Çərşənbə axşamı, Dekabr 3
Shadow

İnstagram hesabım oğurlandı. Onu Necə Geri qaytarmaq olar? 2023

1. 240 oxunma

Dünyanın ən çox istifadə edilən sosial media platformalarından biri olan İnstagram sosial şəbəkəsi, populyarlığı ilə yanaşı, pis niyyətli insanların da diqqət mərkəzinə çevrilir. Xüsusilə, daha çox izləyiciləri olan instagram hesabları oğurlanır və ya oğurlanmağa cəhd edilir. Zəif parollardan istifadə edən və ya üçüncü tərəf saytlarında məlumat paylaşan istifadəçilər hesabın oğurlanmasına səbəb olur. Hesabı oğurlanan insanların hesabı bərpa edə biləcəyi bir neçə addım var. İnstaqram hesabım sındırıldı, onu necə geri qaytara bilərəm? Klassik.az Milliyet.com.tr saytına istinadən 2023-cü ildə oğurlanmış İnstagram hesabının bərpası haqqında ətraflı məlumatı sizin üçün yazdı.

instagram hesabi

Yarandığı gündən etibarən 1 milyarddan çox istifadəçiyə çatan İnstaqramda adlarını tez-tez eşitdiyimiz fenomen insanların sayı artmağa başladı. Yüksək izləyiciləri olan insanların hesabları pis niyyətli insanların diqqət mərkəzinə çevrilib. Telefonlardakı zərərli proqramlar istifadəçilərin instagram hesablarının oğurlanmasına səbəb ola bilər.

Oğurlanmış Instagram hesabını geri qaytarmaq üçün bir neçə üsul var. Bunlardan birincisi hesabın bərpası prosesidir. Hesabın bərpası şəxsin istifadəçi adı, telefon nömrəsi və ya e-poçt ünvanı ilə asanlıqla həyata keçirilə bilər.

İnstaqram hesabım oğurlanıb. Onu necə geri qaytara bilərəm?

Hesabınızın oğurlandığını düşünürsünüzsə, hesabınızı qorumaq üçün edə biləcəyiniz bir neçə şey var. Geri qaytarmağa çalışdığınız hesabın növündən asılı olaraq, bu bərpa addımlarından bəzilərini istifadə edə bilməyəcəksiniz, lakin hər birini sınamağınızı tövsiyə edirik.

1. İnstagramdan bir mesaj olub-olmadığını görmək üçün e-poçt qutunuzu yoxlayın.

Əgər siz security@mail.instagram.com ünvanından e-poçt ünvanınızın dəyişdiyini bildirən bir mesaj almısınızsa, mesajda bu dəyişikliyi ləğv et seçiminə işarə edərək dəyişikliyi geri qaytara bilərsiniz. Digər məlumatlar da dəyişdirilibsə (məsələn: parolunuz) və siz e-poçt ünvanınızı köhnəsinə dəyişə bilmirsinizsə, instagramdan giriş linki və ya təhlükəsizlik kodu tələb edin.

İnstagramdan giriş linki tələb edin.

Hesabın yoxlanılması üçün e-poçtunuza və ya telefon nömrənizə göndərilən giriş linkini tələb edin. İnstagramda Azərbaycan dili olmadığı üçün nümunələri sizə Türk dilində yazmışıq.

Giriş linki tələb etmək üçün:

  • Giriş ekranında Android telefonlarda Giriş yapmakla ilgili yardım al , İphone telefonlarında isə Şifrenizi mi unuttunuz?daxil olun.
  • Hesabınızla əlaqəli istifadəçi adını, e-poçt ünvanını və ya telefon nömrəsini daxil edin, sonra İreli düyməsini basın. Qeyd: Hesabınızla əlaqəli istifadəçi adını, e-poçt ünvanını və ya telefon nömrəsini bilmirsinizsə, İreli düyməsinin altında Daha fazla yardıma mı ihtiyacın var? – bura daxil olun və ekrandakı təlimatlara əməl edin.
  • E-poçt ünvanınızı və ya telefon nömrənizi seçin, sonra Giriş bağlantısı gönder-ə klikləyin.
  • Aldığınız e-poçt və ya mətn mesajındakı ​​(SMS) giriş linkinə klikləyin və ekrandakı təlimatlara əməl edin.

İnstagramdan təhlükəsizlik kodu və ya dəstək tələb edin.

Göndərilən giriş linki ilə hesabınızı geri ala bilmədinizsə, instagramdan dəstək tələb edə bilərsiniz.

