir və bu hal ağcaqanadların daha çox gəlməsinə səbəb olur. Bu turşuları yaradan molekullar dərinin təbii nəmləndirici təbəqəsinin bir parçasıdır. Dəridə yaşayan sağlam bakteriyalar bu turşuları yaradır və insanlarda dəri qoxusunun yaranmasında vacib rol oynayır” – deyə qeyd etdi.
Fərqli üsullar üçün araşdırmalar aparılır.
Digər tərəfdən Voshall, insan dərisindən bu turşuları yox etməyin dəriyə zərər verəcəyini, amma qrupunun ağcaqanadları insanlardan uzaq tutmaq üçün fərqli üsullar üzərində işlədiklərini də bildirdi.