Çərşənbə, May 8
Shadow

Həqiqət haqqında statuslar, aforizmlər, sözlər

473 oxunma

Klassik.az həqiqət haqqında bir-birindən dəyərli, gözəl, mənalı sözləri, cümlələri və whatsapp yaxud instagram kimi sosial şəbəkələrə qoya biləcəyiniz statuslar sizlər üçün yazır. 😊

Həqiqəti insanların ölçüləri ilə deyil, insanları həqiqətin ölçüləri ilə tanı! – Həzrəti Əli aleyhissalam (birinci imam)

Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət,
Həqiqətlə edər növi bəşər təhsili-hürriyyət,
Həqiqətlə olur baği-vətən gülzari-əmniyyət,
Həqiqət zahir olsa, parlayar ənvəri-ülviyyət,
Həqiqətbin olanlar vasili-fövzü hidayətdir. – Məhəmməd Hadi (Azərbaycan şairi)

Hər dil olamaz, olmadı məcrayi-həqiqət,
Ən ali könüllərdir olan cayi-həqiqət.
– Məhəmməd Hadi (Azərbaycan şairi)

Həqiqət axtarışından kənarda keçirilən vaxta mən
itirilmiş vaxt kimi baxıram. – Aristotel (qədim yunan filosofu)

İnsanlar həqiqətə deyil, həqiqət kimi görünən şeylərə inanırlar. – Platon (qədim yunan filosofu)

Həqiqət yolu axtarmaqla tapılmır. Ancaq tapanlar da axtaranlardır. – Bayazid Bistami (islam alimi və mütəfəkkiri)

Belə düşünürəm ki, həqiqəti yalnız Allah bilir və ola bilsin ki, insan ruhu da həmin o həqiqətə öz bədənini, yəni bu qaranlıq zindanı tərk etdikdən sonra sahib olur. – Avreli Avqustin (Qədim Roma filosofu)

Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur.
– Hüseyn Cavid (Azərbaycan şairi va dramaturqu)

Həqiqət yolu çətin yoldur, çox az adam bu yolla gedə bilir, amma bu yolun sonuna çatanların qarşısında qeyri-adi mənzərələr açılır. – Cordano Bruno (italyan filosofu və şairi)

Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır. – Frensis Bekon (ingilis alimi va humanisti)

Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir. – Anri Barbüs (fransız yazıçısı və ictimai xadimi)

Həqiqəti tapmaq istəyirsənsə, axtar, həqiqətlə evlənmək istəyirsənsə, onu öyrən, həqiqətə sahib olmaq istəyirsənsə, ona inan. – Frensis Bekon (ingilis alimi və humanisti)

Mən həqiqətə oxşayanı deyil, həqiqətin özünü təsdiq edirəm. – Cordano Bruno (italyan filosofu və şairi)

həqiqət haqqında statuslar

Həqiqət haqqında statuslar, aforizmlər, həqiqət haqqında sözlər.

Məni tonqalda yandırmaq söylədiyim həqiqəti təkzib edə bilmək deyil. – Cordano Bruno (italyan filosofu və şairi)

Bizi islah edən həqiqəti sev, bizə mədhiyyə söyləyən həqiqəti isə rədd et. – Lui Burdalu (fransız yazıçısı)

Yalnız həqiqət gözəldir və yalnız o sevilməyə layiqdir. – Nikola Bualo (fransız şairi və tənqidçisi)

Həqiqəti həmişə bilmək və yalnız hərdən söyləmək lazımdır. – Xəlil Cübran (Livan yazıçısı və rəssamı)

Həqiqəti eşidən bu həqiqəti söyləyən qədər dəyərli insandır. – Xəlil Cübran (Livan yazıçısı və rəssamı)

Həqiqəti öz həyatınla dərk etməlisən, onu məktəbdə öyrənə bilməzsən. – Cjuan Tszi (Çin filosofu)

Həqiqətin alovu onu aparanın əlini tez-tez yandırır. – Aligyeri Dante (italyan şairi)

Yarasa sevmirsə nurlu günəşi,
Günəşin əskilməz bundan atəşi.
– Sədi Şirazi (iran şairi və mütəfəkkiri)

Bizim həqiqətə qarşı heç bir gücümüz yoxdur, yalnız həqiqət uğrunda gücümüz vardır. – İncil

Həqiqət çox ağır olduğu üçün onu hər adam qaldıra bilməz. – Alfred Kapus (fransız yazıçısı)

Həyat eşqi həqiqət eşqi deməkdir. – Rokuell Kent (Amerika rəssamı)

Həqiqət varsa, azadıq, yoxdursa, köləyik. – Jozef Köhler (alman şairi)