Android telefonlar üçün instagramdan dəstək tələb etmək;

  • Əsas ekranda Giriş yap bölümündə  Giriş yapmakla ilgili yardım al üzərinə klikləyin;
  • Hesabınızla əlaqəli istifadəçi adını, e-poçt ünvanını və ya telefon nömrəsini daxil edin və  Daha fazla yardıma mı ihtiyacın var? seçiminə klik edin. Bir neçə instagram hesabınız varsa, əvvəlcə daxil olmaqda çətinlik çəkdiyiniz hesabı seçməli və sonra təlimatlara əməl etməlisiniz;
  • Daha fazla yardıma mı ihtiyacın var? seçiminin üzərinə toxunun və sonra ekrandakı təlimatlara əməl edin;
  • E-poçt ünvanınızı və ya telefon nömrənizi seçin və Güvenlik kodu gönder buttonuna klikləyin;
  • Təhlükəsizlik kodunu almasanız, Güvenlik kodu gönder altında Bu e-posta adresine veya telefon numarasına erişemiyorum seçiminə klikləyin və sonra ekrandakı təlimatlara əməl edin.

İphone telefonlar üçün instagramdan dəstək tələb etmək;

  • Əsas link ekranında,  Giriş bağlantısı gönder bölməsində Daha fazla yardıma mı ihtiyacın var? seçiminə toxunun. E-poçt ünvanınızı və ya telefon nömrənizi seçin və Güvenlik kodu gönder-ə klikləyin;
  • Təhlükəsizlik kodunu almasanız, Güvenlik kodu gönder altında Bu e-posta adresine veya telefon numarasına erişemiyorum seçiminə klikləyin və sonra ekrandakı təlimatlara əməl edin.

Yalnız sizin daxil ola biləcəyiniz təhlükəsiz e-poçt ünvanını daxil etdiyinizə əmin olun. Sorğunuzu təqdim etdikdən sonra növbəti addımlar üçün instagramdan e-poçt alacaqsınız.

instagram hesabim ogurlandi

Oğurlanmış instagram hesabının bərpası – 2023

  • Şəxsin şəkilləri olmayan hesab üçün siz Meta Dəstək Qrupundan avtomatik cavab məktubu almalısınız;
  • Qeydiyyatdan keçdiyiniz e-poçt ünvanı və ya telefon nömrəsini yaxud qeydiyyatdan keçmək üçün istifadə etdiyiniz cihazın növünü göstərərək şəxsiyyətinizi təsdiqləməyə kömək edin;
  • Hesab sahibinin fotoşəkilləri olan bir hesab üçün dəstək tələb etsəniz, real insan olduğunuzu sübut etməlisiniz. Bunun üçün başınızı müxtəlif istiqamətlərdə hərəkət etdirdiyiniz selfi videosu çəkməlisiniz;
  • Video yerləşdirildikdən sonra instagram tərəfindən qeyd etdiyiniz e-poçt ünvanınıza məktub göndəriləcək;
  • Təqdim olunan videoda şəxsiyyətiniz təsdiqlənməyibsə, baxılması üçün təkrar yeni video təqdim edə bilərsiniz.

İnstagram hesabınının təhlükəsiz saxlanma üsulları.

Hesabınızı təhlükəsiz saxlamaq üçün edə biləcəyiniz bəzi şeylər bunlardır:

  • Güclü parol seçin. Ən azı altı rəqəm, hərf və durğu işarələrindən ibarət simvollardan istifadə edin (məsələn ! və &). Şifrəniz internet səhifələrində istifadə etdiyiniz digər parollardan fərqli olmalıdır;
  • Xüsusən də, instagramdan bu yöndə mesaj alsanız şifrənizi mütləq dəyişdirin. Avtomatik təhlükəsizlik yoxlamaları zamanı instagram bəzən digər saytlardan oğurlanmış giriş məlumatlarına daxil ola bilər. İnstagram, parolunuzun oğurlana biləcəyini aşkar edərsə, instagram və digər saytlarda parollarınızı dəyişdirmək, hesabınızı gələcəkdə təhlükəsiz saxlamağa və başqa birinin əlinə keçməməsinə kömək edəcək;
  • Heç vaxt parolunuzu tanımadığınız və ya etibar etmədiyiniz birinə verməyin;
  • Hesab təhlükəsizliyinin əlavə tədbiri kimi iki faktörlü kimlik doğrulamasını aktiv edin;
  • E-poçt hesabınızın təhlükəsiz olduğundan əmin olun. E-poçtlarınızı oxuya bilən birinin instagram hesabınıza da daxil olma ehtimalı var. Bütün e-poçt ünvanlarınız üçün parolları dəyişdirin və onların hamısının fərqli olduğundan əmin olun;
  • Başqaları ilə paylaşdığınız bir kompüterdən və ya telefondan istifadə etdikdən sonra instagramdan çıxış verin. Bir başqa kompüterdən daxil olarkən “Beni hatırla” damasına işarə qoymayın, belə ki, çıxış verib brauzer pəncərəsini bağlasanız belə, sistemdən çıxmayacaqsınız;
  • Üçüncü tərəf proqramlarına icazə verərkən diqqətli olun.
0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
2 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
Nigar

Hesab qaytarmaq

Nuray

Seyfe ogurlanin

2
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x