Cümə axşamı, Dekabr 5
Shadow

GTA 6 nə vaxt çıxacaq? GTA 6-nın buraxılış tarixi açıqlandı?

1. 795 oxunma

GTA oyunun 6-cı seriyası nə vaxt çıxacaq deyə həyəcanlar zirvədədir. Bütün dünyada maraqla gözlənilən GTA 6-nın nə vaxt çıxacağı ilə bağlı əhəmiyyətli bir ipucu ortaya çıxdı. GTA 6-nın buraxılış tarixinin müəyyən edilib-edilmədiyi sualı ilə bağlı son detallar bu yazıda…

Bütün zamanların ən populyar oyunlarından biri olan Grand Theft Auto-nun (GTA) yeni versiyası GTA 6 nə vaxt çıxacağı ilə bağlı iddialar aramsızdır. Nəhayət, 5-cisi 2013-cü ildə yayımlanan GTA-nın 6-cı oyununun çıxış tarixi ilə bağlı şok iddiası ortaya atıldı.

GTA 6 nə vaxt

GTA 6-NIN ÇIXIŞ TARİXİ BƏLLİ OLDU?

Çoxdan gözlənilən Grand Theft Auto (GTA) 6 ilə bağlı yeni bir inkişaf var. Take-Two Interactive illik qazanc hesabatında çox gözlənilən yeni GTA oyununun buraxılış tarixi ilə bağlı ipucu verdi. Məşhur seriyanın yayımçısı, qarşıdan gələn maliyyə ili üçün gözləntilərlə GTA 6-nın 2024-cü ilə hazır olacağına işarə etdi.

Take-Two keçən il 5,3 milyard dollar gəlir əldə edib. Şirkətin orta illik gəliri 3 milyard dollar civarındadır.

GTA 6 nə vaxt yükle

Take-Two-nun 8 milyard dollar toplamağı planlaşdırdığı dövr və oyunun gözlənilən buraxılış tarixi 1 aprel 2024-cü il və 31 mart 2025-ci il tarixlərini əhatə edir. Buna uyğun olaraq GTA 6-nın buraxılışı ilə bağlı qəti bir açıqlama olmasa da, ipuçları oyunun 2024-cü ilin aprelindən 2025-ci ilin martına qədər çıxacağına işarə edir.

Grand Theft Auto seriyası ilk oyunundan bir trendə çevrildi və onunla bağlı hər şayiə və ya xəbər böyük əks-səda doğurdu. İnanılmaz potensialı ilə oyunçuları ilk dəfə azadlıqla tanış edən serial, hər yeni üzvlə qeyri-adi satış rəqəmlərinə çatdı. GTA seriyasının pərdə arxasına daldıq və serialla bağlı bəzi naməlum faktları da topladıq.

  1. GTA: Vice City oyununu sadecə 57 dəqiqə müddətində bitirə bilərsiniz.
  2. GTA: Vice City oyunu içərisində 1000-dən çox söyüş ifadə edilir.
  3. Bütün seriyalarında cəmi 2 uşaq xarakteri var.
  4. Seriya cəmi 195 milyondan çox kopya satıb.
  5. GTA: Vice City-dəki bütün qəhrəmanlar GTA oyunçularını əks etdirir.
  6. GTA Andreas-dakı Ryder və OG ROC xarakterləri həqiqi repçilər əsasənda dizayn edilib.
  7. Snayper ilə aya atəş açdığınızda ay böyüyəcək.
  8. FTA-dakı radiostansiyalarda danışan qonaqların səsi həqiqi GTA heyranları tərəfindən yazılmışdır.
  9. İlk GTA əvvəlcə yarış oyunu olaraq hazırlanmışdı, lakin süni intellektdəki problemə görə Polis vasitələri çox aqressiv davrandı, nəticədə oyun tamam başqa cür dizayn edildi və bildiyimiz GTA seriyası doğuldu.
  10. GTA V-dəndə baha başa gələn cəmi iki film olduğunu və bunların Karib dənizinin quldurları filminin son iki filmi olduğunu bilirdinizmi?
2 1 səs verin
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x