Səhvi tapmaq həqiqəti tapmaqdan qat-qat asandır. Çünki səhv lap üzdə olur və onu dərhal sezə bilirsən, həqiqət isə həmişə dərindədir və onu
tapmaq hər adamın hünəri deyil. – İohann Volfqanq Höte (alman şairi və mütəfəkkiri)

Kim həqiqəti inkar edirsə, özü ziyan çəkir. – Qalileo Qaliley (italyan alimi)

Mənim üçün yeganə fəzilət həqiqəti axtarmaqdır. – Mahatma Qandi (Hindistan milli-azadlıq hərəkatının lideri)

Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur. – Maksim Qorki (rus yazıçısı)

Zaman keçdikcə həyat bizə öyrədir ki, həqiqətdən
başqa heç bir möcüzə yoxdur. – Moris Meterlink (Belçika şairi va dramaturqu)

Həqiqəti söyləməzdən əvvəl yaxşı-yaxşı fikirləşmək lazımdır. – Onore Qabriel Mirabo (fransız inqilabçısı və natiqi)

həqiqət haqqında statuzlar yeni

Həqiqət gördüklərimiz və eşitdiklərimizdən daha maraqlıdır. – Fransua Moris (fransız yazıçısı)

Platonun fəlsəfəsini tənqid edən Aristoteldən soruşduqda ki “Nə üçün müəllimini tənqid edirsən?”, filosofdan “Mən müəllimimi sevirəm, amma həqiqəti ondan da çox sevirəm” cavabını eşitmişlər.

Həqiqət çox güclü olduğu üçün hər yerdə özünü qəbul etdirə bilir. – Napoleon Bonapart (Fransanın dövlət xadimi, imperatoru və sərkərdəsi)

Həqiqət vicdanın qələbəsi deməkdir. Yalnız həqiqətdə ölməz qüvvə var. – Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Biz həqiqəti yalnız ağlımızla dərk etmirik, qəlbimizlə də duyuruq. – Blez Paskal (fransız yazıçısı və riyaziyyatçısı)

Köləlikdən azad olmaq istəyirsinizsə, həqiqəti həmişə yanınızca gəzdirin.

Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy al qumaşa bürünsün. – Pifaqor (qədim yunan filosofu va riyaziyyatçısı)

Bir dəfə müdrikdən soruşdular: “Nə üçün ilanı müdriklik rəmzi sayırlar?”.
Müdrik dedi: “Çünki ilan həqiqət kimi çalır və çox vaxt onun çalmasının nəticəsi ölüm olur”. – Platon (qədim yunan filosofu)

Həqiqət haqqında statuslar.

Həqiqəti qəbul etmək çətindir, amma ondan qaçmaq da mümkün deyil. – Bertran Rassel (ingilis filosofu və riyaziyyatçısı)

Yoldan çıxmağın min yolu, həqiqətin isə bir yolu var. – Jan Jak Russo (fransız filosofu va mütəfəkkiri)

həqiqət haqqına aforizmlər, sözlər

Həqiqət həmişə sadədir, di gəl ki ona doğru bir çox ağır maneələrdən keçib-getmək lazım gəlir. – Jorj Sand (fransız yazıçısı)

Həqiqətin də, gülün də tikanı var. – İspan atalar sözü

Həqiqəti hamı tərifləyir, amma hamı demir. – Rus atalar sözü

Dünən mütləq doğru deya israr etdiyiniz nə qədər çox şeyi bu gün nağıl deyə anladırsınız. – Roye Montenye (ingilis şairi)

Yuxuları gerçəkləşdirməyin ən qısa yolu oyanmaqdır. – Ralf Valdo Emerson (Amerika şairi va filosofu)

Həqiqət bir daş qədər sərt, bir qönçə qədər yumşaqdır. – Mahatma Qandi (Hindistan milli-azadlıq hərəkatının lideri)

Həqiqət insanın hayatı boyunca söykəndiyi əsasıdır. – Remi de Qurmon (fransız yazıçısı)

Həqiqəti qəbul etmək ağıllılıq, yaşamaq və müdafiə etmək üstünlük, onu ucaltmaq üçün həyatını həsr etmək isə qəhrəmanlıqdır. – Litsi Anney Seneka (Qədim Roma filosofu)

Həqiqətin ən böyük dostu zaman, ən böyük düşməni tərəfkeşlik, ən sadiq yoldaşı isə təvazökarlıqdır.

Həqiqət onu öyrənən üçün onu söyləyəndən daha faydalıdır. – Blez Paskal (fransız yazıçısı və riyaziyyatçısı)

Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir. – Hüseyn Cavid (Azərbaycan şairi)

2 1 səs verin
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x