Alimlər işıq kirliliyinin artması səbəbindən səmada adi gözlə görünən ulduzların sayı-sının xeyli azaldığını aşkar ediblər.
Klassik.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, həvəskar astronomların 12 il ərzində adi gözlə görə bildikləri səmada ulduzları sayaraq maraqlı məlumatlar əldə ediblər. Həmin məlumatlar “Earth at Night” adlı onlayn layihə ilə qeydə alınıb.
Məlumatlarda göstərir ki, süni mənbələrin səmaya əks olunması nəticəsində yaranan səma parıltısı 2021-ci ildən bəri hər il 10 faiz artıb.
Tədqiqata töhfə verən Alman Yer Elmləri Araşdırma Mərkəzindən Dr. Christopher Kyba, artan işıq kirlənməsi səbəbindən ulduzları görmənin tədricən yox olduğunu söylədi.
Qeyd olunub ki, çirklənmənin bu qədər artması, 250 ulduzun göründüyü yerdə doğulan bir uşağın 18 ildən sonra eyni bölgədə adi gözlə görünən ulduzların sayı-nın 100-dən aşağı düşməsi deməkdir.
Kyba, son illərdə bəzi şəhər mərkəzlərində enerjiyə qənaət sahəsində atılan addımların işıq kirlənməsini azaldacağına ümid edirlər. Lakin müxtəlif növ işıq mənbələrinin səmanın parlaqlığını daha da pisləşdirdiyini qeyd edərək, “Unutmayın ki, işıq kirliyi boşa xərclənən enerjidir. Biz bu işıq enerjisini atmosferə buraxmağa davam edirik və bəlkə də etməli olduğumuz şey bu deyil” – dedi.
İŞIQ KİRLİLİYİNİN ŞƏKİLİ
İşıq çirklənməsi üzrə ekspertlər Salvador Bara və Fabio Falchi, araşdırmaya əlavə olaraq dərc etdikləri rəylərdə başqa bir fikir yazırlar. İnsanların Beynəlxalq Kosmik Stansiya (BKS) tərəfindən yayımlanan planetin gecə şəkillərinə və videolarına heyran qaldıqlarını, lakin bunu bir problem olaraq görmədiklərini söylədilər.
Mütəxəssislər insanların bu şəkilləri gözəl görməsini “kimyəvi kirlilik nəticəsində suda yaranan rəngli əkslər göy qurşağının gözəlliyinin atributlarıdır.” kimi bir şey olduğunu dedilər.
İşıq kirlənməsinin ulduz görmə qabiliyyətini azaltmaqla yanaşı, yuxu rejiminə təsir edərək insan sağlamlığına zərər verdiyi, eyni zamanda heyvanların davranışlarına da mənfi təsir etdiyi bildirilir.